Roven Atkinson

ingilis komediya aktyoru və yazıçı

Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[1][2][…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır.

Rouen Atkinson
ing. Rowan Sebastian Atkinson
Doğum adıRowan Sebastian Atkinson
Ρόουαν Σεμπάστιαν Άτκινσον
Doğum tarixi (69 yaş)
Doğum yeriKonsert, Darem qraflığı, Böyük Britaniya Birləşmiş Krallıq
Vətəndaşlığı
Uşağı2
Fəaliyyətiaktyor
Fəaliyyət illəri1979 - günümüz
Təhsili
MükafatlarıBritaniya İmperiyası Ordeni
BAFTA (1981, 1990)
IMDbID0000100
rowanatkinson.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi.[3]

Həyatı

redaktə

6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır. Yazıçı Richard Curtis ilə tanış olması karyerası üçün çox böyük əhəmiyyət kəsb etmişdir. Dostu John Lloyd'un istehsalını boynuna götürdüyü və İngiltərənin İTV kanalında 1978-ci ildə yayıma başlayan "Saat 9 xəbərləri DEYİL !" (Not the Nine O'Clock News) serialında oynamışdır. 1983-cü ildə "Qara Gürzə" (The Black Adder) sitkorn-unda rol aldı.[4]

Atkinson, özünə dünya şöhrəti gətirən Mr. Bean obrazını ilk dəfə 1988-ci ildə Thames Televiziyasında canlandırdı

Film karyerası

redaktə

Atkinsonun film karyerası ilk olaraq 1983-də bir James Bond filmi olan Heç vaxt "Heç vaxt" demə (Never Say Never Again) filmində başladı.Elə həmin ildə baş rolda özünün rol aldığı "Vaxtında Ölü" (Dead on Time) komediya filmində rol aldı.1994-cü ildə "4 toy,1 yas" (Four Weddings and a Funeral) filmində bütün dünyada çox böyük uğur qazandı.Elə həmin ildə daha bir fantastik uğur qazanan "Kral Şir" filmindəki Zazu obrazını səsləndirdi.

İlk Mr.Bean filmi isə 1997-ci ildəki "Bean" adı ilə film sektoruna daxil olmuşdur.Bu film dünyada ağlasığmaz bir uğura imza atır.Bu filmdən sonra 2001-ci ildə "Dabanınıza qüvvət" (Rat Race) filmində oynamış,bundan sonra 2002-ci ildə "Scooby-Doo" filmində də rol almışdır.

Mükafatları

redaktə
  • 1980-ci il BBC-nin şəxsiyyətliyi üçün Variety Club mükafatı
  • BAFTA ən yaxşı işıq Əyləncə Performansı, 1989
  • Oliver üçün Whatsonstage mükafatı, 2010
  • Laurence Olivier mükafatı (mükafata namizəd olan), 2010

Filmoqrafiya

redaktə
İlFilmin adıRolQeydlər
1982Fundamental FrolicsÖzüqısametrajlı film
1983Dead on TimeBernard Frippqısametrajlı fim
1983Never Say Never AgainNigel Small-Fawcett
1988The Appointments of Dennis JenningsDr. SchoonerQısametrajlı film
1989The Tall GuyRon Anderson
1990The WitchesMr.Stringer
1993Hot Shots! Part DeuxDexter Hayman
1994Four Weddings and a FuneralFather Gerald
1994The Lion KingZazuObrazı səsləndirib
1997BeanMister BinHəmçinin prodüser
2000Maybe BabyMr.James
2001Rat RaceEnrico Pollini
2002Scooby-DooEmile Mondavarious
2003Johnny EnglishJohnny English
Love ActuallyRufus
2005Keeping MumReverend Walter Goodfellow
2007Mr.Bean's HolidayMister Bin
2011Johnny English RebornJohnny English
2018Johnny English 3Johnny EnglishHəmçinin prodüser

Maraqlı faktlar

redaktə
  • Rouen Sebastyan Atkinson Böyük Britaniyanın Baş naziri olmuş Toni Bleyerlə eyni zamanda bir məktəbdə təhsil almışdır. Blerin 13 yaşı olanda, Atkinsonu 11 yaşında həmin məktəbə köçürüblər.[5]

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Rowan Atkinson // Internet Broadway Database (ing.). 2000.
  2. Rowan Atkinson // Encyclopædia Britannica (ing.).
  3. "Əlvida, Mister Bin... - FOTO". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.
  4. Pingitore, Silvia. "The shortest interview ever with Mr Bean star Rowan Atkinson" (ingilis). 2022-07-05. 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  5. "The Independent: Rowan Atkinson — The recluse who engineered his way to stardom". 2014-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-15.