Rusiya Avroviziya Mahnı Müsabiqəsində

Rusiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 22 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduqdan sonra göstərdiyi zəif nəticələr səbəbindən Rusiya Avropa Yayım İttifaqının qərarı ilə 1996, 19981999-cu illərdə müsabiqədə iştirak etməmişdir. Ölkə 2008-ci ildə Dima Bilanın ifa etdiyi "Believe" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Rusiya müsabiqədə ümumilikdə 9 dəfə ilk beşlikdə yer almışdır. 2000-ci ildə Alsu, 2006-cı ildə Dima Bilan, 2012-ci ildə Buranovskiye Babuşki qrupu və 2015-ci ildə Polina Qaqarina ilə ikinci, 2003-cü ildə T.A.T.u. qrupu, 2007-ci ildə Serebro qrupu, 2016-cı ildə Sergey Lazarev2019-cu ildə yenidən Sergey Lazarev ilə üçüncü və 2013-cü ildə isə Dinə Qaripova ilə beşinci yeri tutmuşdur. Avroviziyada yarımfinalların tətbiq olunduğu 2004-cü ildən etibarən Rusiya həmişə müsabiqənin finalına yüksələ bilsə də, ilk dəfə 2018-ci ildə Yuliya Samoylovanın təmsilində yarımfinal mərhələsində məğlub olmuşdur.

Rusiyanın Avroviziya 2017-də iştirakı

redaktə

Rus şərhçilər Ukraynaya 2016-cı ildə Avroviziyada qələbə qazandıran "1944" mahnısını tənqid edərək, mahnının İosif Stalinin əmri ilə baş tutmuş Krım tatarlarının deportasiyasına aid olduğunu və bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi mesaj olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Müsabiqənin qalibi Camala da verdiyi müsahibələrdə ifa etdiyi və bəstələdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqla əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır. Ukraynanın müsabiqədə qalib gəlməsinin ardınca Rusiya Kiyevdə keçirilən müsabiqədə iştirakını təsdiqləsə də, müəyyən Rus siyasətçiləri ölkənin müsabiqədə iştirakdan imtina etməyə çağırmış və buna səbəb kimi Rusiyanın Ukraynada "xoşagəlməz qonaq" olacağı göstərilmişdir.

Ev sahibi ölkə ilə ciddi siyasi münaqişədə olmasına baxmayaraq Rusiyanın dövlət kanalı olan "Pervıy Kanal" 12 mart tarixində Avroviziya 2017-də Rusiyanı "Flame is Burning" (azərb. Məşəl alovlanır‎) adlı mahnı ilə Yuliya Samoylovanın təmsil edəcəyini açıqlamışdır. Bunun ardınca Ukrayna Təhlükəsizlik Xidmətinin Yuliya Samoylova üzərində araşdırma başladığı məlumatı verilmişdir. Buna səbəb isə Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsi olmuşdur.[1] Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə Krımın Kerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukrayna rəsmiləri Rusiyanın Samoylovanı müsabiqəyə göndərmək qərarının siyasi addım olduğunu bildirərək, Rusiyanın məhz növbəti siyasi qalmaqal yaratmaq istədiyindən Krıma qeyri-qanuni yolla giriş edən müğənninin Avroviziya üçün seçildiyini və bunun düşünülmüş addım olduğunu iddia etmişdirlər. Rusiya tərəfi bu iddiaları təkzib etmiş və bunun arxasında heç bir siyasi məqam olmadığı söylənilmişdir.[2]

22 mart tarixində Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyulduğunu bəyan etmişdir. Qərarın həmən ardınca müsabiqənin direktoru Yon Ola Sand bütün iştirakçıların Kiyev səhnəsində çıxışını təmin etmək məqsədilə hələ də danışıqların aparıldığını və ev sahibi ölkənin aldığı qərarın müsabiqənin birlik və bərabərlik dəyərlərinə zidd olduğunu vurğulayaraq Avropa Yayım İttifaqının qərar ilə çox məyus olduğunun açıqlamışdır.[3] Müsabiqə təşkilatçıları iki ölkə arasında danışıqlar aparmaq istəsə də, heç bir nəticə əldə edilməmiş və nəhayət 13 aprel 2017-ci il tarixdə "Pervıy Kanal" Kiyevdə baş tutan müsabiqədə Rusiyanın iştirak etməyəcəyini bəyan etmişdir[4]. Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin final mərhələsinə yüksələ bilməmişdir.

Təmsilçilər

redaktə
  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1994RuscaYudif"Vechny strannik" (Вечный странник)970
Yarımfinal olmayıb
1995RuscaFilipp Kirkorov"Kolybelnaya dlya vulkana" (Колыбельная для вулкана)1717
1997RuscaAlla Puqaçova"Primadonna" (Примадонна)1533
2000İngiliscəAlsu"Solo"2155
2001İngiliscəMumiy Troll"Lady Alpine Blue"1237
2002İngiliscəPremyer-Ministr"Northern Girl"1055
2003RuscaT.A.T.u."Ne Ver', Ne Boysia" (Не верь, не бойся)3164
2004İngiliscəYuliya Saviçeva"Believe Me"1167
Birbaşa finalçı
2005İngiliscəNataliya Podolskaya"Nobody Hurt No One"1557
2006İngiliscəDima Bilan"Never Let You Go"22483217
2007İngiliscəSerebro"Song Number 1"3207
Birbaşa finalçı
2008İngiliscəDima Bilan"Believe"12723135
2009Rusca, UkrayncaAnastasiya Prixodko"Mamo" (Мамо)1191
Ev sahibi-ölkə
2010İngiliscəPyotr Naliç və dostları"Lost and Forgotten"1190774
2011İngiliscə, RuscaAleksey Vorobyov"Get You"1677964
2012Udmurtca, İngiliscəBuranovskiye Babuşki"Party for everybody"22591152
2013İngiliscəDinə Qaripova"What If"51742156
2014İngiliscəTolmaçova bacıları"Shine"789663
2015İngiliscəPolina Qaqarina"A Million Voices"23031182
2016İngiliscəSergey Lazarev"You are the Only One"34911342
2018İngiliscəYuliya Samoylova"I Won't Break"
Finala keçməyib
1565
2019İngiliscəSergey Lazarev"Scream"33706217
2020Little Big

Səsvermə tarixi

redaktə
Rusiyanın ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 Azərbaycan112
2 Ukrayna101
3 Ermənistan91
4 Moldova64
5 Fransa60
Norveç
Rusiyanın ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 Estoniya163
2 Belarus153
3 Latviya148
4 İsrail122
5 Ukrayna116

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi

redaktə
İlŞəhərEv sahibiAparıcılar
2009MoskvaOlimpiyski arenaYarımfinallar: Nataliya Vodyanova və Andrey Malaxov;
Final: Alsuİvan Urqant[5]

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. "Ukraine bans Russia's Eurovision entrant over Crimea tour". The Guardian. 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  2. "Russia strikes provocative note for Eurovision in Ukraine". The Guardian. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  3. "Eurovision: Russia's entry Julia Samoilova 'could perform via satellite'". BBC News. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2017.
  4. "Первый канал не будет транслировать Евровидение-2017". www.1tv.ru (rusca). Russia-1. 13 aprel 2017. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
  5. "Exclusive: The hosts of the 2009 Eurovision Song Contest!". Eurovision.tv. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2009.

Həmçinin bax

redaktə