Napoli FK

İtaliyanın futbol klubu

Società Sportiva Calcio Napoliİtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur.

Napoli FK
Società Sportiva Calcio Napoli
Loqonun şəkli
Klubun tam adıSocietà Sportiva Calcio Napoli
Ölkəİtaliya İtaliya
Ləqəb(lər)Gli Azzurri, Partenopei, Il Ciuccio
Rəng(lər)Mavi-Ağ
Yaranma tarixi1 avqust 1926
StadionuSan Paolo stadionu
Tutumu60240
Sahibiİtaliya Filmauro
Prezidentiİtaliya Aurelio De Laurentiis
Baş məşqçisiFransa Rudi Qarsiya
Kapitanıİtaliya Lorenzo Insigne
Liqaİtaliya A Seriyası
2022-231
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

San Paolo stadionu

2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır. Mövsümün sonunda play-off lara vəsiqə qazanan klub bu mərhələni keçə bilmir və bir mövsüm daha İtaliya C1 Seriyası liqasında qalir.

Bundan sonra Aurelio De Laurentiis klubu alaraq tam sahibi olur. Klubun təmsil etdiyi şəhərdə doğulan və böyüyən, İtaliyada film rejissoru olan De Laurentiis ilə birliktə 20005–2006-cı il mövsümündə liqada birinci olur və İtaliya B Seriyası liqasında yüksəlir. Eyni mövsüm Turinin Yuventus FK klubu oyun alqı satqısında ittiham olunaraq Napolinin yarışacağı liqaya göndərilir. Klub Societa Sportivo Calcio Napoli adını geri qaytarır və mövsümün sonunda Yuventus FK-un arxasında İtaliya B Seriyasını ikinci bitirərək 42 oyunda 21 qalibiyyət və 16 heç-heçə, 79 xalla 5 mövsüm sonra İtaliya A Seriyası liqasına geri qayıdır. Bu dövr Societa Sportivo Calcio Napoli tarixinin dirçəliş dövrü hesab olunur və qısa zamanda İtaliya İtaliya A Seriyası liqasında çempionluğa oynayaraq son iki mövsümü 2-ci və 3-cü sırada bitirir, 2 dəfə İtaliya Kubokunu qazanır.

Klubub himni O surdato' nnammurato adlanır.

Stadionu redaktə

Əsas məqalə: San Paolo stadionu

"Napoli" İtaliya A seriyasının ev oyunlarını San Paolo stadionunda keçirir. Stadionun tutumu 60,420 nəfərdir. 1948-ci ildə təməli atılan stadion 11 il sonra 1959-cu ildə hazır olub və həmin ilin 6 dekabrında Napolinin istifadəsinə verilmişdir. 21 oktyabr 1979-cu ildə stadionda rekord sayda — 89,365 insan NapoliAC Perugia oyununu izləmişdir.

Avropa kuboklarında iştirak redaktə

Napoli 21 dəfə Avropa kuboklarında iştirak edib. Avropa kuboklarındaki ən böyük uğuru 1988 – 89 mövsümündə qazandığı UEFA Kubokudur.

Klubun rəngləri redaktə

Mavi

Uğurları redaktə

Fərdi nəticələr redaktə

Ən çox qol vurmuş oyunçular
OyunçularDövrlərOyun sayıQollar
1 Dieqo Armando Maradona1984–1991259115
2 Attila Sallustro1926–1937266108
3 Edinson Cavani2010–2013138104
4 Antonio Vojak1929–1935196103
5 José Altafini1965–197223497
6 Careca1987–199322195
7 Marek Hamšík2007-36492
Ən çox oyun keçirən oyunçular
OyunçularDövrlərOyun sayıQollar
1 Giuseppe Bruscolotti1972–198851111
2 Antonio Juliano1962–197850538
3 Moreno Ferrario1977–198839611
4 Marek Hamšík2007-36492
5 Ciro Ferrara1984–199432215
6 Paolo Cannavaro1998–1999; 2006–20132789

Prezidentləri redaktə

 
Adlarıİllər üzrə
Roberto Fiore1964–1967
Gioacchino Lauro1967–1968
Antonio Corcione1968–1969
Corrado Ferlaino1969–1971
Ettore Sacchi1971–1972
Corrado Ferlaino1972–1983
Marino Brancaccio1983
Corrado Ferlaino1983–1993
Ellenio Gallo1993–1995
Vincenzo Schiano di Colella1995–1996
Gian Marco Innocenti1997–1998
Federico Scalingi1999–2000
Giorgio Corbelli2000–2002
Salvatore Naldi2002–2004
Aurelio De Laurentiis2004–

Uğurlu məşqçiləri redaktə

Baş məşqçilərDövrlərKuboklar
Ottavio Bianchi1986–1989İtaliya A Seriyası, İtaliya Kuboku, UEFA Kuboku
Alberto Bigon1989–1991İtaliya A Seriyası, İtaliya Superkuboku
Rafael Benítez2013–2015İtaliya Kuboku, İtaliya Superkuboku
Walter Mazzarri2009–2013İtaliya Kuboku
Luis Vinicio1973–1976İtaliya Kuboku
Fioravante Baldi1961–1962İtaliya Kuboku

Rəhbərlik və məşqçilər redaktə

Rəhbərlik redaktə

VəzifəAdı
Prezident Aurelio De Laurentiis
Vitse-prezident Jacqueline Marie Baudit
Vitse-prezident Edoardo De Laurentiis
İcraçı direktor Andrea Chiavelli
Mətbuat katibi Guido Baldari
Təhlükəsizlik xidmətinin rəisi Alberto Vallefuoco

Məşqçilər heyəti redaktə

VəzifəAdı
Baş məşqçi Maurizio Sarri
Baş məşqçinin köməkçisi Francesco Calzona
Seleksiyaçı məşqçi Francesco Sinatti
Fiziki hazırlıq üzrə məşqçi Giovanni D'Avino, Marco Romano, Fabio Sannino
Qapıçılar üzrə məşqçi Alessandro Nista

Xarici Keçidlər redaktə