Fransa Avroviziya Mahnı Müsabiqəsində

Fransa Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 62 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən indiyə kimi Fransa yalnız iki dəfə 19741982-ci illərdə Avroviziyada iştirak etməmişdir. Ölkə 20-ci əsrdə Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri olmuşdur. Belə ki, ötən əsr boyunca Fransa Avroviziyada beş dəfə qələbə qazanmış, dörd dəfə ikinci, yeddi dəfə üçüncü və ümumilikdə iyirmi dörd dəfə ilk beşlikdə yer almışdır. Fransa Almaniya, Böyük Britaniya, İtaliyaİspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır.

Fransa ilk Avroviziya qələbəsini 1958-ci ildə Andre Klavyönün ifa etdiyi "Dors, mon amour" mahnısı ilə qazanmışdır. Bir il sonra 1960-cı ildə ölkə təmsilçisi Jaklin Boye ifa etdiyi "Tom Pillibi" mahnısı ilə Fransaya ikinci Avroviziya qələbəsini qazandırmışdır. Çox keçmədən 1962-ci ildə Fransanı müsabiqədə təmsil edən İzabel Obre səsləndirdiyi "Un premier amour" mahnısı ilə ölkəyə üçüncü qalibiyyət sevincini yaşatmışdır. Fransanın dördüncü Avroviziya qələbəsi 1969-cu ildə Frida Bokkaranın ifa etdiyi "Un jour, un enfant" mahnısı ilə əldə edilmişdir. Lakin həmin müsabiqədə Fransa təmsilçisi ilə yanaşı həm də Böyük Britaniya, İspaniyaNiderland təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi və nəticə olaraq, gecənin sonunda dörd ölkənin hər biri müsabiqənin qalibi elan edilmişdir. Fransa indiyədək olan ən son Avroviziya qələbəsini isə 1977-ci ildə Mari Miriamın ifa etdiyi "L'oiseau et l'enfant" mahnısı ilə qazanmışdır.

21-ci əsrdə isə Fransa Avroviziyada heç də uğurlu nəticələr göstərməmişdir. Belə ki, 2000-ci ildən bəri ölkə yalnız iki dəfə müsabiqədə ilk beşliyə daxil ola bilmişdir. 2001-ci ildə Fransa təmsilçisi Nataşa Sen-Pyer dördüncü, 2002-ci ildə Sandrin Fransua beşinci yeri tutmuşdur. Altmış ilə yaxın iştirakı boyunca Fransa ilk dəfə 2014-cü ildə Avroviziya finalında sonuncu yeri tutmuşdur.

Təmsilçilər redaktə

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1956FransızcaMate Alteri"Le temps perdu"12-
Yarımfinal olmayıb
1956FransızcaDani Doberson"Il est là"4-
1957FransızcaPol Dejarden"La belle amour"217
1958FransızcaAndre Klavyö"Dors, mon amour"127
1959FransızcaJan Filipp"Oui, oui, oui, oui"315
1960FransızcaJaklin Boyer"Tom Pillibi"132
1961FransızcaJan-Pol Marik"Printemps, avril carillonne"413
1962Fransızcaİzabel Obre"Un premier amour"126
1963FransızcaAlen Barrye"Elle était si jolie"525
1964FransızcaRaşel"Le chant de Mallory"414
1965FransızcaQay Mardel"N'avoue jamais"322
1966FransızcaDominik Ualter"Chez nous"161
1967FransızcaNoel Kordyer"Il doit faire beau là-bas"320
1968Fransızcaİzabel Obre"La source"320
1969FransızcaFrida Bokkara"Un jour, un enfant"118
1970FransızcaQay Bonne"Marie-Blanche"48
1971FransızcaSerj Lama"Un jardin sur la terre"1082
1972FransızcaBetti Mars"Comé-comédie"1181
1973FransızcaMartin Klimenso"Sans toi"1565
1975FransızcaNikol Rui"Et bonjour à toi l'artiste"491
1976FransızcaKetrin Ferri"Un, deux, trois"2147
1977FransızcaMari Miriam"L'oiseau et l'enfant"1136
1978FransızcaJoel Prevos"Il y aura toujours des violons"3119
1979FransızcaAnn-Mari David"Je suis l'enfant soleil"3106
1980FransızcaProfil"Hé, hé M'sieurs dames"1145
1981FransızcaJan Qabilu"Humanahum"3125
1983FransızcaQay Bonne"Vivre"856
1984FransızcaAnnik Thommazo"Autant d'amoureux que d'étoiles"861
1985FransızcaRoje Bens"Femme dans ses rêves aussi"1056
1986FransızcaCocktail Chic"Européennes"1713
1987FransızcaKristin Minyer"Les mots d'amour n'ont pas de dimanche"1444
1988FransızcaJerar Lenorman"Chanteur de charme"1064
1989FransızcaNatali Pake"J'ai volé la vie"860
1990FransızcaJoel Ursull"White and Black Blues"2132
1991FransızcaAmina"C'est le dernier qui a parlé qui a raison"2146
1992Fransızca, Haiti kreolcaKali"Monté la riviè"873
1993Fransızca, KorsikacaPatrik Fiori"Mama Corsica"4121
1994FransızcaNina Morato"Je suis un vrai garçon"774
1995FransızcaNatali Santamariya"Il me donne rendez-vous"494
1996BretoncaDan Ar Braz və L'Héritage des Celtes"Diwanit Bugale"19181155
1997FransızcaFanny"Sentiments songes"795
Yarımfinal olmayıb
1998FransızcaMari Lin"Où aller"243
1999FransızcaNayah"Je veux donner ma voix"1914
2000FransızcaSofiya Mistari"On aura le ciel"235
2001Fransızca, İngiliscəNataşa Sen-Pyer"Je n'ai que mon âme"4142
2002FransızcaSandrin Fransua"Il faut du temps"5104
2003FransızcaLoiza Baleşe"Monts et merveilles"1819
2004Fransızca, İspancaJonatan Serrada"À chaque pas"1540
Böyük Dördlük ölkəsi
2005FransızcaOrtal"Chacun pense à soi"2311
2006FransızcaVirjin Puçin"Il était temps"225
2007Fransızca, İngiliscəLes Fatals Picards"L'amour à la française"2219
2008İngiliscə, FransızcaSebastyan Tellye"Divine"1947
2009FransızcaPatrisiya Kaas"Et s'il fallait le faire"8107
2010FransızcaCessi Matador"Allez Ola Olé"1282
2011KorsikacaAmori Vassili"Sognu"1582
Böyük Beşlik ölkəsi
2012Fransızca, İngiliscəAnqqun"Echo (You and I)"2221
2013FransızcaAmandin Burjua"L'enfer et moi"2314
2014Fransızca, İngiliscəTwin Twin"Moustache"262
2015FransızcaLiza Anjel"N'oubliez pas"254
2016Fransızca, İngiliscəAmir"J'ai cherché"6257
2017Fransızca, İngiliscəAlma"Requiem"12135
2018FransızcaMadame Monsieur"Mercy"13173
2019Fransızca, İngiliscəBilal Həsəni"Roi"16105

Səsvermə tarixi redaktə

Fransanın ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 Böyük Britaniya195
2 İsrail193
3 Portuqaliya188
4 İspaniya175
5 İtaliya166
Fransanın ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 İsveçrə181
2 Belçika168
3 Norveç167
4 Niderland162
5 Almaniya155
İrlandiya155

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi redaktə

İlŞəhərEv sahibiAparıcılar
1959KannPalais des FestivalsJaklin Juber
1961
1978ParisPalais des CongrèsDenis Fabre və Leon Zitron

Qalereya redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə