İnqrid Berqman

İnqrid Berqman (isv. Ingrid Bergman; 29 avqust 1915[1][2][…], Hedviq-Eleonora[d], Stokholm leni[d][3]29 avqust 1982[1][2][…], London) — İsveçABŞ kino və teatr aktrisası.

İnqrid Berqman
isv. Ingrid Bergman
İnqrid Berqman (1944)
İnqrid Berqman (1944)
Doğum tarixi29 avqust 1915(1915-08-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi29 avqust 1982(1982-08-29)[1][2][…] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbisüd vəzi xərçəngi
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyətiaktrisa
Fəaliyyət illəri1934-1982
Boyu1,75 m
MükafatlarıƏn yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı
IMDbID0000006
İmzanın şəkli
ingridbergman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

İnqrid Berqman 29 avqust 1915-ci ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. O, 1934-cü ildə kino fəaliyyətinə başlayır. Daha sonra ABŞ-yə gedərək bir çox filmlərdə rol alır. Xüsusilə ingilis rejissor Alfred Hiçkokun filmlərindəki rolları ilə daha yaddaqalan olur. 1944-cü ildə "Qaz işığı" filmindəki roluna görə "Oskar" qazanan aktrisa 1950-ci ildə italyan rejissoru Rosselininin dəvətilə İtaliyaya gedərək orada yaşamağa başlayır.

İnqrid Berqman 1956-cı ildə teatra qayıdır və elə həmin ildə də "Anastasiya" filmindəki roluna görə ikinci Oskar mükafatını qazandı. Üçüncü və son Oskarını "Şərq ekspressində qətl" filmindəki rolu ilə əldə edən İnqrid Berqman, 1978-ci ildə yenidən İsveçə qayıdır və görkəmli isveçli rejissor İnqmar Berqmanla çoxdan gözlədiyi film layihəsini həyata keçirir.

Böyük isveçli aktrisa İnqrid Berqman 29 avqust 1982-ci ildə Böyük Britaniyanın London şəhərində vəfat etmişdir.

Filmoqrafiya redaktə

İlAzərbaycanca adıOrijinal adıRol
1932BeynəlxalqLandskampNövbədə gözləyən qız
1935Köhnə Qəsəbənin KontuMunkbrogrevenElsa Edlund
1935SörfBränningarKarin Ingman
1938DollarDollarDenna Balzar
1939İntermessoIl burberoAnita Hoffman
1941Həkim Cekil və cənab HaydDr. Jekyll and Mr. Hydeİvi Peterson
1942KasablankaCasablancaİlza Lund (Laslo)
1943Zənglər kimin üçün çalınır?For Whom the Bell TollsMariya
1944Qaz işığıGaslightPola Olkvist
1945OvsunlanmışSpellboundKonstans Piterson
1945Saratoqa gözəliSaratoga TrunkKlio
1945Müqəddəs Məryəm zəngləriThe Bells of Saint MarysMeri Benedikt
1946Axmaq şöhrətNotoriousAlisiya Huberman
1948Zəfər abidəsiArch of TriumphJoan Madu
1948Janna D'ArkJoan of ArcJanna d'Ark
1950StromboliStromboli, terra di dioKarin
1952Avropa 51Europa '51İren Jirar
1953İtaliyaya səyahətViaggio in ItaliaKaterina Coys
1954QorxuLa Pauraİren Vaqner
1956AnastasiyaAnastasiaAnastasiya
1956Yelena və kişilərElena et les hommesYelena Sokorovska
1958Əziz cənabIndiscreetAnna Kalman
1958Altıncı dərəcəli xoşbəxtliyin karvansarasıThe Inn of the Sixth HappinessQledis Eyluord
1961Brahmsı sevirsinizmi?Aimez-vous Brahms?Paula Tesye
1963Hedda QablerHedda GablerHedda Qabler
1964SəfərThe VisitKarla Zaxanasian
1964Sarı Rolls-RoysThe Yellow Rolls-RoyceGerda Millett
1969Kaktus çiçəyiCactus FlowerStefani Dikinson
1974Şərq ekspressində qətlMurder On The Orient ExpressQreta Olsson
1978Payız sonatasıHöstsonatenŞarlotta Anderqast

İstinadlar redaktə

Xarici keçidlər redaktə