Almaniya Avroviziya Mahnı Müsabiqəsində

Almaniya Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 63 dəfə müsabiqədə iştirak etmişdir. Almaniya Avroviziyada ən çox iştirak sayına malik olan ölkədir. İndiyədək yalnız bir dəfə 1996-ci ildə ölkə müsabiqədə iştirak üçün təsnifat mərhələsini keçə bilməmiş və nəticədə Almaniya ilk dəfə Avroviziyada iştirak edə bilməmişdir. 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən öncə Avroviziyada yalnız Qərbi Almaniya iştirak etmişdir. Almaniya Demokratik Respublikası heç vaxt müsabiqəyə qoşulmamışdır. İndiyədək Almaniya müsabiqədə iki dəfə qələbə qazanmışdır.

Almaniya ilk Avroviziya qələbəsini 27-ci iştirakında, 1982-ci ildə Nikolun ifa etdiyi "Ein bisschen Frieden" mahnısı ilə qazanmışdır. Almanların ikinci qələbəsi 28 il sonra Osloda keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində Lenanın ifa etdiyi "Satellite" mahnısı ilə əldə edilmişdir. Almaniya dörd dəfə müsabiqənin ikincisi, beş dəfə üçüncüsü olmuşdur. Almaniya təmsilçisi Katya Ebşteyn Avroviziyada iştirak edən yeganə ifaçıdır ki, 19701971-ci illərdə üçüncü, 1980-ci ildə ikinci olaraq, hər üç iştirakında ilk üçlükdə yer ala bilmişdir. Almaniya 80-ci illərdə müsabiqənin ən müvəffəqiyyətli ölkələrindən biri olmuşdur: birinci yer və dörd dəfə ikinci yer. Ölkə eyni zamanda Avroviziyada üç dəfə sıfır xalla və ümumilikdə yeddi dəfə sonuncu yeri tutmuşdur.

Almaniya Böyük Britaniya, İtaliya, Fransaİspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır. Avroviziya Almaniyada ən çox baxılan musiqi hadisəsidir.

Təmsilçilər redaktə

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1956AlmancaValter Andreas Şvarç"Im Wartesaal zum großen Glück"2-
Yarımfinal olmayıb
1956AlmancaFredi Kvin"So geht das jede Nacht"2-
1957AlmancaMarqo Hilşer"Telefon, Telefon"48
1958AlmancaMarqo Hilşer"Für zwei Groschen Musik"75
1959AlmancaAlis və Ellen Kessler"Heute Abend wollen wir tanzen geh'n"85
1960AlmancaUin Hup"Bonne nuit ma chérie"411
1961AlmancaLale Andersen"Einmal sehen wir uns wieder"133
1962AlmancaKorneliya Frobess"Zwei kleine Italiener"69
1963AlmancaHaydi Brüyl"Marcel"95
1964AlmancaNora Nova"Man gewöhnt sich so schnell an das Schöne"130
1965AlmancaUlla Uizner"Paradies, wo bist du?"150
1966AlmancaMarqo Eskens"Die Zeiger der Uhr"107
1967Almancaİnqe Brük"Anouschka"87
1968AlmancaVenke Müre"Ein Hoch der Liebe"611
1969AlmancaSiu Malmkvist"Primaballerina"98
1970AlmancaKatya Ebşteyn"Wunder gibt es immer wieder"312
1971AlmancaKatya Ebşteyn"Diese Welt"3100
1972AlmancaMeri Ruz"Nur die Liebe läßt uns leben"3107
1973AlmancaQitte Henninq"Junger Tag"885
1974AlmancaSindi və Bert"Die Sommermelodie"143
1975AlmancaCoy Fleminq"Ein Lied kann eine Brücke sein"1715
1976AlmancaLes Humphries Singers"Sing Sang Song"1512
1977İngiliscəSilver Convention"Telegram"855
1978Almancaİreen Şeer"Feuer"684
1979AlmancaÇingiz Xan"Dschinghis Khan"486
1980AlmancaKatya Ebşteyn"Theater"2128
1981AlmancaLena Valaitis"Johnny Blue"2132
1982AlmancaNikol"Ein bißchen Frieden"1161
1983AlmancaHoffmann və Hoffmann"Rücksicht"594
1984AlmancaMeri Ruz"Aufrecht geh'n"1334
1985AlmancaWind"Für alle"2105
1986Almancaİnqrid Piters"Über die Brücke geh'n"862
1987AlmancaWind"Laß die Sonne in dein Herz"2141
1988AlmancaMaksi və Kris Qarden"Lied für einen Freund"1448
1989AlmancaNino de Ancelo"Flieger"1446
1990AlmancaKris Kempers və Daniel Kovaç"Frei zu leben"960
1991AlmancaAtlantis 2000"Dieser Traum darf niemals sterben"1810
1992AlmancaWind"Träume sind für alle da"1627
1993AlmancaMünchener Freiheit"Viel zu weit"1818
1994AlmancaMekado"Wir geben 'ne Party"3128
1995AlmancaStone & Stone"Verliebt in Dich"231
1997AlmancaBianka Şomburq"Zeit"1822
1998AlmancaQildo Horn"Guildo hat euch lieb!"786
1999Almanca, Türkcə,
İngiliscə, İvritcə
Sürpriz"Reise nach Jerusalem – Kudüs'e seyahat"3140
2000AlmancaŞtefan Raab"Wadde hadde dudde da?"596
2001Almanca, İngiliscəMişell"Wer Liebe lebt"866
2002İngiliscəKorinna Mey"I Can't Live Without Music"2117
2003İngiliscəLu"Let's Get Happy"1153
2004İngiliscə, TürkcəMaks"Can't Wait Until Tonight"893
Böyük Dördlük ölkəsi
2005İngiliscəQrasiya"Run & Hide"244
2006İngiliscəTexas Lightning"No No Never"1436
2007Almanca, İngiliscəRoje Çiçero"Frauen regier'n die Welt"1949
2008İngiliscəNo Angels"Disappear"2314
2009İngiliscəAlex Swings Oscar Sings"Miss Kiss Kiss Bang"2035
2010İngiliscəLena"Satellite"1246
2011İngiliscəLena"Taken by a Stranger"10107
Ev sahibi-ölkə
2012İngiliscəRoman Lob"Standing Still"8110
Böyük Beşlik ölkəsi
2013İngiliscəCascada"Glorious"2118
2014İngiliscəElaiza"Is It Right"1839
2015İngiliscəAnn Sofi"Black Smoke"270
2016İngiliscəCeymi-Li"Ghost"2611
2017İngiliscəLevina"Perfect Life"256
2018İngiliscəMixael Şulte"You Let Me Walk Alone"4340
2019İngiliscəS!sters"Sister"2524

Səsvermə tarixi redaktə

Almaniyanın ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 İsveç190
2 Böyük Britaniya187
3 Türkiyə170
4 İrlandiya164
5 Fransa155
Almaniyanın ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 İspaniya237
2 Danimarka185
Portuqaliya
4 İsveçrə181
5 Böyük Britaniya171

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi redaktə

İlŞəhərEv sahibiAparıcılar
1957Frankfurt-MaynGroßer SendesaalAnaid İplitsyan
1983MünhenRudi-Sedlmayer-HalleMarlen Şarell
2011DüsseldorfEsprit arenaAnke Enqelke, Cudit RaykerŞtefan Raab

Qalereya redaktə

İstinadlar redaktə

Həmçinin bax redaktə