UEFA Çempionlar Liqası

Avropa futbol klub turniri

UEFA Çempionlar Liqası — Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. Turnirin adı 1992-ci ilə qədər Çempion Klublar Kuboku olmuşdur. 1992–1993-cü il mövsümündən etibarən turnir UEFA Çempionlar Liqası adlanır. Turnirin ilk oyunları 1955-1956-cı il mövsümündə keçirilmişdir. Qaydalara uyğun olaraq pley-off mərhələsini keçən və qrup yarışlarına birbaşa düşən komandalar qruplara bölünür. 1997-ci ildən etibarən klub reytinqləri yüksək olan ölkələrin çempionları ilə yanaşı 2-ci, 3-cü, bəzən isə 4-cü yeri tutmuş komandaları da turnirə birbaşa vəsiqə qazanır və ya pley-off mərhələsində oynamaq hüququ əldə edir. Hər komanda rəqib klub ilə 2 oyun keçirir (evdə və səfərdə). Qrupda müvəffəqiyyət qazanan komandalar öz aralarında 1/8, 1/4 və 1/2 oyunları keçirir (yenə də həm evdə, həm də səfərdə olmaqla 2 oyun). Final oyunu isə 1 dəfə olur (əvvəlcədən müəyyənləşdirilmiş meydançada).

Açılış ili1955
Komandaların sayı32 (qrup mərhələsi)
78 və ya 79 (toplam)
Son çempionİngiltərə Mançester Siti
(1-ci dəfə)
Ən uğurlu klubİspaniya Real Madrid
(14 dəfə)
TV yayımçılarıCBC Sport
İctimai TV
Cari mövsüm

UEFA Çempionlar Liqası Azərbaycanda 2000–2009-cu illər arasında ANS-də yayımlanırdı. 2009-cu ildən 2012-ci ilədək Lider TV-də yayımlandı.2012–2018-ci illərdə AzTVİdman Azərbaycan kanallarında yayımlandı. 7 avqust 2018-ci ildə CBC Sport, 14 fevral 2023-cü ildən etibarən isə İctimai Televiziya tərəfindən yayımlanır.

Tarixi redaktə

UEFA Çempionlar Kuboku XX əsrin ikinci yarısında UEFA tərəfindən Avropada keçirilmiş ən nüfuzlu klub turniri idi. İlk turnir 1955/1956 mövsümündə, sonuncu turnir isə 1991/1992 mövsümündə keçirilmişdir. 1992/1993 mövsümündə turnirin adı və formatı dəyişdirilərək UEFA Çempionlar Liqası ilə əvəz edilmişdir.

Mükafatlar redaktə

Kubok və medallar redaktə

Hər il qalib komandaya Avropa Çempionlar kuboku təqdim edilir. Kuboku 3 il ardıcıl və ya ümumilikdə beş dəfə qazanan komanda, kubokun dəqiq kopyasını saxlamaq hüququ əldə edir (orijinal kubok həmişə UEFA-da qalır). Bu vaxta kimi bu hüququ Real Madrid, Ayaks, Bayern Münxen, Milan, Liverpul və Barselona əldə edib. Hazırkı kubok gümüşdən hazırlanmışdır, hündürlüyü 74 sm, kütləsi 11 kq-dır. Bu kubok 1966-ci ildə Bern zərgəri olan Jorq Stadelman tərəfindən hazırlanmışdır. 2012-2013-cü ildən etibarən Çempionlar Liqasının qalibi olmuş komandaya 40 qızıl medal, finalda məğlub olmuş komandaya isə 40 gümüş medal təqdim edilir.

Pul mükafatları redaktə

2015-16-ci ildən etibarən UEFA tərəfindən pley-off mərhələsində qalib gələn komandaya 2 milyon, məğlub olan komandaya isə 3 milyon avro mükafat təyin edilmişdir. Qrup mərhələsinə çıxış 12 milyon avro, qrup mərhələsində qazanılmış hər bir qələbəyə görə 1.5 milyon, heç-heçəyə görə isə 500 000 avro pul mükafatı mövcuddur. Bundan əlavə, qrup mərhələsini adlamış komandaya 5.5 milyon, 1/4 finala çıxmış komandaya 6 milyon, yarımfinala çıxmış komandaya 7 milyon, finala çıxmış komandaya 10.5 milyon, qalib olmuş komandaya isə 15 milyon avro pul mükafatı təqdim edilir.

  • Birinci təsnifat mərhələsi: €200,000
  • İkinci təsnifat mərhələsi: €300,000
  • Üçüncü təsnifat mərhələsi: €400,000
  • Pley-offda məğlub olma: €3,000,000
  • Pley-offda qalib olma: €2,000,000
  • Qrup mərhələsinə çıxış: €12,000,000
  • qrup mərhələsində qazanılmış qələbə: €1,500,000
  • qrup mərhələsində əldə edilmiş heç-heçə: €500,000
  • 1/8 final: €5,500,000
  • 1/4 final: €6,000,000
  • 1/2 final: €7,000,000
  • Finalda məğlub olma: €10,500,000
  • Finalda qələbə: €15,000,000
  Qrup yarışlarında öz klubları ilə təmsil olunmuş UEFA üzvü ölkələr
  Qrup yarışlarında heç bir klubu ilə təmsil olunmamış UEFA üzvü ölkələr
  UEFA üzvü olmayan ölkələr

Turnirin statistikası redaktə

Ən çox qalib gələn klublar

KlubQalibFinalçıQələb gəldiyi illər2-ci yer tutduğu illər
Real Madrid1431956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018, 20221962, 1964, 1981
Milan741963, 1969, 1989, 1990, 1994, 2003, 20071958, 1993, 1995,2005
Liverpul631977, 1978, 1981, 1984, 2005, 20191985, 2007,2018, 2022
Bayern Münhen651974, 1975, 1976, 2001, 2013, 20201982, 1987, 1999, 2010, 2012
Barselona531992, 2006, 2009, 2011, 20151961, 1986, 1994
Ayaks421971, 1972, 1973, 19951969, 1996
Inter Milan331964, 1965, 20101967, 1972, 2023
Mançester Yunayted321968, 1999, 20082009, 2011
Yuventus271985, 19961973, 1983, 1997,1998, 2003, 2015, 2017
Benfika251961, 19621963, 1965, 1968,1988, 1990
Nottingem Forest201979, 1980-
Porto201987, 2004-
Seltik1119671970
Hamburq1119831980
Styaua Buxarest1119861989
Olimpik Marsel1119931991
Dortmund1119972013
Çelsi212012,20212008
Feyenoord101970-
Aston Villa FK101982-
PSV Eyndhoven101988-
Srvena Zvezda Belqrad101991-
Reyms02-1956, 1959
Atletiko Madrid03-1974, 2014,2017
Valensia02-2000, 2001
Fiorentina01-1957
Ayntraxt Frankfurt01-1960
Partizan Belqrad01-1966
Panatinaykos01-1971
Lids Yunayted01-1975
Seint Etyen01-1976
Borussiya Münhenqlaudbax01-1977
Brügge01-1978
Malmö FF01-1979
Roma01-1984
Sampdoriya01-1992
Bayer Leverkuzen01-2002
AS Monako01-2004
Arsenal01-2006
Tottenhem01-2019
Paris Sen-Jermen01-2020

Ən böyük hesablı qələbələr:

Ən çox qol vuran futbolçular:

Qeyd:Statistik göstəricilər 2021-ci ilin aprel ayına qədər qeydə alınan nəticədir

OyunçuÖlkəQol sayıOyun sayıƏmsalİllərKlub
1Kriştiano RonaldoPortuqaliya1341760.762003-Real Madrid,Mançester Yunayted Yuventus FK
2Lionel MessiArgentina1201490.812005-Barselona
3Robert LevandovskiPolşa77960.52011-Borussia Dortmund FK, Bayern Münhen FK
4Raulİspaniya711420.51995-2011Real Madrid, Şalke 04
5Kərim BenzemaFransa701280.52006-Real Madrid, Lyon FK
6Ruud van NistelroyNiderland56730.771998-2009PSV, Mançester Yunayted, Real Madrid
7Tyerri AnriFransa501120.451997-2010AS Monako, Arsenal, Barselona
8Alfredo Di Stefanoİtaliya49580.841955-1964Real Madrid
9Andrey ŞevçenkoUkrayna481000.481994-2015Dinamo Kiyev, Milan, Çelsi
Zlatan İbrahimoviçİsveç481200.402001-PSJ FK, Milan FK, Barselona FK, İnter Milan FK, Yuventus FK, Ayaks FK
Tomas MüllerAlmaniya481240.392008-Bayern Münhen FK
10EysebioPortuqaliya46650.711961-1974Benfika
Filippo İnziagiİtaliya46810.571997-2012Yuventus FK, Milan FK
11Didier DroqbaKotdivuar44920.482003-2015Olimpik Marsel FK, Çelsi FK, Qalatsaray FK
12Alessandro Del Pieroİtaliya42890.471995-2009Yuventus FK
13NeymarBraziliya41670.612013-Barselona FK, PSJ FK
Serxio AqüeroArgentina41760.542008-Atletiko Madrid FK, Mançester Siti FK
14Ferenc PuşkaşMacarıstan36410.881956-1966Budapeşt Honevd FK, Real Madrid FK
15Edinson KavaniUruqvay35650.542011-Napoli FK, PSJ FK

Ən çox oyun keçirən futbolçular

OyunçuÖlkəOyun sayıQollarQol əmsalıAvropada debütüKlub
1Xavi Hernandezİspaniya150120.081998Barselona
2İker Kassilyasİspaniya15000.001999Real Madrid
3Raul Qonzalesİspaniya142710.501995Real Madrid, Şalke 04
4Rayan GiqzUels141290.201993Mançester Yunayted
5Klarenz SedolfNiderland125120.091992Ayaks, Real Madrid, Milan, İnter Milan
6Pol Skoulzİngiltərə124250.201994Mançester Yunayted
7Roberto KarlosBraziliya120170.141996İnter Milan, Real Madrid, Fənərbaxça
8Kristiano RonaldoPortuqaliya1761340.672003Mançester Yunayted, Real Madrid
9Karles Puyolİspaniya11520.171999Barselona
10Tyerri AnriFransa112510.451993As Monako, Barselona, Arsenal

Ən tez qol vuran futbolçu:

1 mövsümdə ən çox qol vuran futbolçu:

1 oyunda 4 qol vuran futbolçular:

Ən sürətli het-trik:

Mayk Nyuell (“Bləkbörn”) – 6 dekabr 1995-ci ildə “Rusenborq”la oyunda 9 dəqiqəyə 3 qol vurub.

Qol vuran ən gənc futbolçu:

Peter Ofirikuaye – 17 yaş 195 günlükdə1 oktyabr 1997-cü ildə “Rusenborq” – Olimpiakos oyununda fərqlənib.

3 fərqli klubda 4 kubok qazanan futbolçu:

Klarens Zeedorf1995-ci ildə “Ayaks”da, 1998-ci ildə "Real"da, 2003-cü və 2007-ci illərdə “Milan”da

Kuboku qazanan ən cavan və ən qoca məşqçilər:

Ən gənc məşqçi - Xose Villalonqa1956-cı ildə, 36 yaş 185 günlüyündə Madrid "Real"ına kubok qazandırıb.

Ən qoca məşqçi – Raymond Qotals1993-cü ilində, 71 yaş 232 günlüyündə “Marsel”ə kubok qazandırıb.

Uzatma dəqiqələri oynanılan finallar:

  • 53 finalın 14-də uzatma dəqiqələri oynanılıb. Bunlardan 9-da isə oyunsonrası penaltilər seriyasına müraciət olunub.

Ardıcıl iki oyunda het-trik:

  • Luis Ardiano (Şaxtyor Donetsk) 2014/15-ci il mövsümündə BATE Borisov komandasına qarşı.

Həmçinin bax redaktə