İsveç Avroviziya Mahnı Müsabiqəsində

İsveç Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1958-ci ildə qoşulmuş və ümumilikdə 59 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qatıldığı ildən etibarən ölkə yalnız üç dəfə 1964, 19701976-cı illərdə müsabiqədə iştirak etməmişdir. İsveç Avroviziyanın ən çox uğur qazanan ölkələrdən biridir. Ölkə iştirak etdiyi illər ərzində altı dəfə Avroviziyada qələbə qazanmışdır. 21-ci əsr üçün isə İsveç müsabiqənin ən güclü ölkəsidir. Belə ki, ölkə 2000-ci ildən bəri iki dəfə müsabiqədə birinci yerdə və on dəfə isə beşlikdə yer almışdır. Ümumilikdə isə İsveç 24 dəfə Avroviziyada beşlikdə yer almışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan SVT telekanalı İsveçin Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi və ölkənin ən böyük musiqi hadisəsi hesab olunan Melodifestivalen mahnı festivalı vasitəsi ilə seçir. İsveç Avroviziyada SMS səsverməsindən istifadə edən ilk ölkələrdən biri olmuşdur.

İsveç ilk dəfə Avroviziyada 1974-cü ildə ABBA qrupunun ifa etdiyi "Waterloo" mahnısı ilə qələbə qazanmışdır. Bu qələbənin ardınca ABBA qrupu dünyada şöhrət qazanmış və bütün zamanların ən böyük pop qrupu adına layiq görülmüşdür. On il sonra İsveç 1984-cü ildə Herreys qrupunun səsləndirdiyi "Diggi-Loo Diggi-Ley" mahnısı ilə Avroviziya qalibi olmuşdur. 1991-ci ildə isə Karolanın ifa etdiyi "Fångad av en stormvind" mahnısı ilə İsveç üçüncü dəfə müsabiqədə qələbə qazanmışdır. Ölkə 1999-cu ildə Şarlotta Nilsenin "Take Me to Your Heaven" mahnısı ilə dördüncü qalibiyyətini əldə etmişdir. 21-ci əsrdə isə İsveçə ilk qələbə sevincini 2012-ci ildə əslən Mərakeşli olan ifaçı Lorin "Euphoria" mahnısı ilə qazandırmışdır. Çox keçmədən 2015-ci ildə İsveç Mons Selmerlövün ifa etdiyi "Heroes" mahnısı ilə altıncı Avroviziya qalibiyyətini əldə etmişdir.

2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra İsveç yalnız bir dəfə 2010-cu ildə finala yüksələ bilməmişdir. Ölkə iştirak etdiyi illər ərzində altı dəfə müsabiqəyə ev sahibliyi etmişdir; üç dəfə paytaxt Stokholmda (1975, 2000, 2016), iki dəfə Malmödə (1992, 2013) və bir dəfə Göteborq (1985) şəhərində keçirilmişdir.

Təmsilçilər redaktə

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1958İsveçcəAlis Babs"Lilla stjärna"410
Yarımfinal olmayıb
1959İsveçcəBrita Borq"Augustin"94
1960İsveçcəSiv Malmkvist"Alla andra får varann"104
1961İsveçcəLill-Babs"April, April"142
1962İsveçcəİnqer Berqren"Sol och vår"74
1963İsveçcəMonika Zetterlund"En gång i Stockholm"130
1965İngiliscəİnqvar Viksell"Absent Friend"106
1966İsveçcəLill Lindfors və Svante Turesson"Nygammal vals"216
1967İsveçcəÖsten Varnerbrinq"Som en dröm"87
1968İsveçcəKlaes-Göran Hederström"Det börjar verka kärlek, banne mig"515
1969İsveçcəTommi Körberq"Judy, min vän"98
1971İsveçcəFamily Four"Vita vidder"685
1972İsveçcəFamily Four"Härliga sommardag"1375
1973İngiliscəThe Nova"You're Summer"594
1974İngiliscəABBA"Waterloo"124
1975İngiliscəLars Berqhaqen və The Dolls"Jennie, Jennie"872
1977İsveçcəForbes"Beatles"182
1978İsveçcəByörn Skifs"Det blir alltid värre framåt natten"1426
1979İsveçcəTed Qerdestad"Satellit"178
1980İsveçcəTomas Ledin"Just nu!"1047
1981İsveçcəByörn Skifs"Fångad i en dröm"1050
1982İsveçcəChips"Dag efter dag"867
1983İsveçcəKarola"Främling"3126
1984İsveçcəHerreys"Diggi-Loo Diggi-Ley"1145
1985İsveçcəKikki Danielsson"Bra vibrationer"3103
1986İsveçcəMonika Törnell və Lasse Holm"E' de' det här du kallar kärlek?"578
1987İsveçcəLotta Enqberq"Boogaloo"1250
1988İsveçcəTommi Körberq"Stad i ljus"1252
1989İsveçcəTommi Nilsson"En dag"4110
1990İsveçcəEdin-Ådahl"Som en vind"1624
1991İsveçcəKarola"Fångad av en stormvind"1146
1992İsveçcəKrister Byörkman"I morgon är en annan dag"229
1993İsveçcəArvingarna"Eloise"789
1994İsveçcəMari Berqman və Rocer Pontare"Stjärnorna"1348
1995İsveçcəYan Yohansen"Se på mig"3100
1996İsveçcəOne More Time"Den vilda"31001227
1997İsveçcəBlond"Bara hon älskar mig"1436
Yarımfinal olmayıb
1998İsveçcəCill Conson"Kärleken är"1053
1999İngiliscəŞarlotta Nilsen"Take Me to Your Heaven"1163
2000İngiliscəRocer Pontare"When Spirits Are Calling My Name"788
2001İngiliscəFriends"Listen To Your Heartbeat"5100
2002İngiliscəAfro-dite"Never Let It Go"872
2003İngiliscəFame"Give Me Your Love"5107
2004İngiliscəLena Filipsson"It Hurts"5170
Birbaşa finalçı
2005İngiliscəMartin Stenmark"Las Vegas"1930
2006İngiliscəKarola"Invincible"51704214
2007İngiliscəThe Ark"The Worrying Kind"1851
Birbaşa finalçı
2008İngiliscəŞarlotta Perelli"Hero"184712a54
2009Fransızca, İngiliscəMalena Ernman"La voix"21334105
2010İngiliscəAnna Berqendal"This Is My Life"
Finala keçməyib
1162
2011İngiliscəErik Saade"Popular"31851155
2012İngiliscəLorin"Euphoria"13721181
2013İngiliscəRobin Şernberq"You"1462
Ev sahibi-ölkə
2014İngiliscəSanna Nilsen"Undo"32182131
2015İngiliscəMons Selmerlöv"Heroes"13651217
2016İngiliscəFrans"If I Were Sorry"5261
Ev sahibi-ölkə
2017İngiliscəRobin Benqtsson"I Can't Go On"53443227
2018İngiliscəBenyamin İnqrosso"Dance You Off"72742254
2019İngiliscəCon Lundvik"Too Late for Love"53343238
QEYD:
a. ^ 2008-ci ildə yarımfinalda 12-ci yeri tutmasına baxmayaraq İsveç münsiflər heyətinin dəstəyi ilə finala vəsiqə qazana bilmişdir.

Səsvermə tarixi redaktə

İsveçin ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 İrlandiya227
2 Norveç210
3 Danimarka207
4 Böyük Britaniya168
5 Almaniya150
İsveçin ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 Norveç343
2 Danimarka327
3 Finlandiya264
4 Böyük Britaniya209
5 İslandiya200

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi redaktə

İlŞəhərEv sahibiAparıcılar
1975StokholmStockholmsmässanKarin Falk
1985GöteborqScandinaviumLill Lindfors
1992MalmöMalmömässanLidiya Kappoliçio və Harald Trütiqer
2000StokholmEricsson GlobeKattis Olström və Anders Lundin
2013MalmöMalmö ArenaPetra Mede
2016StokholmEricsson GlobePetra Mede and Mons Selmerlöv

Qalereya redaktə

Həmçinin bax redaktə