Birləşmiş Krallıq Avroviziya Mahnı Müsabiqəsində

(Böyük Britaniya Avroviziya Mahnı Müsabiqəsində səhifəsindən istiqamətləndirilmişdir)

Böyük Britaniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1957-ci ildə qoşulmuş və ümumilikdə 62 dəfə müsabiqədə iştirak etmişdir. Böyük Britaniya 20-ci əsrdə Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri olmuşdur. Belə ki, ötən əsr boyunca Britaniya Avroviziyada beş dəfə qələbə qazanmış, on beş dəfə ikinci, iki dəfə üçüncü və ümumilikdə iyirmi yeddi dəfə ilk beşlikdə yer almışdır. Müsabiqəyə qatıldığı ildən sonra yalnız bir dəfə 1958-ci ildə Avroviziyaya qatılmaqdan imtina etmiş və növbəti ildə yenidən müsabiqəyə geri dönmüşdür. Böyük Britaniya Almaniya, İtaliya, Fransaİspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır.

Böyük Britaniya ilk dəfə Avroviziyada 1967-ci ildə Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə qələbə qazanmışdır. Bir il sonra 1969-cu ildə ölkəni müsabiqədə təmsil edən Lulu ifa etdiyi "Boom Bang-a-Bang" mahnısı ilə Böyük Britaniyaya ikinci qalibiyyəti gətirmişdir. Lakin həmin müsabiqədə Britaniya təmsilçisi ilə yanaşı həm də Fransa, İspaniyaNiderland təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi və nəticə olaraq, gecənin sonunda dörd ölkənin hər biri müsabiqənin qalibi elan edilmişdir. Böyük Britaniyanın üçüncü Avroviziya qələbəsi 1976-cı ildə Brotherhood of Man qrupunun səsləndirdiyi "Save Your Kisses for Me" mahnısı ilə qazanılmışdır. 1981-ci ildə isə Bucks Fizz qrupu ifa etdikləri "Making Your Mind Up" mahnısı ilə Böyük Britaniyaya dördüncü Avroviziya qalibiyyəti qazandırmışdırlar. Qrup müsabiqədə iştirakdan sonra öz fərqli tərzlərinə görə dünyada şöhrət qazanmış və qrupun dünyada 15 milyondan artıq albom nüsxəsi satılmışdır. Böyük Britaniyanın indiyədək olan ən son Avroviziya qələbəsi isə 1997-ci ildə Katrina and the Waves qrupunun ifa etdiyi "Love Shine a Light" mahnısı ilə əldə edilmişdir.

21-ci əsrdə isə Böyük Britaniya Avroviziyada heç də uğurlu nəticələr göstərməmişdir. Belə ki, 2000-ci ildən bəri ölkə yalnız iki dəfə müsabiqədə ilk onluğa daxil ola bilmişdir. 2002-ci ildə Britaniya təmsilçisi Cessika Qarlik üçüncü, 2009-cu ildə Ceyd İven beşinci yeri tutmuşdur. Bir-birini izləyən məyusedici nəticələrin ardınca Ceydin ölkəni beşinci yerə yüksəltməsi Britaniyada böyük sevinclə qarşılanmışdır. Böyük Britaniya indiyədək Avroviziyada dörd dəfə (hər biri 21-ci əsrdə) sonuncu yeri tutmuşdur.

Təmsilçilər redaktə

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
  müsabiqə ləğv edildi
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1957İngiliscəPatrisiya Bredin"All"76
Yarımfinal olmayıb
1959İngiliscəPörl Karr və Teddi Conson"Sing, Little Birdie"216
1960İngiliscəBrayan Conson"Looking High, High, High"225
1961İngiliscəThe Allisons"Are You Sure?"224
1962İngiliscəRonni Karroll"Ring-A-Ding Girl"410
1963İngiliscəRonni Karroll"Say Wonderful Things"428
1964İngiliscəMett Monro"I Love the Little Things"217
1965İngiliscəKeti Körbi"I Belong"226
1966İngiliscəKennet MakKellar"A Man Without Love"98
1967İngiliscəSendi Şou"Puppet on a String"147
1968İngiliscəKliff Riçard"Congratulations"228
1969İngiliscəLulu"Boom Bang-a-Bang"118
1970İngiliscəMeri Hopkin"Knock, Knock Who's There?"226
1971İngiliscəKlodaq Rocers"Jack in the Box"498
1972İngiliscəThe New Seekers"Beg, Steal or Borrow"2114
1973İngiliscəKliff Riçard"Power to All Our Friends"3123
1974İngiliscəOliviya Nyuton-Con"Long Live Love"414
1975İngiliscəThe Shadows"Let Me Be the One"2138
1976İngiliscəBrotherhood of Man"Save Your Kisses for Me"1164
1977İngiliscəLinsi de Pol və Mayk Moran"Rock Bottom"2121
1978İngiliscəCo-Co"The Bad Old Days"1161
1979İngiliscəBlack Lace"Mary Ann"773
1980İngiliscəPrima Donna"Love Enough for Two"3106
1981İngiliscəBucks Fizz"Making Your Mind Up"1136
1982İngiliscəBardo"One Step Further"776
1983İngiliscəSweet Dreams"I'm Never Giving Up"679
1984İngiliscəBelle and the Devotions"Love Games"763
1985İngiliscəVikki Uatson"Love Is"4100
1986İngiliscəRyder"Runner in the Night"772
1987İngiliscəRikki"Only the Light"1347
1988İngiliscəSkott Fitzjerald"Go"2136
1989İngiliscəLive Report"Why Do I Always Get it Wrong?"2130
1990İngiliscəEmma"Give a Little Love Back to the World"687
1991İngiliscəSamanta Yanus"A Message to Your Heart"1047
1992İngiliscəMaykl Boll"One Step Out of Time"2139
1993İngiliscəSoniya"Better the Devil You Know"2164
1994İngiliscəFrensis Raffell"Lonely Symphony (We Will Be Free)"1063
1995İngiliscəLove City Groove"Love City Groove"1076
1996İngiliscəGina G"Ooh Aah... Just a Little Bit"8773153
1997İngiliscəKatrina and the Waves"Love Shine a Light"1227
Yarımfinal olmayıb
1998İngiliscəImaani"Where Are You?"2166
1999İngiliscəPrecious"Say It Again"1238
2000İngiliscəNiki Frenç"Don't Play That Song Again"1628
2001İngiliscəLindsi"No Dream Impossible"1528
2002İngiliscəCessika Qarlik"Come Back"3111
2003İngiliscəJemini"Cry Baby"260
2004İngiliscəCeyms Foks"Hold On to Our Love"1629
Böyük Dördlük ölkəsi
2005İngiliscəCavin Hilton"Touch My Fire"2218
2006İngiliscəDaz Sempson"Teenage Life"1925
2007İngiliscəScooch"Flying the Flag (for You)"2219
2008İngiliscəEndi Abraham"Even If"2514
2009İngiliscəCeyd İven"It's My Time"5173
2010İngiliscəCoş Dubovi"That Sounds Good to Me"2510
2011İngiliscəBlue"I Can"11100
Böyük Beşlik ölkəsi
2012İngiliscəEngelbert Hamperdink"Love Will Set You Free"2512
2013İngiliscəBonni Tayler"Believe in Me"1923
2014İngiliscəMolli"Children of the Universe"1740
2015İngiliscəElectro Velvet"Still in Love with You"245
2016İngiliscəJoe & Jake"You're Not Alone"2462
2017İngiliscəLusi Cons"Never Give Up on You"15111
2018İngiliscəSuRie"Storm"2448
2019İngiliscəMaykl Rays"Bigger than Us"2611
2020İngiliscəCeyms Nyumen"My Last Breath"
2020 Avroviziya Mahnı Müsabiqəsi
Koronavirus (COVID-19) səbəbilə ləğv edilmişdir
2021İngiliscəCeyms Nyumen"Embers"260
Böyük Beşlik ölkəsi
2022İngiliscəSam Ryder"Space Man"2466

Səsvermə tarixi redaktə

Böyük Britaniyanın ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 İrlandiya253
2 İsveç209
3 Almaniya171
4 İsveçrə156
5 İsrail135
Böyük Britaniyanın ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 İrlandiya249
2 İsveçrə206
3 Fransa195
4 Avstriya189
5 Almaniya187

Ev sahibliyi redaktə

Böyük Britaniya Avroviziya üçün rekord say olan səkkiz dəfə müsabiqəyə ev sahibliyi etmişdir. Ölkə 1960-cı ildə Niderlandı, 1963-cü ildə Fransanı, 1972-ci ildə Monakonu1974-cü ildə Lüksemburqu ev sahibi-ölkə olaraq əvəz etmişdir.

İlŞəhərEv sahibiAparıcılar
1960LondonRoyal Festival HallKeyti Boyl
1963BBC Televiziya mərkəzi
1968Royal Albert Hall
1972EdinburqUsher HallMoira Şirer
1974BraytonBrighton DomeKeyti Boyl
1977LondonWembley Conference CenterAncela Rippon
1982HarroqeytHarrogate International CentreYan Liminq
1998BirminhemNational Indoor ArenaUlrika Yonsson və Terri Voqan

Qalereya redaktə

Həmçinin bax redaktə