Maratha imperiyası

(Maratha İmperiyası səhifəsindən istiqamətləndirilmişdir)


Maratha İmperiyası, Maratx dövləti və ya Maratha konfederasiyası (marathi मराठा साम्राज्य) — 1674-1820-ci illərdə mövcud olmuş və əsası Maratxlar sülaləsindən olan Şivaçi tərəfindən qoyulmuş dövlət. Onun ərazisi indiki Hindistanın Maxaraştra ştatına uyğun gəlir.

Tarixi dövlət
Maratha imperiyası
marathi मराठा साम्राज्य
Bayraq
Bayraq
Maratha İmperiyası 1760-cı ildə
Maratha İmperiyası 1760-cı ildə
 
 
1674 — 1818

DilləriHindistani dili
Rəsmi dilləriMarathi dili
Dövlət diniHinduizm
Ərazisi2 800 000 km²
Əhalisi150.000.000 nəfər (1700-cü il)
İdarəetmə formasıMütləq monarxiya
İmperator
 • 1674 - 1680Şivaçi (ilk)
 • 1808 - 1819Pratap Sinqh (sonuncu)
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

1674-cü ildə Maratx kəndlilərinin çıxışı Şivaçinin başçılıq etdiyi Maratx dövlətinin yaradılması ilə nəticələndi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əhməd şah müstəqil Əfqan dövlətinin əsasını qoydu. Bu zaman Maratx dövləti Hindistanda ən böyük siyasi qüvvəyə çevrilmişdi və ümumhindistan miqyasında hegemonluğa can atırdı. 17591761-ci illərdə Hindistan uğrunda Əfqan-Maratx müharibəsi baş verdi. 1761-ci ilin yanvarın 14-də Panipat döyüşü müharibənin sonu oldu. Məğlub olan Maratx dövləti bir daha özünə gələ bilmədi. Panipat döyüşü həm də Böyük Moğol İmperiyasının süqutu demək idi. Lakin əfqanlar ölkədə möhkəmlənə bilməyib buranı tərk etdilər.

İmperatorlar

redaktə
Maratha İmperiyasının banisi Şivaçi
  • Şivaçi (1674—1680)
  • Sambaçi (1680—1689)
  • I Racaram (1689—1700)
  • Tarabay (1700—1707)
  • I Şahuçi (1707—1749)
  • II Racaram (1749—1777)
  • II Şahuçi (1777—1808)
  • Pratap Sinqh (1808—1819)

Ədəbiyyat

redaktə

Serfoji, Tanjore Maharaja. Journal of the Tanjore Maharaja Serfoji's Sarasvati Mahal Library. 1979.

Həmçinin bax

redaktə