Qisasçılar: Sonsuzluq savaşı

(Qisasçılar: Sonsuzluq savaşı (film, 2018) səhifəsindən istiqamətləndirilmişdir)

Qisasçılar: Sonsuzluq savaşı[11] (ing. Avengers: Infinity War) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2018-ci ilin may ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. 2012-ci ildə çıxarılmış "Qisasçılar" və 2015-ci ildə çıxarılmış "Qisasçılar: Altron dövrü" filmlərinin sikveli olan "Sonsuzluq savaşı" MKK-na daxil olan on doqquzuncu filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkmişlər. "Sonsuzluq savaşı"nda Sonsuzluq daşlarını ələ keçirmək istəyən Tanosun məğlub edilməsi üçün Qisasçılar komandasına Qalaktika mühafizəçiləri də kömək edir.

Qisasçılar: Sonsuzluq savaşı
ing. Avengers: Infinity War
Filmin tizer afişası
Filmin tizer afişası
Janrsuperqəhrəman filmi
fantastika
döyüş
Əsas mövzuSoyqırım
RejissorRusso qardaşları
ProdüserKevin Fayqi
Əsərin müəllifləriSten LiCek Kirbinin Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksi əsasında
Ssenari müəllifləriKristofer Markus
Stefen MakFili
Baş rollardaRobert Dauni
Coş Brolin
Mark Ruffalo
Tom Hiddlston
Kris Evans
Kris Hemsvort
Kris Prett
Ceremi Renner
Elizabet Olsen
Sebastian Sten
Benedikt Kamberbetç
Pol Bettani
Kobi Smolders
Benedikt Vonq
Zoi Saldana
Karen Gillan
Vin Dizel
Deyv Batista
Bredli Kuper
Pom Klementyeff
Skarlet Yohansson
Benisio del Toro
Tom Holland
Entoni Maki
Çedvik Bouzman
Danay Qurira
Pol Radd
Don Çidl
Letitiya Rayt
OperatorTrent Opalok
BəstəkarAlan Silvestri
MontajçıCeffri Ford[d]
İstehsalçılarMarvel Studios
Distribütor:
Walt Disney Studios Motion Pictures
DistribütorWalt Disney Studios Motion Pictures[d], Warner Bros.[6], Disney+
İlk baxış tarixi27 aprel 2018[7], 26 aprel 2018[8], 25 aprel 2018[9], 11 may 2018[10]
Müddət149 dəq.[1]
Büdcə$316–400 milyon [2][3][4]
Gəlir$2.002 milyard [5]
ÖlkələrABŞ ABŞ
Dilingilis dili
İl2018
Əvvəlki filmQisasçılar: Altron dövrü
(Qisasçılar tetralogiyasına görə)
Qara pantera
(MKK-na görə)
Sonrakı filmQisasçılar: Final
(Qisasçılar tetralogiyasına görə)
Qarışqa-adam və Arı
(MKK-na görə)
Rəngrəngli
IMDbID4154756
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film, 2014-cü ildə "Qisasçılar: Sonsuzluq savaşı -I Hissə" adıyla elan edilmişdir. 2015-ci ilin aprelindən Russo qardaşları rejissor kürsüsünə yiyələnmiş, həmin ilin may ayından etibarən isə Markus və MakFli ssenari üzərində işləmək üçün müqavilə bağlamışdır. 2016-cı ilin iyulunda Marvel filmin adını "Qisasçılar: Sonsuzluq savaşı" kimi qısaltmışdır. Filmin çəkkilişlərinə 2017-ci ilin yanvarında Corciya ştatının Fayett dairəsində yerləşən "Pinewood Atlanta Studiyaları"nda start verilmiş və 2017-ci ilin iyuluna kimi çəkilişlər filmin "Final" adlı sikveli ilə paralel aparılmışdır. Əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta mərkəziNyu Yorkda baş tutmuşdur. 316–400 milyon dollar büdcəyə malik olan film, bu vaxta kimi istehsal edilmiş ən bahalı filmlərdən biridir.

"Qisasçılar: Sonsuzluq savaşı" filminin dünya premyerası 23 aprel 2018-ci ildə Los-Ancelesdə baş tutmuş, 27 aprel 2018-ci ildə isə film, IMAX və 3D formatlarında ABŞ-də geniş yayıma çıxarılmışdır. Coş Brolinin aktyor işi, film hekayəsinin emosional ağırlığı, xüsusi effektlər və döyüş xoreoqrafiyasına görə film tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Bütün dünyada 2 milyard dollardan çox gəlir gətirmiş "Qisasçılar: Sonsuzluq savaşı", bu limitə çatmış dördüncü film və ilk superqəhrəman filmi olmaqla, müxtəlif gəlir rekordları sındırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" 2018-ci ilin ən çox gəlir gətirmiş filmi, həmçinin bütün dünyada və ABŞ və Kanadada bütün zamanların dördüncü ən çox gəlir gətirmiş filmi olmuşdur. Vizual effektlərinə görə film, Oskar, Tənqidçilərin SeçimiBAFTA mükafatlarına namizəd göstərilmişdir. Filmin "Qisasçılar: Final" adlı sikveli 2019-cu ilin aprel ayında çıxarılmışdır.

Məzmun redaktə

Ksandrda yerləşən Güc Daşını əldə edən Tanos və onun ardıcılları — Eboni Mau, Kull Obsidian, Proksima MidnaytKorvus QleyvAsqardın dağıdılmasından[Qeyd 1] sonra sağ qalmış asqardlıların kosmik gəmisini ələ keçirirlər. Tor, Loki, HeymdallHalk onlara Tesseraktdan Kosmos Daşını çıxarmağa mane ola bilmirlər, Tor məğlub olur, Tanos Lokini öldürür və Halkı məğlub edir. Heymdal Tanos tərəfindən öldürülməzdən əvvəl sonuncu dəfə Bifröst körpüsünü istifadə edərək Halkı Yerə göndərir. Tanos və ardıcılları gəmini tərk edir və partladırlar.

Nyu-Yorkda Sanktum Sanktorumun damını dələrək içəri düşən Halk Brüs Bennerə çevrilir. O, Stiven StrencVonqa xəbərdarlıq edərək Tanosun kainatın yarısını məhv etməyi planlaşdırdığını deyir. Doktor Strenc təcili Toni Starkı çağırır. Mau və Obsidian Strencdəki Aqamotun gözündə saxlanan Zaman Daşını almaq üçün Nyu-Yorka gəlirlər. Piter Parkerin də iştirak etdiyi döyüşdən sonra, Mau Doktor Strenci əsir götürür; Strak və Parker Maunun konskim gəmisinə girə bilirlər; Benner Stiv Rocerslə əlaqə saxlayır; Vonq Sanktum Sanktorumu qorumaq üçün Nyu-Yorkda qalır. Şotlandiyada Midnayt və Qleyv, Vanda MaksimovaVijnı tələyə salırlar. Rocers, Nataşa RomanovaSem Uilson onları xilas edirərək, Ceyms Rodsla birlikdə Qisasçıların yeni qərargahında gizlədirlər. Tanosun Ağıl daşını əldə etməməsi üçün özünü qurban verməyə hazır olan Vijn, Vandaya daşı məhv etməyi təklif edir. Vijnı öldürmədən daşı onun alnından çıxarmaq üçün, Rocers cütlüyə Vakandaya getməyi məsləhət görür.

Asqard gəmisindən verilən bədbəxtlik siqnalına cavab verən Qalaktika mühafizəçiləri Toru xilas edirlər. O, ehtimal edir ki, Tanos, Kolleksiyaçı tərəfindən Heçyerdə saxlanan Reallıq daşını axtarır. Tanosu öldürəcək silah əldə etmək üçün RaketaQrut Nidavellirə yola düşürlər. Orada onlar, Eitirinin köməkliyi ilə sehrli döyüş baltası yaradırlar. Bu arada, Piter Kuill, Qamora, DraksMantis Tanosun Heçyerdə Reallıq daşını ələ keçirməsinin şahidi olurlar. Tanos Qamoranı qaçırır və Nebulaya əziyyət verərək onu Ruh daşının yerini söyləməyə məcbur edir. Daşı axtarmaq üçün Tanos və Qamora Vormir planetinə gəlirlər, burada daşın keşikçisi olan Qırmızı kəllə Tanosa izah edir ki, daşın bərpa edilməsi üçün o, sevdiyi bir şəxsi qurban verməlidir. Tanos istəməsə də, Qamoranı öldürməyə məcbur olur və Ruh daşını əldə edir.

Nebula əsirlikdən qaça bilir və Qalaktika mühafizəçilərindən onu, Tanosun dağıdılmış vətəni olan Titan planetində qarşılamağı xahiş edir. Parker və Stark Maunu gəmisindən ataraq öldürür və Strenci əsirlikdən azad edirlər. Titanda eniş edərkən onlar Kuill, Draks və Mantislə qarşılaşırlar. Streync gələcəyi görmək üçün Zaman daşından istifadə edir və bildirir ki, baxdığı yüzlərlə variantdan yalnız birincəə Tanos məğlub edilir. Dəstə Tanosun əlindən Sonsuzluq əlcəyini çıxarmaq üçün plan hazırlayır. Tanos Strenclə danışaraq planını izah etməyə çalışır və yarısının məhv edilməyəcəyi təqdirdə kainatın tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacağını deyir. Mantis öz gücünü istifadə edərək Tanosu sakitləşdirir və onun fikirlərini oxumağa başlayır, lakin qəfildən Mantis Tanosun əziyyət və kədər hiss etdiyini görür və Nebula bu kədərin səbəbinin Qamoranın ölümü olduğunu deyir. Qəzəblənən Kuill Tanosu döyməyə başlayır, Mantissin təsirindən azad olan Tanos onları məğlub edir. Ağır yaralanmış Starkın Tanos tərəfindən öldürülməsinin qarşısını almaq üçün Strenc Zaman Daşını ona verməyə məcbur olur. Tanos, Titanı tərk edərək Yerə yola düşür.

Vakandaya gələn Rocers Baki Barnsla görüşür, Qisasçılar Şuridən Vijna zərər vurmadan Ağıl daşını onun alnından çıxarmağı xahiş edirlər. Tanosun ordusu Vakandaya hücum edir, Qisasçılar T'Çalla və Vakanda ordusu ilə birlikdə ona qarşı mübarizəyə başlayırlar. Halka çevrilə bilməyən Benner Starkın Halkbaster kostyumunu istifadə edir. Vakandaya gələn Tor, Raketa və Qrut da döyüşə qoşulurlar; Midnayt, Obsidian və Qleyv öldürülürlər, onların ordusu isə dağıdılır. Vakandaya gələn Tanos Vandanın Ağıl daşını məhv etmək cəhdinə baxmayaraq daşı əldə edir və Vijnı öldürür. Tor tərəfindən ağır yaralanan Tanos tamamlanmış Sonsuzluq əlcəyi ilə çırtma çalır və teleportasiya edir.

Tanosun planı uğurla başa çatır, Barns, Qara Pantera, Qrut, Qırmızı Cadugər, Şahin, Mantis, Draks, Ulduz lordu, Doktor Strenc və Hörümçək-adam da daxil olmaqla kainatın yarısı məhv edilir. Dəmir adam və Nebula Titanda qalır, Halk, Okoye, Döyüş maşını, Raketa, Kapitan Amerika, Nataşa Romanova, M'Baku və Tor Vakandadakı döyüş meydanında tək qalırlar. Yorulmuş Tanos isə başqa bir planetdə dincəlir.

Titrlər arası səhnədə, aralarında Mariya Hillin də olduğu insanlar məhv olmamışdan əvvəl Nik Fyuri bədbəxtlik siqnalı basır. Fəaliyyətə başlayan cihazın ekranında mavi-qırmızı fonda ulduz görünür. [Qeyd 2]

Rollarda redaktə

Özünü "dahi, milyarder, pleyboy və filantrop" kimi təqdim edən Qisasçıların lideri və havadarıdır, özü hazırladığı elektromexanik zirehli kostyuma malikdir.[13][14] Rejissor Co Russonun sözlərinə görə, "Toni, böyük təhlükə yarandığını hiss edir və imkanları daxilində yer kürəsinin təhlükəsizliyini təmin etməyə çalışır."[15] Dauninin sözlərinə görə, filmdə Starkın hədəfi "kiçik"dir və o, "Dəmir adam 3" filmində ortaya atılmış Stark pinəçidir ideyasına uyğun davranır.[16]
Asqard kralı və Qisasçılardan biridir. Co Russo qeyd edir ki, Torun hekayə xətti "Tor: Raqnarök" filmindən sonra davam etdirilir,[17] "filmin sonunda çox maraqlı yerdə kəsilən hekayənin davamında o, real emosional motivasiya alır."[18] Personajın "Tor: Raqnarök" filmində formalaşdırılmış faciəvi və komedik əhvalının bu filmdə də davam etdirilməsini istəyən Hemsvortun məsləhəti ilə filmin ssenari müəllifləri olan Kristofer Markus və Stefan MakFili, "Raqnarök"un rejissoru Tayka Vaytiti və ssenari müəllifi Erik Pirsonla məsləhətləşmişlər.[19] Co Russo qeyd edir ki, Tor, Tanosun ideyasına qarşı olan ciddi motivasiyaya malikdir və düşməni öldürə bilsəydi, o, filmin əsas qəhrəmanı olardı.[20]
Qisasçılardan biri, dahi alimdir, güclü qamma şüalanmasından sonra qəzəbləndiyi zaman bədheybətə çevrilir.[21][22] Ruffalo deyir ki, Benner filmdə Qisasçılar arasında öz yerini tapmağa çalışır, "dəstənin bəzi üzvləri ilə ünsiyyətdə çətinliklər yaşayır", "hər kəsə Tanosun nə qədər təhlükəli olmasını izah etməyə çalışır."[23] Co Russo qeyd edir ki, "qorxduğuna və Bennerin onu yalnız döyüş üçün istifadə etdiyinə görə, film boyunca Halk peyda olmur. Bu, hər iki personaj arasında nəzarət uğrunda mübarizənin davam etdiyini göstərir."[24] Personajın "Tor: Raqnarök"da başladılmış hekayə xətti "Sonsuzluq savaşı" inkişaf etdirilir, filmin "Final" adlı sikvelində isə yekunlaşdırılır.[25] Ruffalo deyir ki, Benner və Halk arasındakı ayrılıq bulanlıqlaşır və Halk beş yaşlı uşağın zəkasına oxşar zəka qazanır.[23]
Qaçaq superqəhrəman, Qisasçıların hökumətin təklifinə qarşı çıxan fraksiyasının lideridir. İkinci Dünya müharibəsi veteranı olan Rocersə müharibə zamanı təcrübəvi maddə vurularaq onun fiziki imkanları superinsan səviyyəsinə çatdırılmışdır.[17] Russo qardaşları Rocersin filmdə daha Kapitan Amerika olmayacağına işarə edərək deyirlər ki, "onun Kapitan Amerikanın qalxanından imtina etməsi ("Kapitan Amerika: Vətəndaş müharibəsi" filminin sonunda) personajın həm də həmin kimlikdən imtina etməsi kimi başa düşülməklə, Kapitan Amerika şəxsiyyətinin seçiminin onun şəxsi seçimi ilə üst-üstə düşməməsini göstərir."[26] Co Russo əlavə edir ki, "Onun özü qarşısında məsuliyyət hissi, başqaları qarşısında məsuliyyət hissi ilə tərs mütənasib təşil edir və personaj bu hisslə mübarizə aparır. Onun qarşısında həm də, Stiv Rocersin qalxansız kim olmasını sübut etmək tapşırığı dayanır."[27] Co, davam edərək bildirir ki, "Rocers komikslərdə olan Köçəri alternativ kimliyi ilə tanınmasa da, onun ruhunu daşıyacaq."[28] Filmdə Rocers ənənəvi qalxanını əvəz etmək üçün Şuridən vibraniumdan hazırlanmış qalxanlar alır.[29] Ssenarinin erkən variantında, filmin sonuna yaxın Vakandada peyda olan Rocers Vijnı Korvus Kleyvdən xilas etməli idi, lakin Rocersi təqdim etmək üçün bu qədər gözlədiklərinə görə Markus və Makfili "çılğın" adlandırılmış, sonradan isə bu ideyanın "gözləntiyə cavab vermədiyi" bildirilmişdir.[30]
Yüksək hazırlıqlı casus, keçmiş Qisasçı, Q. A. L. X. A. N casusudur.[31][32] Yohanssonun sözlərinə görə, "Kapitan Amerika: Vətəndaş müharibəsi" hasidələrindən sonra Romanovanın vəziyyətini "qara günlər" kimi qiymətləndirmək olar. "Deməzdim ki, canlandırdığım peronaj əvvəllər çox ümidli idi, lakin hadisələr onu əvvəlkindən daha çox ümidsizləşdirib."[33]
Avtomobil qəzasından sonra əl sabitliyini itirmiş keçmiş neyrocərrahdır, sağlamlığına qovuşmaq üçün səyahətə çıxır, gizli sehr aləmi ilə tanış olur, alternativ reallıqlarla qarşılaşır və Mistik Sənətlər Ustadı adını alır.[34] Markus və MakFili Strenci "geniş prespektivlərə malik ağıllı yetkin adam" kimi təsvir edir.[35] "Cərəyan müharibəsi" filminin çəkilişləri tamamlanana kimi, "Sonsuzluq savaşı"nın çəkiliş meydanında Kamberbetçi aktyor Aaron Lazar əvəz etmişdir.[36] Üzün görünməsi lazım olan səhnələrin çəkilişində isə Kamberbetç özü iştirak etmişdir. Cey Fank aktyora finger-tuttinq hərəkəti üçün kömək etmişdir.[37]
Döyüş maşını adlı zirehli geyimi istifadə edən keçmiş ABŞ Hərbi Hava Qüvvələri zabitidir.[38] "Vətəndaş müharibəsi" hadisələri zamanı iflic olmasından sonra, Toni Starkın hazırladığı yeni qurğunun köməkliyi ilə yenidən yeriməyə başlasa da, Müharibə maşını kostyumunu geyinmək və Qisasçılara qoşulmaq istəmir. Roudi və Stark arasındakı münasibətlərin "Vətəndaş müharibəsi"ndən sonra pisləşdiyini deyən Çidlın sözlərinə görə, "Toni baş verən hadisələrə görə məsuliyyət və günah hiss edir."[39]
Starkın protejesi olan yeniyetmədir, genetik modifikasiya edilmiş hörümçəyin dişləməsindən sonra hörümçəyin bacarıqlarına oxşar bacarıqlar əldə edib.[15] Personajın ölüm səhnəsi ssenaridə filmdəkindən daha qısa nəzərdə tutulmuşdu və Dauni həmin səhnənin daha emosional canlandırılmasında Hollanda kömək etmişdir. Entoni Russo qeyd edir ki, "Dauni vəziyyətə nəzarəti əlinə alaraq ona yaxınlaşdı və dedi "Sən getmək istəmirsən, çünki, sən hələ cavansan. Üstəlik sən öz hörümçək hissiyyatlığını istifadə edirsən. Və bundan sonra gördüyünüz nəticə meydana gəldi."[40]
Afrikada yerləşən Vakanda adlı ölkənin kralıdır, ürək bitkisinin məhlulunu içdiyinə görə superinsan gücünə malikdir.[32][41] Vakanda döyüşü öncəsi, Bouzman, "Qara pantera" filmində rol almış digər aktyorlarla birlikdə vakandalıların ənənəvi döyüş nəğməsini ifa etmişdir. "Qara pantera""Sonsuzluq savaşı"nın çəkilişləri eyni vaxtda aparıldığından Russo qardaşları birinci filmdən olan səhnəni görməmişdilər və çəkiliş zamanı həmin səhnənin möhtəşəmliyindən təsirlənmişdilər.[42]
Android, C. A. R. V. İ. S. adlı süni intelletk əsasında Zəka daşından[34] istifadə edilərək yaradılmışdır. Entoni Russo Vijnı "yaşayan MakQaffin" adlandırır: "Aydındır ki, Vijnın vəziyyəti çətindir, çünki onun həyatı Tanosun istəkləri ilə üst-üstə düşmədiyinə görə təhlükədədir."[33]
Qisasçıların Rocersə sadiq olan heyətinin üzvüdür, hipnoz və telekinez bacarığına malik cadugərdir.[43]
Qisasçıların Rocersə sadiq olan heyətinin üzvüdür, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş üzvüdür, xüsusi dizayn edilmiş mexaniki qanadlara malikdir.[44] Makki qeyd edir ki, "Vətəndaş müharibəsi" hadisələrindən sonra Uilson Dəmir adam və Qara pantera də daxil olmaqla əksər qəhrəmanlardan incimişdir.[33]
Rocersin yaxın dostu və tərəfdaşı, mükəmməlləşdirilmiş qatildir, İkinci Dünya müharibəsi zamanı beyin yumasına məruz qalmışdır.[45] Əvvəl Qış əsgəri adını daşıyan Barns Vakandada olarkən yerli əhali tərəfindən ona verilmiş Ağ qurd adını götürür.[29]
Mühafizəçilər dəstəsinin üzvüdür, ailəsini öldürmüş Tanosdan qisas almağı arzulayır.[52] Hər çəkiliş günü qrimin təmizlənməsi üçün aktyor saunada oturmalı olmuşdur.[53]
Mühafizəçilər dəstəsinin üzvüdür, ailəsini qətlə yetirmiş Tanos tərəfindən övladlığa götürülmüşdür. Tanos kiçik yaşlarından şəxsən onu məşq etdirərək döyüşçü kimi yetişdirmişdir.[54] Qamoranın uşaqlıq dövrünü aktrisa Ariana Qrinblatt tərəfindən canlandırılmışdır.[55]
Qalaktika mühafizəçiləri dəstəsinin üzvü, ağac formalı humanoiddir.[56] İcraçı-prodüser Ceyms Qann bildirir ki, filmdə Qrut, "Qalaktika mühafizəçiləri 2" filminin titrlərarası kadrlarında təqdim edilən yaşlarında yeniyetmədir.[57] Qrut üçün hərəkət tutma işlərini yerinə yetirmiş aktyor Terri Notari deyir ki, personaj "yeniyetmə yaşlarında olduğuna görə, özü üçün necə tərbiyəçi və nümunə tapmasını müşahidə edəcəksiz."[58]
Qalaktika mühafizəçiləri dəstəsinin üzvü olan genetik modifikasiya edilmiş yenotdur. Peşəkar baş ovçusu və muzdlu döyüşçü olan Raketa döyüş taktikaları və silahlarla ustad davranış qaydalarına malikdir.[59] Şon Qann filmin çəkilişləri zamanı Raketa obrazını canlandırmış və onun aktyor ifası əsasında hərəkət tutma texnologiyasına əsasən personaj işlənmişdir.[60][61]
Toni Starkın mühasibəsi və "Stark Industries"in icraçı direktorudur.[62] Dauni qeyd edir ki, "Starkın əsas rol oynadığı erkən filmlərdə böyük rolu olmayan Pepper [Dəmir adamın] sevgisi olaraq qalmaqdadır. Biz bu reallığa qayıtmaq istərdik. Təkcə onlar üçün yox, baxaq görək reallıqda bu işdən nə alınır."[16]
Reallığı dəyişdirmək üçün bütün Sonsuzluq daşlarını toplamağa çalışan, Titan planetindən olan interqalaktik despotdur.[64][65][66] Ssenari müəlliflərindən biri olan Stefan MakFili qeyd edir ki, Tanos bütün Sonsuzluq daşlarını toplayaraq "kainatı istədiyi kimi yenidən balanslaşdırmaq istəyir."[67] Prodüser Kevin Fayqi əlavə edir ki, Tanosun doğma planeti Titan məhv edildiyinə görə, o, "bir daha belə hadisələrin baş verməsinin qarşısını almağa çalışır. O, kainatın məhvə doğru getməsini müşahidə edir. O, həyatın məhv olmasının qarşısını aldığına inanır. İndiki formasında kainatın məhv olacağına inanır."[66] Fayqi həm də əlavə edir ki, filmdə Tanos "Sonsuzluq əlcəyi" komiksindəkinə oxşar motivasiyaya malik olacaq.[68] Çəkilişlər zamanı personajın canlandırılması üçün Brolin hərəkət tutulması texnikasından istifadə edib.[69] Aktyorun bu rol üçün seçilməsindən bəhs edərkən Brolin deyir ki, "Marvel Studios"un həmsədri olan "yaxşı dost" Lui D’Esposito "…məni çağıraraq bu haqqda danışmağa başladı. Mənə onunla danışmaq imkanı verilməsi xoş idi. Nə xoşuma gəlir,…ümumilikdə nə xoşuma gəlmir və sair mövzuları müzakirə etdik. Yaradacağı imkanlara görə bu görüş həqiqətən də maraqlı idi. İdeya və blokbaster kimi yox, daha fərqli bir şey kimi. Bu, şəxsiyyətin mentalitetidir."[70] Brolin personajın insanlığını araşdırmağa çalşır.[71] O, Titanda doğulan, "anomaliya" və "eybəcər" hesab edilən Tanosu Kvazimodo ilə, onun hekayəsini isə "Ətriyyatçı" romanı ilə müqayisə edir.[72] Personajın "Sonsuzluq savaşı"ndakı rolundan danışan Fayqi deyir ki, "filmdə o qədər çox personaj var ki, onlardan hansısa birinin əsas qəhrəman olmasını demək olmur."[73] Brolinin fikrincə hekayəni emosional baxımdan inkişaf etdirməyə kömək etmiş Co Russo, Brolini "Xaç atası"na bənzədir.[74] Co Russonun sözlərinə görə ciddi əsas olmadığı halda, Tanos zireh geyinmir və bu onun fəlsəfi baxışları ilə əlaqədardır: "Daşları toplamaq üçün çıxdığı bu səyahət onun üçün daha çox ruhi anlam daşıyır və zirehə ehtiyac qalmır. Daşları toplamağa başladığı andan etibarən onun hərbi geyimə ehtiyacı yoxdur. Əynindəki geyim isə daha çox simvolik anlam daşıyır."[75]
Qalaktika mühafizəçilərinin yarı-insan, yarı-selestial olan lideridir. Uşaq yaşlarında Yer kürəsindən oğurlanaraq Dağıdıcılar adlandırılan yad planetlilər tərəfindən yetişirilmişdir.[43] Prett filmdə rolunu "kameo" kimi qeyd edrək bildirir ki, "biz filmdə Mühafizəçilər də iştirakını təmin etmişik."[76]

Bunlardan başqa filmdə daha bir neçə aktyor əvvəlki MKK filmlərində canlandırdığı rollara qayıtmışdır: aktrisa Danay Qurira Dora Milajın rəhbəri Okoye[77]; Letisiya Rayt T'Çallanın bacısı Şuri[78]; Vilyam Hört ABŞ dövlət katibi General Taddeus Ross[79]; Kerri Kondon Starkın Cümə adlı yeni sisteminin səsini[80]; Vinston Dyuk Vakandanın Cabari tayfasının lideri M'Baku[81]; Florens Kasumba "Dora Milaje"nin üzvü Ayo[81]; Ceykob Batalon Piter Parkerin dostu Ned[82]; İzabella Amara Piter Parkerin sinif yoldaşı Salli[83]; Tiffani Espensen Parkerin sinif yoldaşı Sindi[84] və Etan Dizon Parkerin sinif yoldaşı Tinini[85] canlandırmışlar. Samuel L. Cekson və Kobi Smoldersin adları titrlərdə qeyd edilməsə də kameo rolunda Q. A. L. X. A. N.-ın rəhbəri Nik Fyuri və rəhbər köməkçisi Mariya Hill rollarına qayıtmışlar.[86]

Tanosun Qara Orden kimi tanınan, filmdə isə "Tanosun övladları"[87] adlandırılan köməkçilər dəstəsinin üzvləri ilk dəfə ekranda görünmüşdür: Terri Notari Kul Obsidian[88][89]; Tom Von-Lolor Eboni Mau[90][91]; Kerri Kun Proksima Midnayt[89]; Maykl Ceyms Şou isə Korvus Kleyv[92] kimi filmdə rol almışlar. Bu dörd aktyor personajları səsləndirmiş və hərəkət tutma texnologiyası üçün rol oynamışlar.[92][93] Çəkilişlər zamanı aktrisa Kerri Kun hamilə olduğuna görə, yalnız Midnaytın üz hərəkətlərini yerinə yetirmiş[94], hərəkət olan yerlərdə isə onu kaskadyor Monik Qanderton əvəz etmişdir.[95] Eboni Maunun görünüşü "Sonsuzluq əlcəyi" komiksində iştirak edən başqa bir personaj Mefistodan ilhamlanılaraq yaradılmışdır.[96]

İkinci Dünya müharibəsi zamanı Nasist partiyası liderlərindən biri və Hidranın rəhbəri olmuş Yohann Şmidt/Qırmızı kəllə Ross Markuand tərəfindən səsləndirilmişdir.[48][97][98] 2011-ci ildə çıxarılmış Kapitan Amerika: Birinci qisasçı filmində həmin rolu canlandırmış Hüqo Uivinq rola qayıtmaq istəmədiyinə görə Markuandla əvəzlənmişdir.[48][97] Tamamilə CGI vasitəsiylə yaradılmış Qırmızı kəllənin yerinə çəkiliş meydanında əvəzləyici dayanmışdır.[98] Qisasçılar komikslərinin həmmüəlliflərindən biri olan Sten Li filmdə Piter Parkerin məktəb maşını sürücüsü[48], ssenari müəllifi Stiven MakFili isə General Rossun köməkçisi kimi kameo rolu canlandırmışdır.[99] "Tor" filminin rejissoru Kennet Brana filmin əvvəlində Asqard gəmisinin bədbəxtlik elanını səsləndirmişdir.[100] Russo qardaşlarının daha əvvəl üzərində çalışdığı "Yavaş inkişaf" serialında Tobias Fünke rolunu canlandırmış aktyor Devid Kross da filmdə kameo roluna dəvət almışdır; lakin vaxt planlaşdırmasında yaranan problemə görə Fünke həmin rolu qəbul edə bilməmiş, buna baxmayaraq, Kolleksiyaçının kolleksiyasına daxil olan artefaktlardan birini canlandırmışdır.[101] İcraçı prodüser Con Favro MKK-dakı rolu Xoşbəxt Hoqanı canlandırmış, rejissor Co Russo isə fotoqraf kimi kameo rolunu canlandırsa da, həmin səhnə filmin kinoteatr versiyasına düşməmişdir.[102]

İstehsal redaktə

2014-cü ilin oktyabrında Marvel "Qisasçılar: Altron dövrü" filminin iki hissəli sikvelinin çəkiləcəyini, "Qisasçılar: Sonsuzluq savaşı. I hissə"nin 4 may 2018-ci ildə, "Qisasçılar: Sonsuzluq savaşı. II hissə"nin isə 3 may 2019-cu ildə çıxarılacağını elan edir.[103][104] 2015-ci ilin aprelində Entoni və Co Russo qardaşlarının[105] hər iki filmin ard-arda[106] çəkilişlərinə 2016-cı ildə başlayacağı müəyyən olur. Həmin ay Kevin Fayqi bildirir ki, "onlar, bir-birindən ayrı iki müstəqil film çəkirlər, çünki, onlar oxşar elementlərə malik olsalar da, bir-birindən fərqlidirlər. Buna görə, mən onları iki hissəyə bölünmüş bir hekayə adlandırmazdım. Onlar, bir-birindən fərqli iki müstəqil film olacaqlar."[107] 2015-ci ilin mayında Kristofer Markus və Stefan MakFilinin hər iki film üçün ssenari yazacağı elan edilir.[108] Bir il sonra iki hissəli film çəkilməsi haqqında məlumatların təkzib edilməsi üçün iki ayrı film çəkdiklərini bildirirlər, Co Russo isə qeyd edir ki, "Biz onların adlarını da dəyişəcəyik, sadəcə indi ad fikirləşməmişik."[109] 2016-cı ilin iyulunda Marvel birinci filmin "Qisasçılar: Sonsuzluq savaşı" olacağını elan edir.[110] Entoni Russo bildirir ki, "film, 1990-cı illərin soyğun filmlərindən ilhamlanılaraq çəkilib, Sonsuzluq daşlarının ovunda olan Tanos döyüşür, film boyu hamı qaçhaqaçdadır."[66]

Filmin əsas çəkilişləri 23 yanvar 2017-ci ildə[111] "Meri Lou" işçi adı adı altında[112], Trent Opaloçun operatorluğu[113] ilə Corciya ştatının Feyett dairəsindəki "Pinewood Atlanta Studios"[114] da başlamışdır. Həmin il fevralın əvvəlində Marvel Robert Dauninin Toni Stark/Dəmir adam, Kris Prettın Piter Kuill/Ulduz lordu, Tom Hollandın isə Piter Parker/Hörümçək-adam rolları ilə filmdə iştirak edəcəyini təsdiqləyir.[15] 2017-ci il fevralın əvvəllərində Şotlandiyada əlavə çəkilişlər aparılır. Açıq hava çəkilişləri Edinburq, Qlazqo və Şotland dağlarında[115] studiya çəkilişləri isə Kambernald şəhərindəki "Wardpark Studios"da baş tutur.[116][117] 2017-ci ilin mayında İngiltərənin Darem şəhərindəki Darem kafedralında çəkiliş aparılır.[118] 2017-ci ilin iyununda Atlantanın mərkəzində[119], iyulunda isə Mərkəzi parkında[120] çəkişlər aparılır. İyulun ortalarında Kuins, Nyu-Yorkda çəkiliş aparılır.[121] 14 iyul 2017-ci ildə çəkilişlər yekunlaşdırılır.[122]

2017-ci il iyulun sonlarında Co Russo bildirir ki, "Sonsuzluq savaşı"ndan bir neçə səhnə tamamlanmamışdır ki, onların da çəkilişi sonrakı aylarda baş tutacaq.[123] 2018-ci ilin martında Disney ABŞ-də və eləcə də əksər ölkələrdə "Sonsuzluq savaşı"nın çıxış tarixini 3 maydan 27 aprelə geri çəkir.[124][125] Filmin vizual effektləri "Framestore"[126], "Industrial Light & Magic"[127] və "Method Studios"[128] tərəfindən yaradılmışdır.

Film musiqisi redaktə

2016-cı ilin may ayında "Qisasçılar" filminin musiqisini yazmış bəstəkar Alan Silvestrinin üçüncü və dördüncü Qisasçılar filmləri üçün də musiqi yazacağı elan edilir.[129] 2018-ci ilin yanvarında Silvestrinin yazdığı musiqinin səsyazmasına başlanılır[130] və işlər həmin ilin martına kimi davam etdirilir. Silvestri qeyd edir ki, "bu filmin musiqisi üzərində iş daha əvvəl qazandığım bütün təcrübələrdən fərqlənirdi, bu baxımdan sürətli ton dəyişmələrinin balanslaşdırılması xüsusilə maraq kəsb edirdi."[131] "Qara pantera" filminin bəstəkarı Lüdviq Yoransson tərəfindən yazılmış film musiqisi də "Sonsuzluq savaşı"nda istifadə edilmişdir.[132] Hollywood Records və Marvel Music filmin musiqi albomunu 27 aprel 2018-ci ildə rəqəmsal, 18 mayda isə CD formatda satışa çıxarmışdır. Albomun geniş versiyasına bir neçə trekin genişləndirilmiş forması və əlavə treklər artırılmışdır.[133]

Marketinq redaktə

"Entertainment Weekly" jurnalının "Sonsuzluq savaşı" filminə həsr olunmuş və Qisasçılar təsvir edilmiş üz qabıqları.

2017-ci ilin mayında Robert Dauni və onun "Random Act Funding" adlı xeyriyyə təşkilatı "Omaze" adlı təşkilatla birlikdə müsabiqə təşkil edir. Müsabiqənin şərtlərinə görə təsadüfən seçilmiş şəxslərə "Sonsuzluq savaşı"nın çəkiliş meydanlarını ziyarət etmək imkanı verilmişdir.[134] Tanosun[135] "Legacy Effects" tərəfindən yaradılmış real ölçülü heykəli, o cümlədən Tanosun övladlıqları və "Qara Orden"in üzvü olan Korvus Qleyv, Proksima Midnayt, Eboni MauKull Obsidianın heykəlləri D23 Expo 2017 çərçivəsində sərgilənmişdir.[136][137] Bununla yanaşı tədbirə qatılan Fayqi, Co Russo, Dauni, Brolin, Bettani, Olsen, Klementieff, Gillan, Batista, Çidli, Maki, Kamberbetç, Sten, Holland, Bouzman, RuffaloHemsvort MKK-nın on illik çəkilişləri, o cümlədən "Sonsuzluq savaşı"nın çəkilişlərinə həsr edilmiş videoçarxı təqdim etmişlər.[38] Göstərilən kadrlar izləyicilərə güclü təsir göstərmiş[138], fanatlar "ayağa qalxaraq alıqşlamışlar".[138][139] "Polygon" vebsaytından Culiya Aleksandr qeyd edir ki, "desək ki, treylerdə bir çox şey var idi, bu kiçiltmə olardı, lakin məni daha da həyəcanlandıran, "Sonsuzluq savaşı"nın nələr vəd etməsidir. Hörümçək-adamı Dəmir adam, Tor, Ulduz lorduQırmızı cadugərlə eyni filmdə gördükdə başa düşürsən ki, Marvel, nəhayət ki, çoxdan gerçəkləşdirmək istədiyi filmi çəkib. On ildir ki, bizlər bu reallığa gətirib çıxaran hadisələrin necə baş verməsinin şahidi olmuşuq…özünü duyğusal hiss etməmək mümkün deyildi."[139] "CinemaBlend"dən Erik Eysenberq deyir ki, kadrlar onu "birmənalı olaraq həyəcanlandırıb", film isə elə görünür ki, sanki, "bu zamana kimi yaradılmış ən epik blokbaster olmağa iddia edir".[140] "Collider"dən Haleya Fotç deyir ki, "O, qaranlıq, dramatik və tamamilə epik görünür. Tamamilə aydındır ki, Marvel fərqli bir şey etməyə …on illik hekayə xəttlərini tamamlamağa çalışır."[141] D23 kadrları daha sonra San-Diyeqo Beynəlxalq Komik-Konda təqdim edilmişdi.[142] "comScore"un PreAct servisinin məlumatına görə həmin festivalda "Qisasçılar: Sonsuzluq savaşı"na həsr edilmiş iki paneldən sonra 17–23 iyul arasında film social şəbəkələrdə 90.000-dən çox yeni müzakirələrə səbəb olmuşdur ki, bu da "Tor: Raqnarök""Ədalət Liqası"ndan sonra üçüncü nəticə olmuşdur.[143] İkinci həftədə 41.000-dən çox müzakirə ilə "Sonsuzluq savaşı" "Raqnarök""O" filmlərindən geri qalaraq üçüncü olmuşdur.[144] 16 oktyabra kimi "Sonsuzluq savaşı" sosial şəbəkələrdə ümumilikdə 679,000 müzakirəyə səbəb olmuşdur.[145]

"Empire" jurnalının "Sonsuzluq savaşı" filminə həsr olunmuş və "Sonsuzluq daşları"nın rənglərini əks etdirən üz qabıqları.

Filmin ilk treylerinin çıxışını təbliğ emək üçün, Marvel "Dəmir adam" filmindən etibarən bütün Marvel filmlərinin treylerlərinə həsr edilmiş retrospektiv video çıxarır, həmçinin fanatların həmin treylerlərə olan reaksiya videolarını da əlavə edir.[146] 29 noyabr 2017-ci ildə "Qisasçılar: Sonsuzluq savaşı"nın ilk treyleri "Sabahın xeyir Amerika" verilişində təqdim edilir.[147] "The Hollywood Reporter"dən Coş Şpigel qeyd edir ki, "Treyler superqəhrəman filmləri ilə tanış olan insanlar üçün bir çox şeylər təklif edir…" lakin "ən vacibi odur ki, "Sonsuzluq savaşı" məşəlin bir əldən digər ələ, bir komandadan digər komandaya keçməsini nümayiş etdirir."[148] "Forbes" jurnalından Skott Mendelson qeyd edir ki, "treyler bu ilin əvvəlində yayımlanmış təqdimat videosundan çox fərqlənməsə də, çox həyəcanlandırıcıdır. Nik Fyurinin "Qisasçılar təşəbbüsü" nitqinin Alan Silvestrinin Qisasçılar mövzusu ilə birlikdə səslənməsi mükəmməl effekt yaradır."[149] Mendelsondan fərqli olaraq Aleksandr hər iki video arasındakı marketinq strategiyası fərqlərini qeyd edərək "iki video bir-birindən daha fərqli ola bilməzdi" deyə qeyd edir. O, bildirir ki, "Qalaktika mühafizəçiləri 2""Tor: Raqnarök" filmləri arasındakı vaxtda çıxarılmış həmin video fanatları sakitləşməyə hesablanmaqla, daha çox köhnə filmlərdən kadrlar və TorQalaktika mühafizəçiləri kadrlarına üstünlük verilməklə hazırlanmışdı. Treylerdə isə "Qara pantera" və [[Vakanda(komiks)|Vakanda]] mövzularına üstünlük verilmişdir ki, əlavə marketinq proqramının həyata keçirilməsindən əvvəl bu mövzuların istifadəsinə imkan verilə bilməzdi.[150] "CNET"dən Qael Kuper qeyd edir ki, treyler Marvelin YouTube hesabında yayımlandıqdan 15 dəqiqə sonra 50.000 dəfə baxılmış, lakin 467,331 baxış hesablandıqdan sonra izləyici axınına görə saytın sayğacı sıradan çıxmışdır.[151] İlk 24 saat ərzində 230 milyondan çox baxış sayı alan treyler "O" filminin treylerinin nəticəsini geridə qoyaraq həmin dövrə kimi ən çox izlənmiş treyler olmuşdur.[152]

2018-ci ilin yanvarında Marvel Comics "Avengers: Infinity War Prelude" adlı "Kapitan Amerika: Vətəndaş müharibəsi""Qisasçılar: Sonsuzluq savaşı" filmləri arasında körpü yaradan iki nömrəli prikvel komiks nəşr etmişdir.[153] "Super Bowl LII" zamanı filmin qısa reklam videosu yayımlanmışdır. "comScore" və "United Talent Agency" tərəfindən verilən məlumata görə reklam videosu "Super Bowl" zamanı yayımlanmış bütün reklamlardan daha çox müzakirəyə səbəb olmuşdur; YouTubeFacebook-da video 17.6 milyon dəfə baxılmışdır.[154] 27 fevral 2018-ci ildə Disney və Marvel 3 martda filmin merçendayz məmulatlarının çıxarılmasına həsr edilmiş "Marvel: The Universe Unites" adlı xeyriyyə kampaniyasına start vermişdir. Bir həftə davam edən kampaniya çərçivəsində ulduzlar sosial şəbəkə hesablarında çağırışlar edərək ciddi xəstəliyi olan uşaqlara kömək etməyə çalışmışlar. Postda bildirilirdi ki, əgər onların kollektiv fotosu 1 milyon bəyənim toplasa Marvel "Starlight Children's Foundation"-a $250,000 iyanə edəcək. Bundan əlavə Disney ABŞ-də, eləcə də dünyada 3 martdan etibarən bir həftə ərzində "Disney Store"larda Marvel məhsullarının satışından əldə edilən gəlirlərin 10%-ni "Make-A-Wish Foundation"-a iyanə etmişdir. Hasbro "Give Kids the World Village" və "Funko"-ya $1 milyon iyanə bağışlamışdır.[155] 9 mart 2018-ci ildə "Entertainment Weekly" jurnalı "Sonsuzluq savaşı" personajlarına həsr edilmiş on beş jurnal üzlüyünü təqdim etmişdir.[156][157]

Xarici video

Marvel Studios' Avengers: Infinity War Official Trailer

Filmin 29 noyabr 2017-ci ildə yayımlanmış ilk rəsmi treyleri (tizer-treyler)

Marvel Studios' Avengers: Infinity War — Official Trailer

Filmin 16 mart 2018-ci ildə yayımlanmış ikinci rəsmi treyleri.

Filmin ikinci treyleri 16 mart 2018-ci ildə çıxarılmış və üç saata yaxın müddətə YouTube-da 1 milyondan çox baxış toplamışdır.[158] "The Washington Post"dan Alissa Rozenberq qeyd edir ki, "xüsusi effektlər əsasında formalaşdırılmış supercaniyə malik, növbəti superqəhrəman filmini və ya Manhetten üzərində asılan növbəti sirli əşyanı həvəslə gözləməsəm də, treylerə baxdıqda anladım ki, MKK qəhrəmanlarının bir araya gələrək tanış olmasını görmək istəyirəm."[159] "The Hollywood Reporter"dən Coş Şpigel Rozenberqin fikri ilə razılaşaraq personajların qarşılıqlı münasibətinin potensialını vurğulayır və bu görüşlərin bəzilərinin MKK son filmlərindəki kimi oyun əhvalına malik olacağını qeyd edir: "Ola bilsin ki, müxtəlif personajların bir filmdə birləşdirilməsi, iki nüfuzlu serialın personajlarının bir krossoverdə cəmlənməsi kimi nəticə verə bilərdi, lakin MKK personajlarınn hamısı eyni kainatdan olduqlarına görə onların qarşılıqlı münasibətləri və Tanosa qarşı birgə fəaliyyətlərini izləmək üçün ekran qarşısına yığılmağa dəyər."[160] İkinci treylerə 24 saat ərzində 179 milyondan çox baxılmış, beləliklə o, "Sonsuzluq savaşı" filminin ilk treyleri və "O" filminin treylerindən sonra üçüncü, ikinci treyler nəticəsinə görə isə "Gözəl və bədheybət" filminin treylerini (128 milyon baxış) geridə qoyaraq birinci olmuşdur.[161]

Filmin əlavə marketinq partnyorları arasında "Coca-Cola", "Quicken Loans", "Infinity QX50" (filmdə istifadə edilib), "Ziploc", "Go-Gurt", "Yoplait", "Sychrony Bank", "American Airlines""Stand Up to Cancer" yer almışlar. Partnyorlar film personajları və hadisələrindən ilhamlanaraq televiziya reklamları hazırlamışlar. "Duracell", "Unilever", "Quaker Oats Company", "Chevron""Samsung" kiçik marketlərdə təbliğat kompaniyası başlatmışlar. "Coca-Cola", "Ziploc", "Go-Gurt" və "Yoplait" filmin təbliğat kompniyası çərçivəsində xüsusi paketləmələr hazırlamışlar, "Sychrony Bank" "Qəhrəman kimi qoru!" (Save Like a Hero) adlı kompaniya başlatmış, "Stand Up to Cancer""American Airlines" "PSA" ilə birlikdə Yohansson və Hemsvortun iştirakı ilə milli kompaniya başlatmışlar. Birləşmiş Krallıqda OnePlus smartfonlarından biri üçün "Sonsuzluq savaşı" reklamı çıxarmışdır. "Deadline Hollywood" filmin media dəyərini $150 milyon kimi qiymətləndirir ki, bu da digər Marvel filmlərindən çoxdur, "Coca-Cola" isə şirkət üçün filmin media dəyərini $40 milyon qiymətləndirir.[162]

Çıxarılması redaktə

Kinoteatrlarda redaktə

"Qisasçılar: Sonsuzluq savaşı" filminin dünya premyerası 23 aprel 2018-ci ildə Los-Ancelesdəki Dolbi teatrında baş tutmuş, eyni zamanda film yaxınlıqdakı El-KapitanTCL Çin teatrında da yayımlanmışdır.[163] Film, ABŞ da daxil olmaqla dünyanın əksər ölkələrində 27 apreldə, bir neçə ölkədə isə 25 apreldə[124] IMAX və 3D formatlarında yayıma girmişdir.[164][165] ABŞ-də film 4.474 kinoteatrda açılış etmişdir ki, onlardan da 408-i IMAX olmuşdur; bu nəticə yalnız 4. 529 kinoteatrda açılış edən "Yaramaz mən 3" filminin nəticəsindən geri qalmaqla dünyada ikinci, Disney layihələri arasında isə birinci göstərici olmuşdur. AMC kinoteatrlar şəbəkəsinə daxil olan üç kinoteatrda film fasiləsiz şəkildə 24 saat yayımlanmış, digər 53 kinoteatrda isə tələbatın qarşılana bilməsi üçün gecə 2 və 3-ə kimi seanslar təşkil etmişlər.[166] Hindistanda film, 2000 ekranda yayıma girməklə Hollivud filmləri üçün ən böyük nəticəni göstərmiş və dörd dildə yayımlanmışdır.[167] "Qisasçılar: Sonsuzluq savaşı" 59 ölkədə 515 4DX ekranda yayıma girmişdir.[168] İlkin olaraq filmin ABŞ-də 4 may 2018-ci ildə çıxarılması planlaşdırılmışdı.[103][104] 11 may 2018-ci ildə[169] baş tutan Çin relizi isə 10 iyun 2018-ci il üçün planlaşdırılmışdı.[170]

Los-Anceles premyerasından sonra dünyanın bir neçə şəhərində baş tutmuş qala mərasimləri zamanı filmin seçilmiş futajları nümayiş olunmuşdur. Russo qardaşları spoylerlərdən qaçmaq üçün məhdud miqdarda kadrlardan istifadəyə icazə verildiyini bildirmişdilər. "Collider"dən Adam Çitvud qeyd edir ki, "bu cür təhlükəsizlik qaydalarının tətbiq edilməsi mənasız görünür, çünki, bütün Marvel filmləri çıxarılmasına bir ay qalmış media nümayəndələrinə təqdim edilir."[171] ABŞ çıxışından əvvəl AMC kinoteatrlar şəbəkəsi, Nyu-YorkOrlandoda yerləşən kinoteatrlarında 11 MKK filmindən ibarət marafon təqdim etmiş və bu marafon 25 apreldə "Sonsuzluq savaşı"nın yayına girməsi ilə tamamlanmışdır. Los-Ancelesdə isə oxşar marafon El-Kapitan teatrı tərəfindən təşkil olunmuşdur.[172]

Ev üçün buraxılış redaktə

"Sonsuzluq savaşı" filmi dijital yükləmə üçün 31 iyul 2018-ci ildə, Ultra HD Blu-ray və DVD formatlarında isə 14 avqustda "Walt Disney Studios Home Entertainment" tərəfindən satışa çıxarılmışdır. Dijital və Blu-ray versiyalarda səhnə arxası fiçuretlər, audio şərhlər, silinmiş səhnələr və gülməli dubllar da əlavə edilmişdir. Dijital relizə həm də MKK rejissorları olan Russo qardaşları, Con Favro, Coss Uidon, Ceyms Qann, Rayan Kuqler, Peyton Rid və Tayka Vaytitinin müzakirələri daxil edilmişdir.[173] Çıxarıldığı həftədə filmin fiziki versiyası ev üçün satış siyahısında birinci yeri tutmuşdur.[174]

Film tamamilə IMAX kameraları ilə çəkilib 1.90:1 ölçüdə çıxarılsa da, ev üçün buraxılışda IMAX olmayan kinoteatrlar üçün nəzərdə tutulmuş 2.39:1 ölçüsündən istifadə edilmişdir.[175][176] Co Russonun sözlərinə görə, onlar "IMAX versiyasının ev üçün buraxılışa uyğunlaşdırılmasına çoxlu vaxt sərf etsələr də" IMAX Corporation bu format üzərində nəzarətə malik olduğuna görə çətinlik yaranmışdır.[177] Rejissor filmin bu versiyasının gələcəkdə ev mediası üçün təqdim edilə biləcəyini qeyd etmişdir.[176]

Qəbulu redaktə

Gəlirləri redaktə

"Qisasçılar: Sonsuzluq savaşı" ABŞ və Kanadada $678.8 milyon, digər ərazilərdən $1.370 milyard, ümumilikdə isə $2.048 milyard gəlir əldə etmişdir.[5] "Sonsuzluq savaşı" bütün zamanların dördüncü ən çox gəlir gətirmiş filmi[178][179], eyni zamanlarda 2018-ci ilin ən çox gəlir gətirmiş filmi[180], ən çox gəlir gətirmiş MKK filmi və ən çox gəlir gətirmiş superqəhrəman filmi olmuşdur.[181]

Açılış həftəsonunda film $640.5 milyon gəlir gətirərək, "Forsaj 8" (2017) filminin $541.9 milyon gəlir nəticəsini geridə qoymuşdur.[166] Sonra filmin bu rekordu açılış həftəsonunda $1.481 milyard gəlir gətirən "Qisasçılar: Final" adlı sikvel filmi tərəfindən qırılmışdır.[182] "Sonsuzluq savaşı" dünyada ən tez $1 milyard gəlir həddinə çatmış film olaraq 11 gün nəticəsi ilə "Ulduz müharibələri: Gücün oyanışı" (2015) filminin 12 gün olan rekord nəticəsini geridə qoymuşdur.[183] İkinci həftəsonunda "Sonsuzluq savaşı" 4DX ekranlardan $13.5 milyon gəlir gətirmişdir ki, bu da həmin format üçün record göstəricidir.[168] 12 iyun 2018-ci ildə "Sonsuzluq savaşı"nın gəlir göstəriciləri $2 milyardlıq həddi keçmiş və beləliklə də, "Avatar" (2009), "Titanik" (1997) və "Gücün oyanışı" (2015) filmlərindən sonra "Sonsuzluq savaşı" bu həddi keçmiş dördüncü film olmuşdur.[179] 47 gündə $2 milyardlıq həddə çatmış[184] "Titanik" filmindən sonra 48 gündə[185] qeyd edilən gəlir göstəricisinə çatmış "Sonsuzluq savaşı"nın nəticəsi dünyada ikinci[178], Marvel filmləri arasında isə birinci olmuşdur.[186] "Deadline Hollywood"un məlumatına görə, istehsal, marketinq və sair xərclər nəzərə alındıqdan sonra filmin təmiz gəliri $500 milyon olmuş və buna görə də "Sonsuzluq savaşı" 2018-ci ilin ən dəyərli blokbasterləri sırasında birinci yeri tutmuşdur.[187]

Öncədən bilet satışları redaktə

2017-ci ilin dekabrında "Fandango" tərəfindən keçirilmiş sorğunun nəticələrinə görə "Sonsuzluq savaşı"nın 2018-ci ilin ən çox gözlənilən filmi olduğu müəyyən edilmişdir.[188] Daha sonra "Fandango" bildirmişdir ki, "Sonsuzluq savaşı" superqəhrəman filminə ən böyük öncədən satış nəticəsi göstərmiş və 24 saat ərzində daha əvvəlki rekordçu olan "Qara pantera" filminin nəticəsini geridə qoymuşdur. "Atom Tickets" in məlumatına görə "Sonsuzluq savaşı" ilk öncədən satış günündə, "Qara pantera"nın bir ayda öncədən satış müddətində satdığından daha çox bilet satmağa müvəffəq olmuşdur.[189] 72 saatlıq öncədən satış müddətində AMC kinoteatr şəbəkəsində film, ən böyük öncədən satış nəticəsi ilə, eyni müddət ərzində "Qara pantera" filmindən 257,6%, "Kapitan Amerika: Vətəndaş müharibəsi" filmindən 751,5%, "Qisasçılar: Altron dövrü" filmindən isə 1,106.5% çox satış etmişdir.[190] Filmin çıxarılmasına iki həftə qalmış "Fandango" bildirmişdir ki, "Sonsuzluq savaşı"nın son yeddi filminin öncədən satış göstəriciləri son yeddi MKK filminin birlikdə həmin müddətə olan öncədən satış göstəricilərindən daha böyük olmuş və eyni zamanda şirkətin ən böyül aprel relizi nəticəsi əldə edilmişdir. Bu həm də əsas superqəhrəman filmi olmağa doğru aparılmış addımdır.[191] Filmin çıxarılmasına bir həftə qalmış "The Wall Street Journal" tərəfindən yayılmış məlumata əsasən "Sonsuzluq savaşı" o zamana qədər əldə edilmiş bütün öncədən satış göstəricilərindən $50 milyon artıq satış nəticəsi edərək, yalnız "Ulduz müharibələri: Gücün oyanışı" (2017) filmindən geri qalmışdır. "Fandango" film üçün 2.500-dən çox seansa satış etdiyini açıqlamışdır. "Atom Tickets" isə "Sonsuzluq savaşı"nın ən böyük öncədən satış həcminə malik olduğunu, filmin göstəricilərinin "Sonuncu ceday"ın göstəricilərindən 7%, "Qara pantera"nın göstəricilərindən isə 250% yüksək olduğunu qeyd etmişdir.[166][192] "Atom Tickets"in məlumatına görə çıxış həftəsində "Sonsuzluq savaşı"nın bilet satışı göstəriciləri hər gün iki qat artmağabaşlamışdır ki, bu da MKK daxil olan filmlər üçün ən sürətli artım tempidir.[166]

ABŞ və Kanadada redaktə

Açılış günündə "Qisasçılar: Sonsuzluq savaşı" filmi ABŞKanadada $106.7 milyon (Cümə axşamı gecəsindən olan $39 milyon gəlir də daxil olmaqla), açılış həftəsonu isə $258.2 milyon gəlir əldə etmişdir. Cümə axşamı gəliri MKK filmləri arasında ən yaxşı nəticə olmaqla ("Qisasçılar: Altron dövrü"nün $27.6 milyon olan nəticəsini geridə qoyub), "Gücün oyanışı" ($57 milyon)? "Sonuncu Ceday" ($45 milyon) və "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" ($43.5 milyon) filmlərindən geri qalaraq dünyada dördüncü yeri tutmuşdur. "Fandango" bildirir ki, $39 milyondan $14 milyonu şirkətin öncədən satış gəlirlərindən əldə edilmişdir. Açılış günü gəliri yalnız "Gücün oyanışı" filmindən geri qalaraq $119.1 milyonla ikinci olmuşdur; şənbə günü gəlişi "Yura dövrü" filminin (2015) $69.6 milyon məbləğində gəlirini geridə qoyaraq $83 milyonla ən yaxşı şənbə günü gəliri nəticəsi olmuşdur; $69.2 milyon olan bazar günü gəliri "Gücün oyanışı" filminin $60.5 milyon gəlirini geridə qoyaraq bütün zamanların ən böyük bazar günü gəliri olmuşdur.[166]

Yekun həftəsonu gəliri "Gücün oyanışı" filminin $248 milyonluq rekord göstəricisini qırmağa müvəffəq olmuşdur. Filmin IMAX ekranlarda açılış həftəsonu gəlir göstəricisi $22.5 milyon olmaqla Marvel filmləri arasında ən yaxşı nəticə, ümumilikdə isə "Gücün oyanışı" ($30 milyon) və "Sonuncu ceday" ($24.7 milyon) filmlərindən geri qalmaqla dünyada üçüncü ən böyük nəticə olmuşdur. AMC kinoteatrlar şəbəkəsi bildirmişdir ki, film, şirkətin tarixində ən böyük cümə və şənbə gəliri göstəricinə nail olmuş, "Fandango" isə bildirir ki, servis vasitəsiylə ümumilikdə $84 milyonluq bilet satılmış və bu, ümumilikdə satılan biletlərin 30%-ni təşkil etməklə, şirkətin tarixi boyunca bir filmin həftəsonu gəlirindən ən böyük faiz payı olmuşdur.[166]

Açılış həftəsonundan sonrakı bazar ertəsi günü "Sonsuzluq savaşı" əlavə $25 milyon da gəlir gətirməklə aprel ayında ən böyük bazar ertəsi nəticəsini göstərmiş və beləliklə də, "Forsaj 7" (2015) filminin nəticəsini ($14 milyon) geridə qoymuşdur. Həmçinin, bu göstərici "Qara pantera" filminin ($40.1 milyon) nəticəsindən sonra MKK filmləri arasında ikinci ən yazşı bazar ertəsi nəticəsi olmuşdur.[193] Növbəti gün film, $23.5 milyon gəlir gətirərək "Qara pantera" filminin rekord göstəricisini ($20.8 milyon) geridə qoymuş və MKK üçün ən böyük çərşənbə axşamı, həmçinin "Qisasçılar" filminin rekordunu ($17.6 milyon) qıraraq, ən böyük may bazar ertəsi gəliri olmuşdur. O, həmçinin beş gündə $300 milyon gəlirə çatmış "Gücün oyanışı" filminin ən qısa müddətdə həmin məbləğə çatma nəticəsini geri qoymuşdur.[194]

Film, $115.5 milyon gəlirlə ikinci həftəsonunda da bir nömrə olaraq qalmış və onun gəlir nəticəsi "Gücün oyanışı" filminin nəticəsindən ($149.2 milyon) sonra ikinci ən yaxşı ikinci həftəsonu nəticəsi olmuşdur. İkinci həftəsində — çıxarılmasının doqquz günündə $400 milyonluq sərhəddi keçən "Sonsuzluq savaşı" bu sərhəddi səkkiz gündə keçmiş "Gücün oyanışı" filmindən geri qalaraq ikinci olmuşdur.[168] Üçüncü həftəsonu boks-offisində yenə də birinci olan "Sonsuzluq savaşı" 15 gün ərzində $500 milyonluq sərhəddi keçmiş və bu nəticəsi ilə ikinci olmuşdur ("Gücün oyanışı" filmi həmin sərhəddi 10 gün ərzində keçmişdir). Həmin həftəsonu üçün IMAX ekranlardan gəlir $48.1 milyona çatmışdır ki, bu da bütün MKK filmlərinin göstərdiyi nəticədən yüksəkdir. Dördüncü həftəsonunda "Sonsuzluq savaşı" ikinci yerə düşmüş və birinci yeri "Dedpul 2" filmi tutmuşdur.[195] Beşinci həftəsonunda film üçüncü yeri tutmuş, birinci və ikinci yerləri müvafiq olaraq "Solo: Ulduz müharibələri hekayəsi""Dedpul 2" filmləri tutmuşdur.[196] 23 mayda film $600 milyonluq sərhəddi keçərək "Gücün oyanışı" (12 gündə bu sərhəddi keçmişdi) filmindən sonra ikinci ən yaxşı nəticəni əldə etmişdir.[197] Doqquzuncu həftəsinə kimi, "Sonsuzluq savaşı" ABŞ və Kanadada top onluqda qala bilmişdir.[198] Həmin ölkələrdə film, bütün zamanların dördüncü ən çox gəlir gətirmiş filmi[179]"Qara pantera" filmindən sonra ikinci ən böyük gəlir gətirmiş film olmuşdur.[199]

Digər ərazilərdə redaktə

ABŞ və Kanadadan kənarda 52 bazarda açılış edən film $382.7 milyon gəlirlə, satışa çıxarıldığı bütün bazarlarda birinci yeri tutmuş, bu nəticə ilə "Forsaj 8" filmindən ($444.2 milyon) sonra ikinci ən yaxşı nəticə göstərmişdir. Açılış günündə IMAX ekranlarından $18.5 milyon gəlir əldə edilmiş və bu, ABŞ, Kanada və Çin xaricində ən yaxşı açılış nəticəsi olmaqla, "Gücün oyanışı" ($17.5 milyon) filminin nəticəsini geridə qoymuşdur.[200] Cənubi Koreya ($39.2 milyon), Meksika ($25.4 milyon), Braziliya ($19.1 milyon), Hindistan (yerli olmayan film üçün $18.6 milyon), Filippin ($12.5 milyon), Tayland ($10 milyon), İndoneziya ($9.6 milyon), Malayziya[200], Honkonq, Vyetnam[201], Mərkəzi Amerika, Peru, Çili, Ekvador, Venesuela, Boliviya, Cənubi Afrika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Qərbi Afrika[200] ərazilərində bütün zamanların açılış həftəsonu rekordu qırılmış, həmçinin bu nəticə həm də əksər ölkələr üçün açılış günü rekordu olmuşdur.[202]

Fransada $17.7 milyon[200] gəlirlə ən böyük superqəhrəman filmi açılış nəticəsi göstərmiş film, həm də Danimarka, Finlandiya, Norveç, Portuqaliya və İsveçdə ən çox gəlir gətirmiş superqəhrəman filmi olmuşdur.[201] Birləşmiş Krallıqda $8.9 milyon gəlirlə "Sonsuzluq savaşı" MKK filmləri üçün ən böyük açılış günü və Disney filmləri üçün üçüncü ən yüksək gəlirli açılış günü olmuşdur[201]; həftəsonuna kimi film $41.4 milyon gəlir əldə etmişdir ki, bu da bütün zamanların üçüncü ən böyük və Disney filmləri üçün ikinci ən yaxşı nəticə olmuşdur.[200] Argentinada bütün dövrlərin ikinci ən böyük açılışı, Almaniyada isə bütün zamanların ən yaxşı superqəhrəman filmi açılış günü qeydiyyata alınmış[201], $14.7 milyonla bu nəticə ən yaxşı superqəhrəman filmi açılışı olmuşdur.[200] Əksər Avropa və Yaxın Şərq ölkələrində də superqəhrəman filmi rekordu qırılmışdır.[201] $9 milyon gəlirlə Yaponiyada MKK filmləri üçün ikinci ən yaxşı açılış baş tutmuş[200], $23.2 milyon gəlirlə Avstraliyada isə "Sonsuzluq savaşı" ümumilikdə ikinci ən yüksək açılış həftəsonu açılışını əldə etmişdir.[200]

Satışa çıxarıldığı 54 bazarın hər birində "Sonsuzluq savaşı" ikinci həftəsində də birinciliyini saxlaya bilmişdir.[169] Rusiyada açılış günündə film $4.9 milyon gəlir gətirmişdir ki, bu da həmin ölkə üçün bütün zamanların ən böyük nəticəsi olmuşdur, lakin Rusiyada filmin çıxarılması qalmaqlla müşayət olunmuşdur. Belə ki, ilkin olaraq Rusiya Mədəniyyət Nazirliyi filmin 11 mayda yayımlanmasına razılıq versə də (9 may Qələbə Günü ərəfəsində kinoteatrlarda Rusiya istehsalı olan filmlərin rəqabətə davamlığını artırmaq üçün), əhalinin etirazlarından sonra çıxış tarixini 3 maya dəyişməyə məcbur olmuşdur.[203] "Sonsuzluq müharibəsi" həm də Rusiyada tək gündə bir milyondan çox bilet satan[204] və açılış həftəsonunda rekord göstərici olan $17.6 milyon gəlir gətirən ilk film olmuşdur. Rusiyada açılış həftəsonunda IMAX ekranlardan $2.2 milyon gəlir əldə edilmişdir[169] ki, bu da ölkə bazarı üçün record nəticədir. Üçüncü həftəsonunda da film, bir çox ölkələrdə birinci yerini saxlaya bilmişdir.

"Sonsuzluq savaşı" Çində $200 milyon gəlirlə açılış etmişdir ki, bu da, "Forsaj 8" filminin ($184 milyon) nəticəsindən geri qalmaqla yerli valyuta ilə ikinci ən böyük nəticədir. Açılış həftəsonunda IMAX ekranlardan gəlir $20.5 milyona bərabər olmuşdur və bu, Çində üçüncü ən böyük IMAX açılış həftəsonudur.[186] 400 milyon yuan ($63 milyon) öncədən satış nəticələri ilə, "Sonsuzluq savaşı" həm də Çində öncədən satış rekordu qırmağa müvəffəq olmuşdur.[205] Hindistanda "Sonsuzluq savaşı" 2 milyard rupidən çox ($29.7 milyon) gəlir gətirmiş ilk Hollivud filmi[206], Birləşmiş Krallıqda isə ən çox gəlir gətirmiş MKK filmi olmuşdur.[207] Altıncı həftəsində "Sonsuzluq savaşı" $33 milyonla Yaponiyada ən çox gəlir gətirmiş MKK filmi olmuşdur.[208]

Braziliya, İndoneziya, Filippin, Mərkəzi Amerika, Boliviya, Venesuela, Meksika, Çili, Ekvador, Peru, kimi Latın Amerikası əraziləri, Malayziya, Sinqapur, Hindistan (Qərb filmi üçün), Vyetnam, İndoneziya, Tayland (Qərb filmi üçün) və Monqolustan[169][178][185][186] üçün bü tün zamanların ən çox gəlir gətirmiş, Asiya-Sakit okeanı regionu (Qərb filmi üçün), Honkonq və Cənubi Koreyada (Qərb filmi üçün)[185] ikinci, Çində (Qərb filmi üçün) isə üçüncü ən çox gəlir gətirmiş reliz olmuşdur.[185] Birləşmiş Krallıq da daxil olmaqla, Avropa ölkələrində "Sonsuzluq savaşı" ən çox gəlir gətirmiş superqəhrəman filmi olmuşdur.[185] 17 iyun 2018-ci ildə filmin ən çox gəlir gətirdiyi bazarların Çin ($373.4 milyon), Birləşmiş Krallıq ($95.7 milyon) və Cənubi Koreya ($92.8 milyon) olmuşdur.[209] ABŞ və Kanadadan kənarda "Sonsuzluq savaşı" bütün zamanların ən çox gəlir gətirmiş üçüncü filmidir.[179]

Tənqidçilərin mövqeyi redaktə

Coş Brolinin Tanos rolunda göstərdiyi performans bir çox tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.[210]

Rəy aqqreqatoru Rotten Tomatoes 328 tənqidçinin rəyinə əsasən filmi 84% təravətli 7.4/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda isə qeyd edilir ki, "Qisasçılar: Sonsuzluq savaşı MKK-nın çoxsaylı qəhrəmanlarını məharətlə istifadə edir və nəticədə əsasən nəhəng ambisiyalarını reallaşdıran, başgicəlləndirən, valehedici emosional blokbaster alınır."[211] Metacritic isə 53 tənqidçinin rəyinə əsasən filmi 68/100 balla qiymətləndirir və "əsasən müsbət rəylər" aldığını qeyd edir.[212] "CinemaScore" tərəfindən keçirilmiş səsvermədə, izləyicilər A+ — F şkalası üzrə "A" dərəcəsi ilə qiymətləndirmişlər.[166] "PostTrak " tərəfindən verilən məlumatda isə bildirilir ki, film izləyicilərinin 87%-I onu müsbət qiymətləndirmiş, 68%-i isə digərlərinə məsləhət görmüşdür.[168]

"The Hollywood Reporter"dən Todd MakKarti ssenari müəllifləri və rejissorların çoxsaylı aktyor heyəti və personajlarla işləmə bacarığını qiymətləndirərək qeyd edir ki, "yazarlar Kristofer Markus və Stefan MakFili, rejissorlar Entoni və Co Russo Marvel Filmsin maestrosu Kevin Fayqinin nəzarəti altında eqoların tıxacını geridə qoyaraq onları təbəssümə çevirə bilmişlər."[213] "Variety" jurnalından Ouen Qleyberman deyir ki, "Sonsuzluq savaşı elə strukturlaşdırılmışdır ki, hər bir qəhrəmana onların şəxsi mifologiyalarının inkişafı üçün kifayət qədər vaxt verilsin."[214] "Rolling Stone"dan Piter Travers deyir ki, filmdə "həddən artıq çox şey var" və əlavə edir: "Görünür, Russo qardaşları he vaxt azlıq nəzəriyyəsinə yaxşı baxmamışlar. Onlar, Qisasçıların birləşməsini gülüş atəşfəşanlığı ilə qeyd edirlər."[215] "Chicago Sun-Times"dan Riçard Ruper filmi Marvelin "ən böyük və bu zamana kimi ən iddialı filmi" adlandıraraq deyir ki, "lakin, bu hələ ən yaxşı deyil. Buna baxmayaraq filmdə çoxlu hərəkət, yumor, ürək və bir neçə, həqiqətən də çox dramatik olan səhnə vardır." Ruper filmin aktyor heyətini, xüsusilə Coş Brolini tərəfləyərək, onun oyununu "filmin ən yaxşı performansı" adlandırır.[216] Qleybermen Brolinin hərəkət tutma texnologiyası ilə ifasını "yüksək səviyyəli profesional" adlandıraraq deyir ki, "Brolin Tanosu şəxsi xarizması ilə tamamlayır."[214] MakKarti yazır ki, "Brolinin qəhrəmanlar üçün xaraketrik olan sakit ifası bu vəhşini gözlənilmədən emosional baxımdan sabitləşdirərək adi böyük supercanidən daha ciddi personaja çevirir." MakKarti həm də filmin döyüş səhnələrini qiymətləndirərək deyir ki, "Sonsuzluq savaşında ardıcıllıqla elə döyüş səhnələri yer almışdır ki, əgər siz hətta "Mayti-Maus döyər yoxsa Supermen?" kimi ekstravanqard zövqə maliksinizsə belə sizin xoşunuza gələcək."[213] Qleyberman filmdə döyüş səhnələrini "heyranedici"[214] adlandırır, Travers isə yazır ki, "Qisasçılar: Sonsuzluq savaşı insanları gərginlikdə saxlayaraq yetişməmiş sonluq üçün tələsdirir."[215] "The Hollywood Reporter"dən Coş Şpigel deyir ki, "film, super həcmli finalı ilə "İmperiya cavab zərbəsi endirir" filminin finalını xatırladır; bu Han Solonun karbonit kapsulunda dondurulmasına bərabərdir."[217]

"The New York Times"dan A. O. Skott filminn Marvel Kinematoqrafiya Kainatının digər filmlərindən asılılığını tənqid edərək yazır ki, "Əgər ayrılıqda baxsaq, iki saat qırx dəqiqə davam edən Qisasçılar: Sonsuzluq savaşı heç bir məna daşımır, lakin etiraf edirəm ki, o, heç ayrılıqda baxılması üçün nəzərdə tutulmayıb."[218] "The New Yorker"dən Riçard Brodi də bu tənqidlə razılaşaraq yazır ki, "filmin qeyri-mükəmməlliyi onun mükəmməl olmayan CGI effektlərindən daha çox MKK digər filmlərində əsası qoyulmuş hadisələrin davam etdirilməsi ilə əlaqədardır."[219] "Time" jurnalından Stefani Zakarek deyir ki, "əslində bu nə başlanğıc, nə də son deyil, sadəcə digər hissələri birləşdirən aralıq hissədir. Filmi tam anlamaq üçün ondan əvvəl çıxarılmış 18 MKK filminin hamısına baxmaq lazımdı."[220] "Los Angeles Times"dan Castin Çanq filmi "nəhayət ki, sona çatmaqda olan saqanın canlı, boş, nadir hallarda diqqət çəkən hissəsi" adlandırır.[221]

Auditoriyanın reaksiyası redaktə

"CinemaScore" tərəfindən keçirilmiş sorğu nəticəsində izləyicilər filmi "A+"dən "F"-ə kimi olan şkala üzrə "A" dərəcəsi ilə qiymətləndirilmiş[166], "PostTrak" isə izləyicilərin 87%-nin filmi müsbət qiymətləndirdiyi, 68%-nin isə onu izləməyə məsləhət gördüyünü qeyd edir.[168] YouTube ABŞ seqmentində məşhur olan Toni "Nem" Mitçell filmi kinoteatrda dəfə izləyərək dünya rekordu qırmışdır. Mitçellin fəaliyyəti haqqında mətbuatda məlumat yayılmağa başladıqda, Mitçellə kömək etmək üçün IMAX Corporation ona 50 bilet hədiyyə etmiş, Russo qardaşları isə onu "Final"ın premyerasına dəvət etmişlər.[222][223][224] Mitçell qeyd edir ki, bu fəaliyyəti "Marvel və Russo qardaşlarını dəstəkləmək üçün" etmişdir.[222] Staffordşirdən olan on yeddi yaşlı Kiran Harvi isə filmi kinoteatrda 100 dəfə izləmişdir. Harvi qeyd edir ki, "filmi çoxlu sayda izləməyi planlaşdırmamışdım, sadəcə olaraq belə alındı" və eləvə edərək deyir ki, "Sonsuzluq savaşı" "bu vaxta kimi gördüyüm hər şeydən o qədər fərqlidir ki, mən onu çox sevdim və mümkün qədər çox baxmaq istədim!"[225]

Filmin finalı, xüsusilə Hörümçək-adamın özünü pis hiss etməsi ilə bağlı[226] səhnə çoxlu sayda internet memlərinin yaranmasına səbəb olmuşdur.[227] Fanatların Tanosun çırtmasından sonra sağ qaldıqları və ya külə çevrildiklərini öyrənmələri üçün "DidThanosKill. Me" adlı sayt yaradılmışdır.[228] Filmin finalı, Redditdə /r/thanosdidnothingwrong adlı subredditin yaranmasına səbəb olmuşdur. Filmdəki hadisələrin təkrarlanması üçün, istifadəçilərdən biri subreddit izləyicilərinin yarısının – təxminən 20,000 izləyicinin bloklanmasını təklif etmişdir. İstifadəçilərin hamısı bu təkliflə razılaşdıqdan sonra, moderatorlara müraciət edilərək xeyli sayda istifadəçinin kütləvi şəkildə bloklanmasının mümkünlüyünü soruşublar. İdarəçilərin razılaşmasından sonra istifadəçilərin təsadüfi seçilmiş yarısı 9 iyul 2018-ci ildə bloklanmalı idi.[229]

İstifadəçilərin yarısının bloklanacağı haqqında xəbərin yayılmasından sonra qrup izləyicilərinin sayı 700,000-ə çatmış[230], həmçinin Russo qardaşları da qrupu izləməyə başlamışlar.[231] Bloklanmadan bir qədər əvvəl Coş Brolin tərəfindən yayımlanan videoda aktyor "Buyurun, Reddit istifadəçiləri" deyilmiş və çırtma çalınmışdır.[232] Bir neçə saat davam edən bloklanma prosesini 60.000-dən çox insan canlı şəkildə "Twitch" vasitəsiylə izləmişdir.[230] Aralarında Entoni Russonun da olduğu 300.000-dən çox insanın bloklanması Reddit tarixində ən böyük banlanma olmuşdur.[230][233] Bloklanmış istfadəçilər /r/inthesoulstone adlı yeni qrup yaratmışlar.[229][230] İstifadəçilərdən biri bu hadisəni "heç bir məna kəsb etməyən, lakin maraqlı və əyləncəli" olaraq təsvir etmişdir.[233] "Screen Rant"dan Endryu Tiqani qeyd edir ki, "bu, filmin populyar mədəniyyət üçün nə qədər təsirli olmasını göstərir. Bu, həm də fanat birliyinin sosial media vasitəsi ilə nələrə qadir olacağını göstərir."[232]

Mükafatlar redaktə

MükafatMərasim tarixiKateqoriyaNominant(lar)Nəticəİst.(lar)
Oskar mükafatı24 fevral 2019Ən yaxşı vizual effektlərDen DeLeu, Rassell Örl, Kelli Port, Den SudikNamizəd[234]
Enni mükafatı2 fevral 2019Layv-ekşn məhsulda əlamətdar personaj animasiyasıPol Storo, Sidni Kombo, Eteuati Tema, Ceykob Luamanuv, Sem ŞarplinNamizəd[235]
Ostin Film Tənqidçiləri Assosasiyası7 yanvar 2019Ən yaxşı aktyor heyətoQisasçılar: Sonsuzluq savaşıNamizəd[236]
Ən yaxşı hətəkət tutma/xüsusi effektlərCoş BrolinQazandı
BAFTA10 fevral 2019Ən yaxşı vizual effektlərDen DeLeu, Rassell Örl, Kelli Port, Den SudikNamizəd[237]
Kostyum Dizaynerləri Gildiyasının mükafatı19 fevral 2019Elmi-fantastika/Fentezi Filmi üçün kostyum dizaynında mükəmməllikCulianna MakovskiNamizəd[238]
Tənqidçilərin Seçimi Film mükafatı13 yanvar 2019Ən yaxşı döyüş filmiQisasçılar: Sonsuzluq savaşıNamizəd[239]
Ən yaxşı vizual effektlərNamizəd
Florida Film Tənqidçiləri Dairəsi21 dekabr 2018Ən yaxşı vizual effektlərDen DeLeu, Rassell Örl, Kelli Port, Den SudikNamizəd[240]
Corciya Film Tənqidçiləri Assosasiyası12 yanvar 2019Oqletorp mükafatıQisasçılar: Sonsuzluq savaşıNamizəd[241]
Qızıl treyler mükafatı29 may 2019Ev əyləncəsində ən yaxşı ekşn"Treyler anonsu" (Tini Hero)Namizəd[242]
Ev əyləncəsində ən yaxşı fentezi macərası"Treyler anonsu" (Tini Hero)Qazandı
Ən yaxşı fentezi əyləncə afişası"Payoff One-Sheet" (LA/Lindeman Associates)Namizəd
Qremmi mükafatıFebruary 10, 2019Ən yaxşı instrumental musiqiAlan Silvestri "Infinity War" musiqisinə görəNamizəd[243]
Hollivud Film Mükafatı4 noyabr 2018]Hollivud Vizual Effektlər mükafatıDen DeLeu, Rassell Örl, Kelli Port, Den SudikFəxri mükafat[244]
Hüqo mükafatı18 avqust 2019Ən yaxşı dramatik təqdimat, uzun formaRusso qardaşları, Kristofer Markus və Stefan MakFiliNamizəd[245]
Los-Anceles Onlayn Film Tənqidçiləri Cəmiyyəti9 yanvar 2019Ən yaxşı döyüş filmiQisasçılar: Sonsuzluq savaşıNamizəd[246]<be>[247]
Ən yaxşı blokbasterQisasçılar: Sonsuzluq savaşıNamizəd
Ən yaxşı vizual effektlərDen DeLeu, Rassell Örl, Kelli Port, Den SudikQazandı
Ən yaxşı kaskadyor işiQisasçılar: Sonsuzluq savaşıNamizəd
Ən yaxşı vizual effektlər və ya animasiya performansıCoş BrolinQazandı
[Qızıl val mükafatı17 fevral 2019Səs montajında əlamətdar uğur — Bədii film üçün səs effektləriQisasçılar: Sonsuzluq savaşıNamizəd[248]
MTV Film Mükafatı18 iyun 2018Ən yaxşı filmQisasçılar: Sonsuzluq savaşıNamizəd[249]
Ən yaxşı caniCoş BrolinNamizəd
Ən yaxşı döyüşSkarlet Yohansson, Danay Qurira, Elizabet Olsen vs. Kerri KunNamizəd
Nikelodeon Uşaqların Seçimi Mükafatı23 mart 2019Sevilən filmQisasçılar: Sonsuzluq savaşı Qazandı[250]
Sevilən film aktyoruKris EvansNamizəd
Kris HemsvortNamizəd
Sevilən film aktrisasıSkarlet YohanssonNamizəd
Zoi SaldanaNamizəd
Sevilən superqəhrəmanRobert Dauni (oğul)Qazandı
Kris EvansNamizəd
Kris HemsvortNamizəd
Skarlet YohanssonNamizəd
Sevilən cəzalandırıcıZoi SaldanaNamizəd
Xalqın seçimi mükafatı11 noyabr 2018Movie of 2018Qisasçılar: Sonsuzluq savaşıQazandı[251]
2018-ci il döyüş filmiQazandı
2018-ci il kişi film ulduzuRobert Dauni (oğul)Namizəd
Kris HemsvortNamizəd
2018-ci il kişi film ulduzuSkarlet YohanssonQazandı
2018-ci il döyüş filmi ulduzuKris HemsvortNamizəd
Peyk mükafatı17 fevral 2019Ən yaxşı vizual effektlərQisasçılar: Sonsuzluq savaşıNamizəd[252]
Saturn mükafatı13 sentyabr 2019Ən yaxşı komiks filmiQisasçılar: Sonsuzluq savaşıNamizəd[253]
Ən yaxşı ikinci plan aktyoruCoş BrolinQazandı
Ekran Aktyorları Gildiyasının mükafatı27 yanvr 2019Bədii filmdə aktyor heyətinin əlamətdar performansıQisasçılar: Sonsuzluq savaşıNamizəd[254]
Syetl Film Tənqidçiləri Cəmiyyəti17 dekabr 2018Ən yaxşı vizual effektlərDen DeLeu, Rassell Örl, Kelli Port, Den SudikNamizəd[255]
[256]
Ən yaxşı caniCoş BrolinNamizəd
Sent-Luis Film Tənqidçiləri Assosasiyası16 dekabr 2018Ən yaxşı döyüş filmiQisasçılar: Sonsuzluq savaşıNamizəd[257]
Ən yaxşı vizual/xüsusi effektlərDen DeLeu, Rassell Örl, Kelli Port, Den SudikQazandı
Xüsusi nailiyyət (ən yaxşı səhnəyə görə, kinematoqrafiya texnikası və ya səhnənin digər yaddaqalan aspekti)Torun Vakandaya gəlişiNamizəd
Yeniyetmə Seçimi Mükafatı12 avqust 2018Seçim döyüş filmiQisasçılar: Sonsuzluq savaşıQazandı[258]
Seçim döyüş filmi aktyoruKris EvansNamizəd
Robert Dauni (oğul)Qazandı
Tom HollandNamizəd
Seçim döyüş filmi aktrisasıElizabet OlsenNamizəd
Skarlet YohanssonQazandı
Zoi SaldanaNamizəd
Seçim film canisiCoş BrolinNamizəd
Seçim öpüşKris Pratt və Zoi SaldanaNamizəd
Seçim sinir tutmasıMark RuffaloNamizəd
Vizual effektlər cəmiyyəti5 fevral 2019Fotoreal səhnədə əlamətdar vizual effektlərDen DeLeu, Yen Anderdal, Kelli Port, Den Sudik, Met EytkenQazandı[259]
Fotoreal səhnədə əlamətdar animasiya personajıYan Filip Kramer, Darren Hendler, Pol Stori, Sidni Kombo-Kintombo "Tanos" personajına görəQazandı
Fotoreal və ya animasiya layihəsində əlamətdar modelÇed Roen, Rayan Rocers, Ceff Tetzlaff və Min1 Pan "Nidavellir Enerji Meqastrukturu"na görəNamizəd
Fotoreal səhnədə əlamətdar effekt simulyasiyasıCerardo Aqilera, Əşrəf Qoniem, Vasilis Pazionis və Hartuell Darfor "Titan" planetinə görəQazandı
Florian Uitzel, Adam Li, Migel Perez Senent, Fransisko Rodrigez "Vakanda"ya görəNamizəd
Fotoreal səhnə əlamətdar kompozisiyaSabine Laymer, Tim Uolker, Tobias Uisner və Massimo Pasqetti "Titan" planetinə görəQazandı
Vaşinqton Film Tənqidçiləri Assosasiyası3 dekabr 2018Ən yaxşı hərəkət tutma performansıCoş BrolinQazandı[260]

Sikvel redaktə

Russo qardaşlarının[105] Markus və MakFili tərəfindən yazılmış ssenari[108] əsasında çəkdiyi Qisasçılar: Final filminin 26 aprel 2019-cu ildə çıxarılmışdır.[103]

Qeydlər redaktə

  1. 2017-ci ildə çıxarılmış Tor: Raqnarök filmində təsvir edilmişdi.
  2. Ekranda görünən ulduz Kapitan Marvelin simvoludur.[12]

İstinadlar redaktə

Xarici keçidlər redaktə

  Marvel Kinematoqrafiya Kainatı portalı   ABŞ kinematoqrafı portalı   ABŞ portalı   Kino portalı   Superqəhrəmanlar portalı