XIV Karl İohann

XIV Karl (norv. Karl Johan; 26 yanvar 1763[1][2][…], Po[d], Fransa krallığı[1]8 mart 1844[1][3][…], Stokholm kral sarayı[d], İsveç[1]) — fransız əsilli İsveç-Norveç kralı. Bernadotlar sülaləsinin əsasını qoymuşdur.

XIV Karl İohann
Karl Johan
Karl İohann fransız generalı geyimində
Karl İohann fransız generalı geyimində
1818 – 1844
ƏvvəlkiXIII Karl
SonrakıI Oskar
1806 – 1810
SonrakıLüsien Mürat
Şəxsi məlumatlar
Doğum adıJean Bernadotte
Doğum tarixi
Doğum yeriPau, Fransa Fransa
Vəfat tarixi (81 yaşında)
Vəfat yeriStokholm
Vəfat səbəbiinsult
Dəfn yeriRiddarholm kilsəsi
Fəaliyyətimonarx, hərbi qulluqçu, siyasətçi
AtasıHenri Bernadot
AnasıJan de sen Vinsent
Həyat yoldaşıDezire Klari
UşağıI Oskar
AiləsiBernadotlar sülaləsi
DiniKatolik, daha sonra Lüteranizm
Hərbi xidmət
Xidmət illəri2 iyul 1799 – 14 sentyabr 1799
MənsubiyyətiFransa Fransa
Qoşun növüFransa Silahlı Qüvvələri
DöyüşlərTeiningen döyüşü, Austerlitz döyüşü, Vaqram döyüşü
RütbəsiMarşal

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ailəsi və uşaqlığı

redaktə

Əsl adı Jan Bernadot[4] olan Karl 26 yanvar 1763-cü ildə Fransanın Pau şəhərində anadan oldu. Atası Jan Henri Bernadot (1711-1780) dövlət ittihamçısı idi. Jüls adını daha sonra özünə Yuli Sezarın şərəfinə almışdı.[5]

Ordu karyerası

redaktə

1780-ci ildə Fransız ordusuna qoşuldu. İlk illərində Korsikada xidmətdə idi.[5] 1794-cü ildə briqadir, Fleryus döyüşündən sonra isə general rütbəsi aldı.[5] Bundan sonra Teiningen döyüşündə fərqlənən Bernadot 1798-ci ildə Vyanaya səfir təyin olundu. Fransız imperiyası yaradılarkən İmperiya Marşalları qrupuna daxil idi. 1802-ci ildə Napoleon onu Luiziana qubernatoru təyin etməyi düşünürdü. Lakin Britaniyanın Fransaya müharibə elan etməsi bu planlara mane oldu.[6] 1804-cü ildən 1805-ci ilədək imperiyanın Hannover qubernatoru oldu. 1805-ci ildə Austerlitz döyüşündəki müvəffəqiyyətinə görə 5 iyun 1806-cı ildə Pontekorvo knyazı titulu verildi.[5] 1808-ci ildə Hanza şəhərlərinə qubernator təyin edilərkən İsveçin işğalı ona tapşırılmışdı. Vaqram döyüşündə itaətsizlik etdiyi üçün vəzifəsi də əlindən alınmışdı.[5]

Vəliəhdliyə qəbulu

redaktə

Napoleon müharibələri zamanı İsveçdə məşhurlaşan Bernadot Roma qubernatoru olan vaxt İsveç kralı XIII Karlın onu oğulluğa götürməsi xəbərini eşitdi.[5] Karl Otto Mörner adlı bir əyan onun namizədliyini irəli sürmüşdü. XIII Karlın 61 yaşı var idi, övladı yox idi və Holşteyn-Qottorp sülaləsinin İsveç qolu onunla birlikdə ölürdü. Karl, daha öncə öz uzaq qohumu Karl Avqustu oğulluğa götürsə də, gənc yaşda vəfat etmişdi. Bernadotun şahzadə seçilməsindəki əsas faktor Rusiyaya qarşı İsveç ordusuna başçılıq edə biləcək birinin gəlməsi idi.[5] Napoleon bu qərarı absurd sayırdı, lakin qarşısını da almadı. 21 avqust 1810-cu ildə Bernadot rəsmən vəliəhd kimi qəbul edildi.

Vəliəhd kimi

redaktə

2 noyabrda Stokholma gələn Bernadot ayın 5-i rəsmən Karl Yohan adını qəbul edərək vəliəhdlik mərasimində iştirak etdi. Həmçinin Lüteranizmi də qəbul etdi.[7] 1813-cü ildə Fransanın düşmənləri olan VI Koalisiya ilə birləşərək Fransanı ağır məğlubiyyətə uğratdı. 1813-cü ildə Danimarka-Norveçi məğlub edərək Norveçi İsveçə birləşdirdi. Lakin Norveç xalqı üsyan edərək Danimarka şahzadəsi Kristianı taxta gətirdilər. Birillik müharibədə norveçliləri məğlub edən Karl İohann norveçlilərlə sülh bağladı və Norveç konstitusiyasını qəbul etdi.

Hakimiyyəti

redaktə

Karl İohann 5 fevral 1818-ci ildə III Karl İohann adı ilə Norveçdə, XIV Karl İohann adı ilə İsveçdə kral elan edildi. Hakimiyyəti dövründə avtoritar siyasət yürüdən Karl, azad medianın qarşısını alırdı. Buna görə 1823-cü ildən sonra populyarlığı azaldı. 18 fevral 1843-cü ildə gümüş yubileyini qeyd etdi.

Ölümü

redaktə

26 yanvar 1844-cü ildə, 81 yaşında insulta tutuldu. Daha sonra özünə gəlsə də, 8 mart 1844-cü ildə vəfat etdi.

Ailəsi

redaktə

16 avqust 1798-ci ildə Napoleonun ilk nişanlısı Dezire Klari ilə evlənmişdi.

Övladı:

redaktə

Oskar Bernadot — İsveç kralı (1844-1859)

Titulları

redaktə
  • 18 May 1804 - 26 Sentyabr 1810: Jan Baptist Jüls Bernadot, Fransa marşalı
  • 5 İyun 1806 - 26 Sentyabr 1810: Jan Baptist Jüls, Pontekorvo knyazı
  • 26 Sentyabr 1810 - 5 Noyabr 1810: Əlahəzrət Şahzadə İohann Baptist Jüls de Pontekorvo, İsveç şahzadəsi[8]
  • 5 Noyabr 1810 - 4 Noyabr 1814: Əlahəzrət Şahzadə Karl İohann, İsveç vəliəhdi
  • 4 Noyabr 1814 - 5 Fevral 1818: Əlahəzrət Şahzadə Karl İohann, İsveç və Norveç vəliəhdi
  • 5 Fevral 1818 - 8 Mart 1844: Əlahəzrət İsveç və Norveç kralı

Mükafatları

redaktə

Gerbləri

redaktə

Pontekorvo knyazı

Vəliəhdlik gerbi

Krallıq gerbi

Monoqramı

İstinadlar

redaktə
  1. 1 2 3 4 Karl XIV Johan (швед.). 1917.
  2. Sten C.O. Carlsson Charles XIV John // Encyclopædia Britannica (ing.).
  3. Hovförsamlingens kyrkoarkiv, Död- och begravningsböcker, SE/SSA/0007/F I/1 (1766-1853), bildid: C0054458_00283.
  4. Ulf Ivar Nilsson in Allt vi trodde vi visste men som faktiskt är FEL FEL FEL!, Bokförlaget Semic 2007ISBN 978-91-552-3572-7 səh.40
  5. 1 2 3 4 5 6 7 Bain, Robert Nisbet (1911). "Charles XIV.". Encyclopædia Britannica 5 (11th ed.). Cambridge University Press. səh. 931–932.
  6. Barton, Sir Dunbar Plunkett (1921). Bernadotte and Napoleon: 1763–1810. London: John Murray
  7. "Karl İohann - Encyclopedia Britannica". 2015-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-13.
  8. Succession au trône de Suède: Acte d'élection du 21 août 1810, Loi de succession au trône du 26 septembre 1810 (fransızca) Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine