Bosniya və Herseqovina Avroviziya Mahnı Müsabiqəsində

Bosniya və Herseqovina Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Avroviziyada Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində iştirak etmişdir. Bosniya və Herseqovina müsabiqədə göstərdiyi zəif nəticələrə görə 19982000-ci illərdə Avropa Yayım İttifaqının qərarı ilə müsabiqədən kənarlaşdırılmışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Bosniya və Herseqovina hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2016-cı ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.

Bosniya və Herseqovina Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və ən yaxşı nəticəsi 2006-cı ildə Hari Mata Harinin ifa etdiyi "Lejla" mahnısı ilə əldə etdiyi 3-cü yerdir. 2013-cü ildə ciddi maliyyə çətinlikləri ilə üzləşən ölkənin Avroviziyada iştirak etməyəcəyi açıqlanmışdır. Bosniya və Herseqovina üç illik fasilədən sonra 2016-cı ildə müsabiqəyə geri dönsə də, 2017-ci ildə yenidən maliyyə problemləri səbəbi ilə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır.

Təmsilçilər

redaktə
  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1993BoşnakcaFazla"Sva bol svijeta"1627252
1994BoşnakcaAlma Çardjiç və Deyan Lazareviç"Ostani kraj mene"1539
Yarımfinal olmayıb
1995BoşnakcaDavorin Popoviç"Dvadeset prvi vijek"1914
1996BoşnakcaAmila Qlamoçak"Za našu ljubav"22132129
1997BoşnakcaAlma Çardjiç"Goodbye"1822
Yarımfinal olmayıb
1999Boşnakca, FransızcaDino Merlin və Beatris"Putnici"786
2001Boşnakca, İngiliscəNino Prşeş"Hano"1429
2002Serbcə, İngiliscəMaya Tatiç"Na jastuku za dvoje" (На јастуку за двоје)1333
2003Xorvatca, İngiliscəMiya Martina"Ne brini"1627
2004İngiliscəDeen"In The Disco"9917133
2005İngiliscəFeminnem"Call Me"1479
Birbaşa finalçı
2006BoşnakcaHari Mata Hari"Lejla"32292267
2007SerbcəMariya Şestiç"Rijeka bez imena" (Ријека без имена)11106
Birbaşa finalçı
2008BoşnakcaLaka"Pokušaj"10110972
2009BoşnakcaRegina"Bistra voda"91063125
2010İngiliscəVukaşin Brayiç"Thunder and Lightning"1751859
2011İngiliscə, BoşnakcaDino Merlin"Love In Rewind"61255109
2012BoşnakcaMaya Sar"Korake ti znam"1855677
2016BoşnakcaDalal və Deen ilə Ana Ruçner və Yala"Ljubav je"
Finala keçməyib
11104
2017-ci ildən bəri müsabiqədə iştirak etmir.

Səsvermə tarixçəsi

redaktə
Bosniya və Herseqovinanın ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 Xorvatiya115
2 Türkiyə95
3 Serbiya76
4 Sloveniya61
5 Fransa59
Bosniya və Herseqovinanın ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 Xorvatiya144
2 Türkiyə129
3 Sloveniya100
4 Avstriya74
İsveç74

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya

redaktə

Həmçinin bax

redaktə