Cenoa FK

İtaliyanın futbol klubu

Cenoa FK (it. Genoa CFC) — Italiyanın Liquriya bölgəsindəki Genuya şəhərini təmsil edən peşəkar futbol klubu. İtaliyanın ən yaşlı və ən titullu klublarından biri olan "Cenoa", 9 dəfə İtaliya çempionluğunu qazanıb. Klub 1898–1900-cü illərdə İtaliya çempionatının ilk üç mövsumunun qalibi olublar.

Cenoa FK
Genoa Cricket and Football Club
Loqonun şəkli
Ölkə
Rəng(lər)qırmızı, göy
Yaranma tarixi7 sentyabr 1893
StadionuLuici Ferraris stadionu
Liqaİtaliya A Seriyası
2021-202219
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

"Cenoa" klubunun tarixi 1893-cü ildən başlayır. Rəsmi olaraq 7 sentyabr 1893-cü ildə kriket klubu kimi təsis edilmişdir. Əvvəlcə "Genoa Atletika və Kriket Klubu" adlanırdı. Bu idman cəmiyyətinin ilk illərində onun üzvləri yalnız kriket və atletika üzrə yarışırdılar. Həmin vaxt klubu xaricdən gələn ingilislər təmsil edirdi. Klubun futbol komandası 4 il sonra, 1897-ci ildə yaranır. 10 aprel 1897-ci ildə Ceyms Riçardson Spensli Genuya klubunun futbol bölməsini açır.

Futbol klubu 1898-ci ildə ilk İtaliya çempionatında iştirak edib. İlk oyun Turinin Torino klubuna qarşı keçirilib, klub bu qələbə ilə kuboklar yoluna başlayıb.[1] Bu turnir, "Cenoa"nın qalibiyyəti ilə bitir və klub ilk çempionluğunu qazanır. Klub 1899 və 1900-cü illərdə də çempion olur.

1908-ci ildə klub tarixində ilk dəfə olaraq, xarici oyunçulara məhdudiyyət qoyan "legioner limiti" ilə üzləşir. Komandanın əsas oyunçularının xaricilər olması səbəbindən, bu limit komandaya ağır zərbə olur.[2] Buna görədə klub çempionatda iştirakdan imtina edir. Növbəti mövsümdə futbol federasiyası əcnəbi futbolçularla bağlı limitdə dəyişiklik edir və "Cenua" çempionata geri dönur.[3]

Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra komanda şətin keçən bərpa dövrü baş verir. Çünki cəbhədə gedən qanlı döyüşlərdə bir çox komanda üzvləri həlak olur.

Müharibədən sonra ilk kubok 1922/23 mövsümündə qazanılır. Klub növbəti mövsümu birinci yerdə bitirir. Ardınca 1923/24 mövsümundədə çempion olur. Bu çempionluqdan sonra komanda uzun müddət çempionluğa yaxınlaşa bilmir. Yalnız 1929 və 1930-cu illərdə komanda çempionatda gümüş medalları qazana bilir. Daha sonra komanda B Seriyasına düşur.[3]

İkinci Dünya Müharibəsidə "Cenoa"ya çox güclü zərbə vurur. Zərbə o qədər ciddi oldu ki, artıq əvvəlki şöhrətini və kuboklarını qaytarmaq mümkün olmur.

1950 və 60-cı illərdə B Seriyasına düşməkdən başqa, klubun tarixində əhəmiyyətli heç nə baş vermiri.

Komanda 1970-ci ildə C Seriyasına düşur. Ancaq ir neçə ildən sonra, 1973/74 mövsümundə A Seriyasına kimi yüksəlir.

Komandada yeni dövr, 2006-cı ildə "Cenoa"nın baş məşqçisi təyin edilən və klubu A Seriyasına yüksəldən Can Pyero Qasperinin gəlişi ilə başlayır.

2008/09 mövsümündə komanda A Seriyasını 5-ci pillədə başa vurur. Klub medallar və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparsa da, çempionatın sonunda BolonyaLatsio ilə göruşlərdə məğlub olmasına görə sonda ancaq beşinci yeri tutur. Klubun həlledici məqamda inamlı oynamaq üçün kifayət qədər təcrübəsi olmur.

Nisbətən uğurlu mövsüm başa çatdıqdan sonra komandanın lideri Dieqo Milito klubdan ayrılaraq, sonralar bir mövsümdə "qızıl het-trik" etdiyi İnter klubuna keçir. Növbəti mövsümlərdə klub çox da uğurlu ola bilmir və İtaliya çempionatının ortabab komandalarından birinə çevrilir.

Derbi və azarkeşləri

redaktə

"Cenoa" klubunun iştirak etdiyi bir əsas derbisi var, bu Genuya şəhərinin digər komandası olan Sampdoriya klubu ilə oyunlarır (bu qarşıdurma "Fənər derbisi" adlanır).

Klub azarkeşlərinin dostları, aşağıdakı komandaların azarkeşləri hesab olunur: Napoli, Alessandria, Ankona, Vigor Lamezia və Real Ovyedo .

Uğurları

redaktə

Milli titullar

redaktə

Avropa titulları

redaktə
  • Mitropa Kuboku
    • Finalçı (1): 1989/90
  • Alp Kuboku
    • Qalib (2): 1961/62, 1963/64
      "Cenoa" 1962 Alp Kubokunda qələbəni qeyd edir
  • İngiltərə-İtaliya Kuboku
    • Qalib (2): 1994/95
  • UEFA kuboku
    • Yarımfinalçı : 1991/92

Heyəti

redaktə

16 yanvar 2022-ci il tarixinə. Mənbə: transfermarkt.com saytındakı oyunçuların siyahısı

OyunçuÖlkəKeçmiş klubu
Qapıçılar
1Adrian Şimper Kyevo FK
22Federiko Marketti Latsio FK
35Lorenzo Andrenaççi Breşia FK
57Salvatore Sirigu Torino FK
Müdafiəçilər
3Zinyo Vahnuesden İcarə İnter Milan FK
4Domeniko Krişito Zenit
5Andrea Masyello Atalanta
13Mattia Bani Bolonya
14Davide Biraski Avellino FK
15Xoan Vaskes İcarə UNAM Pumas
16Rikkardi Kalafyori İcarə Roma
36Silvan Hefti Yanq Boyz
52Nikola Maksimoviç Napoli
55Leo Ostirqard İcarə Brayton
66Laurens Serpe Klubun yeritməsi
Yarımüdafiəçilər
8Fransesko Kassata Sassuolo
10Filippo Meleqoni İcarə Atalanta
11Valon Behrami Syon FK
18Paolo Gilyone Milan FK
27Stefano Sturaro Yuventus FK
33Ernani İcarə Parma FK
47Milan Badel Latsio FK
65Nikolo Rovella İcarə Yuventus FK
90Manolo Portanova Yuventus FK
93Mohamed Fares İcarə Latsio FK
94Abdullay Ture Nant
99Pablo Qaldames Veles Sarsfild
Hücumçular
9Felipe Kaysedo Latsio FK
19Qoran Pandev Qalatasaray FK
20Kaleb Ekuban Trabzonspor
23Mattia Destro Bolonya
24Flavio Byanki Klubun yetirməsi
44Aleksander Buksa Visla Krakov
45Kelvin Yeboa Şturm
91Yaya Kallon Savona
Baş məşqçi
Aleksandr Blessin

Liqalara görə mövsümlərin sayı

redaktə
DvuzionMövsümlərin sayıDebütSon mövsüm
A8118982019/20
B331934/352006/07
C21970/712005/06

Görkəmli oyunçular

redaktə

"Cenoa" oyunçuları böyük beynəlxalq turnirlərdə

redaktə
TurnirOyunçu
Dünya Kuboku 1938Mario Genta

Mario Perazzolo

Dünya Kuboku 1990Karlos Aqulyera

Ruben PazXose Perdomo

Dünya çempionatı 1994Dan Petresku
Dünya çempionatı 2002Rauf Buzayen

Hassen Qabsi İmed Medebi

Dünya çempionatı 2006Dante Lopez
Dünya çempionatı 2010David Suaso

Sokratis Papastatopoulos Salvatore BokkettiDomeniko Krişito

Amerika Kuboku 2015Fakundo Ronkalla

Tomas Rinkon

Amerika Kuboku 2016Tomas Rinkon

Dieqo Laksalt

Dünya çempionatı 2014Yoannis Fetfatzidis

Mattia PerinSime Vrsaljko

Dünya Kuboku 2018Dieqo Laksalt

Oskar Hillemark

Avropa çempionatı 2020Qoran Pandev

Milan Badel

İstinadlar

redaktə
  1. "История Дженоа". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-24.
  2. "ИСТОРИЯ И ДОСТИЖЕНИЯ". 2019-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-24.
  3. 1 2 (#empty_citation)

Xarici keçidlər

redaktə