2015 Avroviziya Mahnı Müsabiqəsi

2015 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2015; fr. Concours Eurovision de la chanson 2015) — sayca 60-cı Avroviziya Mahnı Müsabiqəsidir. Konçita Vurstun ifa etdiyi "Rise Like a Phoenix" mahnısı ilə 2014 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2015-ci ildə Avstriya ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində, Wiener Stadthalle arenasında, "Körpülər salaraq" (ing. "Building Bridges") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2015-ci ilin 19 və 21 may, final isə 23 may tarixində baş tutmuşdur.

2015 Avroviziya Mahnı Müsabiqəsi
"Building Bridges"
"Körpülər salaraq"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal19 may 2015
II yarımfinal21 may 2015
Final23 may 2015
Aparıcı(lar)Miryam Veişelbraun
Elis Tumler
Arabella Kiesbauer
Konçita Vurst
DirektorYon Ola Sand
KanalAvstriya ORF
Keçirilən yerWiener Stadthalle,
Vyana, Avstriya
Qalib mahnıİsveç İsveç
"Heroes"
Seçki sistemiHər bir ölkə 50% telesəsvermə və 50% münsif səslərini toplayaraq ən çox səs toplayan on iştirakçıya 12, 10, 8-1 xallar verirdi
İştirakçıların sayı40
İlk dəfə iştirak edən ölkələrAvstraliya Avstraliya
Yenidən iştirak edən ölkələrÇexiya Çexiya
Kipr Kipr
Serbiya Serbiya
İştirakdan imtina edən ölkələrUkrayna Ukrayna
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2014        2016 ►

10 fevral 2015-ci il tarixdə Avropa Yayım İttifaqı rəsmi olaraq 2015 Avroviziya Mahnı Müsabiqəsində 40 ölkənin iştirak edəcəyəni açıqlamışdır. 2015-ci ildə müsabiqə tarixində ilk dəfə Avstraliya Avroviziyada iştirak hüququ qazanmışdır. Okeaniya ərazisindən olan nəhəng ölkə-qitə 1983-cü ildən bəri müsabiqəni ölkə ərazisində yayımlamışdır və müsabiqə Avstraliyada böyük izləyici kütləsinə malikdir. Eyni zamanda 2015-ci ildə beş illik fasilədən sonra Çexiya, bir illik fasilədən sonra KiprSerbiya müsabiqəyə geri dönmüşdür. Ukrayna isə ölkədə yaşanan ciddi siyasi böhran səbəbindən müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 40 ölkənin iştirak etdiyi Avroviziya 2015-də İsveç təmsilçisi Mons Selmerlöv ifa etdiyi "Heroes" adlı mahnı ilə 365 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 2012-ci ildə Lorinin təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə altıncı qələbəsi idi. Müsabiqənin finalında tamaşaçıların səsverməsində İtaliya birinci, Rusiya ikinci, İsveç isə üçüncü yerə layiq görülmüşdür. Münsiflər heyətinin səsverməsində isə İsveç birincilik qazanmış, Latviya ikinci, Rusiya üçüncü olmuşdur. 2009-cu ildən bəri ilk dəfə idi ki, qalib ölkə tamaşaçı səsverməsində birinci yeri qazanmamışdır. Müsabiqəyə ev sahibliyi edən Avstriya ev sahibi kimi heç bir xal toplamayan ilk ölkə olaraq tarixə düşmüşdür.

İştirakçı ölkələr redaktə

40 ölkənin iştirak etdiyi Avroviziya 2015 otuz üç ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda 16 ölkə, ikinci yarımfinalda 17 ölkə) və iyirmi yeddi ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya), Avstraliya və ev sahibi Avstriya müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yarımfinallara bölünmə səbətləri redaktə

26 yanvar 2015-ci il tarixdə Avroviziya 2015-də iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən yeddisi; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Avstraliya və ev sahibi Avstriya birbaşa finalda iştirak edəcək. Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2015-ci ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr beş səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.

1-ci Səbət2-ci Səbət3-cü Səbət4-cü Səbət5-ci Səbət

Yarımfinallar redaktə

1-ci yarımfinal redaktə

19 may tarixində baş tutan yarımfinal mərhələsində 16 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Avstraliya, Fransa, İspaniya və ev sahibi Avstriya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

ÖlkəDilMüğənni(lər)MahnıTərcüməYerXal
01 MoldovaİngiliscəEduard Romanyuta"I Want Your Love"Mən sənin sevgini istəyirəm1141
02 ErmənistanİngiliscəGenealogy"Face the Shadow"Kölgə ilə üzləş777
03 BelçikaİngiliscəLoik Notte"Rhythm Inside"Daxildəki ritm2149
04 NiderlandİngiliscəTreyntye Osterhös"Walk Along"Birlikdə gəzinti1433
05 FinlandiyaFincəPertti Kurikan Nimipäivät"Aina mun pitää"Həmişə belə etməliyəm1613
06 YunanıstanİngiliscəMariya Elena Kiriaku"One Last Breath"Son bir nəfəs681
07 EstoniyaİngiliscəElina Born və Stiq Rasta"Goodbye to Yesterday"Dünənə əlvida3105
08 MakedoniyaİngiliscəDaniel Kaymakoski"Autumn Leaves"Payız yarpaqları1528
09 SerbiyaİngiliscəBoyana Stamenov"Beauty Never Lies"Gözəllik heç vaxt aldatmır963
10 MacarıstanİngiliscəBoqqi"Wars for Nothing"Heçnə üçün müharibələr867
11 BelarusİngiliscəUzari və Maimuna"Time"Vaxt1239
12 RusiyaİngiliscəPolina Qaqarina"A Million Voices"Milyonlarla səs1182
13 DanimarkaİngiliscəAnti Social Media"The Way You Are"Olduğun kimi1333
14 AlbaniyaİngiliscəElhaida Dani"I'm Alive"Mən yaşayıram1062
15 RumıniyaRumınca, İngiliscəVoltaj"De la capăt — All Over Again"Ən başdan589
16 GürcüstanİngiliscəNina Sublatti"Warrior"Döyüşçü498

2-ci yarımfinal redaktə

21 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Avstraliya, Almaniya, Böyük Britaniyaİtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

ÖlkəDilMüğənni(lər)MahnıTərcüməYerXal
01 LitvaİngiliscəMonika Linkite və Vaidas Baumila"Time"Vaxt767
02 İrlandiyaİngiliscəMolli Sterlinq"Playing with Numbers"Rəqəmlərlə oyun1235
03 San-MarinoİngiliscəAnita Simonçini və Mikele Perniola"Chain of Lights"İşıqların zənciri1611
04 MonteneqroMonteneqrcəKnez"Adio"Görüşənədək957
05 MaltaİngiliscəEmber"Warrior"Döyüşçü1143
06 NorveçİngiliscəMörland və Debra Skarlett"A Monster Like Me"Mənim kimi bədheybət4123
07 PortuqaliyaPortuqalcaLeonor Andrade"Há um mar que nos separa"Bizi ayıran dəniz var1419
08 ÇexiyaİngiliscəMarta Yandova və Vatslav Noid Barta"Hope Never Dies"Ümid heç vaxt ölmür1333
09 İsrailİngiliscəNadav Qedj"Golden Boy"Qızıl oğlan3151
10 LatviyaİngiliscəAminata"Love Injected"Sevgi yeridilib2155
11 AzərbaycanİngiliscəElnur Hüseynov"Hour Of The Wolf"Canavarın saatı1053
12 İslandiyaİngiliscəMariya Olafs"Unbroken"Sınmaz1514
13 İsveçİngiliscəMons Selmerlöv"Heroes"Qəhrəmanlar1217
14 İsveçrəİngiliscəMelani Rene"Time to Shine"Parlamaq vaxtıdır174
15 KiprİngiliscəCon Karaqiannis"One Thing I Should Have Done"Etməli olduğum bir şey687
16 SloveniyaİngiliscəMaraaya"Here for You"Sənin üçün burada592
17 PolşaİngiliscəMonika Kuşinska"In the Name of Love"Sevgi naminə857

Final redaktə

Müsabiqənin qalibi Mons Selmerlöv Vyana səhnəsində

Finalçılar:

  • "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
  • Avstraliya;
  • Ev sahibi ölkə (Avstriya);
  • Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

23 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və İsveç təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdirlər.

ÖlkəDilMüğənni(lər)MahnıTərcüməYerXal
01 SloveniyaİngiliscəMaraaya"Here for You"Sənin üçün burada1439
02 FransaFransızcaLiza Encell"N'oubliez pas"Unutma254
03 İsrailİngiliscəNadav Qedj"Golden Boy"Qızıl oğlan997
04 EstoniyaİngiliscəElina Born və Stiq Rasta"Goodbye to Yesterday"Dünənə əlvida7106
05 Böyük BritaniyaİngiliscəElectro Velvet"Still in Love with You"Hələ də səni sevirəm245
06 ErmənistanİngiliscəGenealogy"Face the Shadow"Kölgə ilə üzləş1634
07 LitvaİngiliscəMonika Linkite və Vaidas Baumila"Time"Vaxt1830
08 SerbiyaİngiliscəBoyana Stamenov"Beauty Never Lies"Gözəllik heç vaxt aldatmır1053
09 NorveçİngiliscəMörland və Debra Skarlett"A Monster Like Me"Mənim kimi bədheybət8102
10 İsveçİngiliscəMons Selmerlöv"Heroes"Qəhrəmanlar1365
11 KiprİngiliscəCon Karaqiannis"One Thing I Should Have Done"Etməli olduğum bir şey2211
12 AvstraliyaİngiliscəQay Sebastian"Tonight Again"Yenidən bu axşam5196
13 BelçikaİngiliscəLoik Notte"Rhythm Inside"Daxildəki ritm4217
14 Avstriya (ev sahibi)İngiliscəThe Makemakes"I Am Yours"Mən səninəm260
15 YunanıstanİngiliscəMariya Elena Kiriaku"One Last Breath"Son bir nəfəs1923
16 MonteneqroMonteneqrcəKnez"Adio"Görüşənədək1344
17 AlmaniyaİngiliscəAnn Sofi"Black Smoke"Qara tüstü270
18 PolşaİngiliscəMonika Kuşinska"In the Name of Love"Sevgi naminə2310
19 LatviyaİngiliscəAminata"Love Injected"Sevgi yeridilib6186
20 RumıniyaRumınca, İngiliscəVoltaj"De la capăt — All Over Again"Ən başdan1535
21 İspaniyaİspancaEdurne"Amanecer"Sübh2115
22 MacarıstanİngiliscəBoqqi"Wars for Nothing"Heçnə üçün müharibələr2019
23 GürcüstanİngiliscəNina Sublatti"Warrior"Döyüşçü1151
24 AzərbaycanİngiliscəElnur Hüseynov"Hour Of The Wolf"Canavarın saatı1249
25 RusiyaİngiliscəPolina Qaqarina"A Million Voices"Milyonlarla səs2303
26 AlbaniyaİngiliscəElhaida Dani"I'm Alive"Mən yaşayıram1734
27 İtaliyaİtalyancaIl Volo"Grande amore"Böyük sevgi3292

Nəticələr redaktə

1-ci yarımfinal redaktə

1-ci yarımfinalda səsverən bütün ölkələr 50% telesəsvermə, 50% münsif səslərindən istifadə etdiyi halda yalnız Gürcüstan 100% münsif səslərindən istifadə etmişdir.

Səsvermə nəticələri
Cəmi
Moldova4165552810
Ermənistan7741257771251854
Belçika14951121261067106812675861210
Niderland336351713223
Finlandiya1344212
Yunanıstan813836214633512646432
Estoniya105245884228810823510412
Makedoniya281212103
Serbiya6357421244411271
Macarıstan6744712824310256
Belarus398736312
Rusiya1827108101012881012121071271012107
Danimarka3321311775411
Albaniya626101010136376
Rumıniya891237265335216811888
Gürcüstan98101221586316107544725

2-ci yarımfinal redaktə

2-ci yarımfinalda səsverən bütün ölkələr 50% telesəsvermə, 50% münsif səslərindən istifadə etdiyi halda, Azərbaycan, Monteneqro və San-Marino 100% münsif səslərindən istifadə etmişdir.

Səsvermə nəticələri
Cəmi
Litva67734101410743743
İrlandiya3525254231128
San-Marino1156
Monteneqro573567210712104
Malta433710410315
Norveç1238486587171012106668722
Portuqaliya19436411
Çexiya3314111811384
İsrail151486310810238810710510781212
Latviya1551212107778267888871010810
Azərbaycan53678310324532
İslandiya14122522
İsveç2171010128121212121212412121212121212107
İsveçrə41111
Kipr8736226656565746576
Sloveniya927112344368126435563
Polşa57556525352421354

Final redaktə

Finalda səsverən bütün ölkələr 50% telesəsvermə, 50% münsif səslərindən istifadə etdiyi halda, Makedoniya və Monteneqro 100% telesəsvermədən və San-Marino isə 100% münsif səslərindən istifadə etmişdir.

Səsvermə nəticələri
Cəmi
Sloveniya39413351841621
Fransa431
İsrail973531257163452125542856471
Estoniya10613107446262323362784237212312
Böyük Britaniya5113
Ermənistan34143323612
Litva307174623
Serbiya5312255331061123
Norveç102246231047442444533651064
İsveç36551012481078612812121287101012108751210121010121087121210128107
Kipr11101
Avstraliya1966552634538842151277122810388748684105
Belçika21777781644721242108666513123712541057477576
Avstriya0
Yunanıstan231058
Monteneqro44621282410
Almaniya0
Polşa104321
Latviya186463552514477212567541757122102124738264
Rumıniya35122551514
İspaniya1521115113
Macarıstan19411148
Gürcüstan5123510110143651
Azərbaycan498833122310
Rusiya30377881012810121010107101012861210810865666681035210125
Albaniya34106612
İtaliya29261221212112788756866683871210782817712121061251238

Digər ölkələr redaktə

  • Andorra — Andorranın RTVA kanalı ölkənin 2015-ci ildə müsabiqədə təmsil olunmayacağını rəsmi olaraq açıqlamışdır. Buna səbəb dövlət tərəfindən telekanalın büdcəsinə olan yatırımların azaldılmasıdır. Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Bolqarıstan — Ölkə bir illik fasilədən sonra müsabiqəyə geri dönməyi planlaşdırsa da, maliyyə çətinlikləri səbəbindən Bolqarıstanın müsabiqədə iştirakı baş tutmamışdır. Bolqarıstan Avroviziyada son dəfə Malmödə keçirilən müsabiqədə 2013-cü ildə iştirak etmiş və yarımfinal mərhələsində 12-ci yeri tutmuşdur.
  • Bosniya və Herseqovina — Ölkə 2015-ci ildə iki illik fasilədən sonra müsabiqəyə geri dönməyi planlaşdırsa da, 17 noyabr 2014-cü il tarixdə Bosniya Bosniya və Herseqovinanın BHRT kanalı maliyyə problemləri səbəbindən ölkənin Vyanada keçirilən müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır. Bosniya və Herseqovina Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 18-ci yeri tutmuşdur.
  • Lüksemburq — 31 iyul 2014-cü ildə Lüksemburqun RTL kanalı Lüksemburqun 2015-ci ildə müsabiqəyə geri dönməyəcəyini bildirmişdir. Buna səbəb ölkədə yarışmaya olan marağın az olması və iştirak üçün lazım olan məbləğin yüksək olmasıdır. Lüksemburq Avroviziyada son dəfə İrlandiyada keçirilən müsabiqədə 1993-cü ildə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
  • Mərakeş — Mərakeşin SNRT kanalı Mərakeşin 2015 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlamışdır. Mərakeş Avroviziyada ilk və son dəfə Niderlandda keçirilən müsabiqədə 1980-ci ildə iştirak etmiş və sonuncu yerdə qərarlaşmışdır.
  • Monako — Monakonun TMC kanalı Monakonun 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını təsdiqləmişdir. Bununla bağlı əlavə açıqlama verilməmişdir. Monako Avroviziyada son dəfə Afinada keçirilən müsabiqədə 2006-cı ildə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Slovakiya — 26 avqust 2014-cü il tarixində Slovakiyanın RTVS kanalı Slovakiyanın maliyyə çətinlikləri səbəbindən 2015-ci ildə müsabiqədə iştirak etməyəcəyini açıqladı. Slovakiya Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Türkiyə — 5 sentyabr 2014-cü ildə Türkiyənin dövlət kanalı TRT müsabiqənin müəyyən qaydalarına narazaçılığını bildirərək, ölkənin 60-cı Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlamışdır. Türkiyə Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.
  • Ukrayna — Ukraynanın dövlət kanalı olan NTU 19 sentyabr 2014-cü il tarixində ölkədə baş verən siyasi böhran səbəbindən Ukraynanın Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlamışdır.
  • Xorvatiya — Xorvatiyanın dövlət kanalı olan HRT 26 sentyabr 2014-cü il tarixində Xorvatiyanın Vyanada keçirilən Avroviziyada iştirak etməyəcəyini açıqlamışdır. Buna səbəb olaraq maliyyə böhranı və eyni zamanda ölkənin son illərdə müsabiqədə əldə etdiyi uğursuz nəticələr göstərilmişdir. Xorvatiya Avroviziyada son dəfə Malmödə keçirilən müsabiqədə 2013-cü ildə iştirak etmiş və yarımfinal mərhələsində 13-cü yeri tutmuşdur.

Yenidən iştirak edən müğənnilər redaktə

MüğənniÖlkəİştirak etdiyi il(lər)Tutduğu yer
Elnur Hüseynov Azərbaycan20088-ci
Uzari Belarus201114-cü (yarımfinalda)
Ember (dəstək vokalçı olaraq) Malta201221-ci

Müsabiqəni canlı yayımlayan ölkələr redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə