Türkiyə Avroviziya Mahnı Müsabiqəsində

Türkiyənin Avroviziya Musiqi Müsabiqəsində roluna ümumi baxış

Türkiyə Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1975-ci ildə qoşulmuş və ümumilikdə 34 dəfə müsabiqədə iştirak etmişdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Türkiyə hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2011-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.

1975-ci ildə Semiha Yankının ifa etdiyi "Seninle Bir Dakika" mahnısı ilə Avroviziyaya qoşulan Türkiyə müsabiqədə sonuncu yeri tutmuşdur. Daha sonra 19761977-ci illərdə müsabiqədə iştirak etməmiş, 1978-ci ildə yenidən Avroviziyaya geri dönmüşdür. Həmin müsabiqədə də məyusedici nəticə əldə edən ölkə 1979-cu ildə yenidən iştirak etməyi planlaşdırsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu İsrailin paytaxtı Qüdsdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir.[1] Lakin Türkiyə 20 il sonra 1999-cu ildə Qüdsdə keçirilən Avroviziyada iştirak etmişdir.

Ölkənin Avroviziyada 80-ci illərdə iştirakı ərzində əldə etdiyi ən yüksək nəticə 1986-cı ildə Klips ve Onlar qrupunun ifa etdiyi "Halley" mahnısı ilə tutduqları 9-cu yer olmuşdur. Həmin dövrdə Türkiyə eyni zamanda iki dəfə sonuncu yeri də tutmuşdur. 80-ci illərdə Türkiyəni Avroviziyada Ajda Pekkan, MFÖ qrupu və Candan Erçetin (Klips ve Onlar qrupunun üzvü) kimi ölkənin tanınmış sənətçiləri təmsil etmişdir.

1990-cı ildə Türkiyəni müsabiqədə ölkənin tanınmış sənətçilərindən biri olan Kayahan təmsil etmiş, lakin 22 ölkə təmsilçisi arasında 17-ci yeri tutaraq, ölkəyə gözlənilən yüksək nəticəni qazandıra bilməmişdir. Müsabiqədə son illərdə əldə edilən zəif nəticələr səbəbindən Türkiyə 1994-cü ildə Avropa Yayım İttifaqı tərəfindən bir illik Avroviziyadan kənarlaşdırılmışdır. 90-cı illərin sonunda dil qaydasının aradan qaldırılması və eyni zamanda SMS səsverməsinin tətbiqindən sonra Türkiyə müsabiqədə yüksək nəticələr əldə etməyə başlamışdır. 1997-ci ildə Türkiyə Şəbnəm Paker və Etnik qrupunun ifa etdiyi "Dinle" mahnısı ilə müsabiqədə üçüncü yeri qazandırmışdır. Bu Türkiyənin həmin ilədək Avroviziyada əldə etdiyi ən yüksək nəticə idi.

2003-cü ildə Türkiyə Sertab Erenerin ifa etdiyi "Everyway That I Can" mahnısı ilə Avroviziyada ilk dəfə birincilik qazanmış və 2004-cü ildə müsabiqəyə ev sahibliyi etmişdir. Daha sonra Türkiyə 2004-cü ildə Athena qrupunun, 2007-ci ildə Kənan Doğulunun2009-cu ildə Hadisənin təmsilində Avroviziyada ilk beşlikdə yer almışdır. 2010-cu ildə ölkəni müsabiqədə təmsil edən rok qrupu MaNga ifa etdikləri "We Could Be The Same" mahnısı ilə ikinci yeri qazanmışdır. Türkiyə müsabiqədə əldə etdiyi uğurlu nəticələrə baxmayaraq 2013-cü ildə Avroviziyadan kənarlaşmışdır.

Təmsilçilər redaktə

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1975TürkcəSemiha Yankı"Seninle Bir Dakika"193
Yarımfinal olmayıb
1978TürkcəNilüfər və Nazar qrupu"Sevince"182
1980TürkcəAjda Pekkan"Petrol"1523
1981TürkcəModern folk triosu və Ayşəgül Aldinç"Dönme Dolap"189
1982TürkcəNeco"Hani?"1520
1983TürkcəÇetin Alp və The Short Waves"Opera"190
1984TürkcəBeş Yıl Önce, On Yıl Sonra"Halay"1237
1985TürkcəMFÖ"Diday Diday Day"1436
1986TürkcəKlips ve Onlar"Halley"953
1987TürkcəSeyyal Taner və Lokomotif"Şarkım Sevgi Üstüne"220
1988TürkcəMFÖ"Sufi"1537
1989TürkcəPan"Bana Bana"215
1990TürkcəKayahan"Gözlerinin Hapsindeyim"1721
1991Türkcəİzel, Reyhan və Can"İki Dakika"1244
1992TürkcəAylin Vatankoş"Yaz Bitti"1917
1993TürkcəBurak Aydos"Esmer Yarim"2110
1995TürkcəArzu Ece"Sev"1621
1996TürkcəŞəbnəm Paker"Beşinci Mevsim"1257769
1997TürkcəŞəbnəm Paker və Grup Etnik"Dinle"3121
Yarımfinal olmayıb
1998TürkcəTüzmen"Unutamazsın"1425
1999TürkcəTuba Önal"Dön Artık"1621
2000Türkcə, İngiliscəPınar Ayhan və SOS qrupu"Yorgunum Anla"1059
2001Türkcə, İngiliscəSedat Yüce"Sevgiliye Son"1141
2002Türkcə, İngiliscəBuket Bengisu"Leylaklar Soldu Kalbinde"1629
2003İngiliscəSertab Erener"Everyway That I Can"1167
2004İngiliscəAthena"For Real"4195
Ev sahibi-ölkə
2005TürkcəGülseren"Rimi Rimi Ley"1392
Birbaşa finalçı
2006Türkcə, İngiliscəSibel Tüzün"Süper Star"1191891
2007İngiliscə, TürkcəKənan Doğulu"Shake It Up Şekerim"41633197
2008TürkcəMor ve Ötesi"Deli"7137885
2009İngiliscəHadisə"Düm Tek Tek"41772172
2010İngiliscəMaNga"We Could Be The Same"21701118
2011İngiliscəYüksek Sadakat"Live It Up"
Finala keçməyib
1347
2012İngiliscəCan Bonomo"Love Me Back"7112580
2013-cü ildən bəri müsabiqədə iştirak etmir.

Səsvermə tarixi redaktə

Türkiyənin ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 Bosniya və Herseqovina129
2 Böyük Britaniya126
3 İrlandiya119
4 İspaniya118
5 Almaniya86
Türkiyənin ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 Almaniya170
2 Fransa151
3 Niderland132
4 Belçika108
5 İsveçrə104

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi redaktə

İlŞəhərArenaAparıcılar
2004İstanbulAbdi İpekçi ArenaKorhan Abay və Məltəm Cumbul

Qalereya redaktə

İstinadlar redaktə

  1. O'Connor, John Kennedy. The Eurovision Song Contest: The Official History. Carlton Books, UK. 2007 ISBN 978-1-84442-994-3

Xarici keçidlər redaktə