Rud van Nistelroy

"Mançester Yunayted" hələ 2000-ci ildə Rudu tranfser etmək istəyirdi. Buna baxmayaraq, forvardın aldığı ciddi zədə onu demək olar ki, bir mövsümlük futboldan uzaqlaşdırıb. Ona görə keçid növbəti mövsüm həllini tapıb. PSV-nin uğurları üçün əlindən gələni edən Nistelrooy Aleks Fergüssona ən əlverişli variant idi. Şotland mütəxəssis seçimində yanılmadığına inanırdı. Hücumçu Serin etimadını artıqlamasıyla doğrultdu. Beləliklə, "qırmızı şeytanlar"ın titul arxivinə daha bir neçəsi əlavə olunub, başda ən əsası - İngiltərə çempionluğu olmaqla. Digər tərəfdən özü də şəxsi uğursuz qalmayıb. İngiltərə Premyerliqasının və Çempionlar Liqasının bombardiri adını qazanan Nistelrooy artıq bütün dünyada tanınmağa başlayıb. Niderland çempionatının ardıcıl iki mövsümündə hesabına 60 top (1998/1999 - 31 qol və 1999/2000 - 29 qol) yazdıran futbolçunun məşhurlaşmasının başlanğıcı elə bu deyildi?

Rud Van Nistelroy
nid. Rutgerus Johannes Martinius van Nistelrooij
nid. Ruud van Nistelrooij
Ümumi məlumatlar
Tam adıRyutqeryus Yohannes Martinius
van Nistelroy
LəqəbiRuud Boy, RVN, El Gofy, Vantastic, Van Gol, Van the Man.
Doğum tarixi (47 yaş)
Doğum yeriOss, Niderland
VətəndaşlığıNiderland Niderland
Boyu1,88 m
Çəkisi80 kq
Mövqeyihücumçu
Klub haqqında məlumat
Klubkaryerasını bitirib
Karyerası
Klub karyerası[* 1]
1993—1997Niderland Den Boş69 (17)
1997—1998Niderland Herenven31 (13)
1998—2001Niderland PSV Eyndhoven67 (62)
2001—2006İngiltərə Mançester Yunayted150 (95)
2006—2010İspaniya Real Madrid68 (46)
2010—2011Almaniya Hamburq36 (12)
2011—2012İspaniya Malaqa28 (4)
1993—2012Cəmi449 (249)
Milli yığma[* 2]
1998—2011Niderland Niderland70 (35)
Təltif və medalları
Avropa çempionatları
BürüncPortuqaliya 2004

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 14 may 2012 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 29 mart 2011 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amma təəssüflər olsun ki, sonradan Fergüssonla yaranan problemlər onun komandadan getməsini labüd etdi. Düzdür, hazırda karyerasını "Real"da davam etdirir. Eyni zamanda, vəziyyəti də pis deyil; baş məşqçi Bernd Şusterin əsas heyət futbolçularından biri məhz Nistelrooydur. Bəlkə də belə olmasına səbəb ötən mövsüm komandanın çempion olmasında göstərdiyi xidmətlər və "piçiçi"ni qazanmasıdır.

Həmçinin bax redaktə