Teylor Momsen

Teylor Mişel Momsen (ing. Taylor Momsen; 26 iyul 1993-cü il; Sent-Luis, Missuri, ABŞ) — ABŞ aktrisası, rok-müğənni, fotomodeli. "Gossip girls" filmində canlandırdığı Cenni Xamfri rolu ilə məşhurlaşmışdır. "The Pretty Reckless" rok-qrupunun solisti.

Teylor Momsen
ing. Taylor Momsen
Ümumi məlumatlar
Doğum adıTaylor Michel Momsen
Doğum tarixi26 iyul 1993(1993-07-26)[1] (30 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimusiqiçi, müğənni, model[d], aktrisa
Fəaliyyət illəri1997-ci ildən
Janrlaralternativ rok, hard-rok, pank rok[2]
Musiqi alətlərigitara
Səs tembrimesso-soprano
Albom şirkətiInterscope Records
Üzvlüyü
goingtohell.xxx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Teylor Sent-Luisdə, Missuridə anadan olub. Karyerasına 3 yaşından «Shake N' Bake» reklamına çəkilərək başlayıb. İlk rol aldığı film The Prophet's Game olmuşdur. 2000-ci ildə How the Grinch Stole Christmas filmində Cim Keri ilə birlikdə rol almışdır. 2002-ci ildə "Henzel və Qretel" filmində Qretel, "Casusların uşaqları 2"-də və "Biz əsgər idik" dramında rol almışdır.

Sonrakı üç ildə isə heç bir filmə çəkilməmişdir. 2006-cı ildən sonra isə "Panaroid park", "Şerloku xilas edərək" filmlərində rol almışdır. 2008-ci ilin iyununda, 14 yaşında Momsen İMG models ilə müqavilə imzaladı. Hanna Montana roluna özünü sınamışdır. 2007-ci ildə Teylor "Gossip girls" filmində Cenni Xamfri rolu üçün kastinqdən keçmişdir. 2008-ci ildən sonra Teylor vaxtının çoxunu musiqiyə sərf edir. Onun "The Pretty Reckless" adlı rok qrupu var. Bu qrupun solisti və mahnıların müəllifidir. 2009-cu ilin may ayından iyun ayına qədər bu qrupla qastrolda olmuşdur. 2008-ci ildə Teylor İMG models ilə müqəvilə imzalayır və Madonnanın "Material Girl" markasının üzü seçilmişdir. Onun kiçik bacısı, Sloun Momsen də aktrisadır.

16 avqust 2011-ci ildə Teylor aktrisa kimi karyerasına son verdiyini və yalnız musiqi ilə məşğul olacağını bildirmişdir.

İlFilmin orijinal adıFilmin adıRolu
1999The Prophet's GameÖlüm peyğəmbəriHani Bi Svan
2000How the Grinch Stole ChristmasQrinç - Yeni ilin oğrusuSindi Lou Hu
2002Hansel & GretelHenzel və QretelQretel
2002Spy Kids 2: The Island of Lost DreamsCasusların uşaqları 2: Çin olmayan ümidlər adasıAleksandra
2002We Were SoldiersBiz əsgər olmuşuqCuli Mur
2006Saving ShilohŞerloku xilas edərkənSamanta Uolleys
2007Paranoid ParkParanoid-parkCennifer
2007UnderdogSuperköpəkMolli
2008Spy Schoolİnancsız FomaMedison Kramer
2007-2011Gossip girlQeybətçil qız (teleserial)Cenni Hemfri
  1. Deutsche Nationalbibliothek Record #141515686 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Montreux Jazz Festival Database.