Mark Ruffalo

Mark Ruffalo (ing. Mark Alan Ruffalo, 22 noyabr 1967, Kenoşa, Viskonsin, ABŞ) - Amerikalı aktyor. "Emmi" (2014) və "SGA Awards" (2015) mükafatlarının laureatı. "Oskar" (2011, 2015, 2016), BAFTA (2011, 2015, 2016) və "Qızıl qlobus" (2015 (2 dəfə), 2016) mükafatlarının nominantı. Əsas məşhurluğunu Zodiak (2007), Qisasçılar (2012), Yalan illüziyası (2013), Qisasçılar: Altron dövrü (2015), Tor: Raqnarök (2017) filmləri ilə qazanmışdır.

Mark Ruffalo
Mark Ruffalo
Mark Ruffalo "San Dieqo Comic-Con"da (2017)
Mark Ruffalo "San Dieqo Comic-Con"da (2017)
Doğum adıMark Alan Ruffalo
Doğum tarixi (56 yaş)
Doğum yeriKenoşa, Viskonsin, ABŞ
Vətəndaşlığı
Həyat yoldaşıSanrayz Koini
FəaliyyətiAktyor
Fəaliyyət illəri1989 -
Boyu173 sm
IMDbID0749263
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası redaktə

Mark Ruffalo 1967-ci ildə Viskonsin ştatının Kenoşa şəhərində olub. Atası italyan olan aktyorun anası isə həm İtaliya, həm də Kanada kökənlidir[1]. Ruffalo erkən yaşından aktyorluq sənətini seçir və teatrda çıxış etməyə başlayır. Ruffalo karyerasının əsas rollarını bu əsrin başlağıncından etibarən oynamağa başlayır. 2000-ci ildə Kennet Lonerqanın "Mənə arxalana bilərsən" dram filmində oyunu uğurlu alınır və film bir çox mükafatlar qazanır. Bu film aktyorun filmoqrafiyasında təkanverici rol oynayır. Daha sonrakı illərdə o "XX/XY" (2002) , "Mənsiz həyatım" (2003), "Kəsikdə"(2004), "Biz artıq burda yaşamırıq" (2004), "30dan 13-ü" (2004) və "Səma və yer arasında" (2005) kimi filmlərdə oynayır.

2007-ci ildə 60-cı illərin sonunda Kaliforniya ştatında tüğyan edən seriya qatillə bağlı ərsəyə gətirilmiş "Zodiak" filmində oynadığı Devid Toski rolu Ruffalonun karyerasında yeni səhifə açır.

2010-ci ildə aktyor "Uşaqlar yaxşıdır" filmində yer alır. Bu film ona ilk "Oskar" nominasiyasını gətirir (ən yaxşı ikinci plan kişi rolu).

Ruffalonun 2010-cu ildəki digər bir filmi Martin Skorsezenin "Zidan adası" filmi olur. Bu filmdə o Leonardo Di Kaprio, Ben Kinqsli ilə birlikdə əsas rollardan birini oynayır.

2011-ci ildən aktyor Marvel Kinematoqrafiya Kainatı filmlər seriyasında əsas komiks qəhrəmanlarından "Halk"ı (Brüs Benneri) oynamağa başlayır[2]. İlk belə film "Qisasçılar" (2012) filmi oldu. Ruffalo "yaşıl bədheybət" rolu ilə "Dəmir adam 3" (kameo) (2013), "Qisasçılar: Altron dövrü" (2015), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq müharibəsi" (2018) filmlərində qayıtdı. 2019-cu ildə "Qisasçılar" tetralogiyasından "Qisasçılar: Final" filmi işıq üzü görəcək.[3]

2015-ci ildə "Tülkü ovçusu", 2016-cı ildə isə "Diqqət mərkəzində" filmlərində oynadığı rollara görə "Oskar"a namizəd olsada Ruffalo hər iki halda əsas film mükafatını qazana bilmədi.

Şəxsi həyatı redaktə

Sanrayz Koini ilə evli olan Mark Ruffalonun 2 qız və 1 oğlan övladı var.[4]

2001-ci ildə Aktyorun beynində şiş aşkarlanır. Şiş xoşxassəli olur və əməliyyatla götürülür. Ancaq xəstəliyin təsirindən onun üzün ifliclik yaranır. İfliclik müəyyən müddətdən sonra keçsədə sol qulaqdan kar olmuşdur.

2008-ci ildə Ruffalonun qardaşı Skott evində güllələnir və 1 həftə sonra həyatını itirir.

Ruffalo həmçinin siyasi fəaldır. Aktyor Cor Buşun dövründə İraqda gedən hərbi əməliyyatlara qarşı çıxıb. Bundan başqa o ABŞ-nin indiki prezidenti Donald Trampın əleyhdarıdır.

Filmoqrafiyası redaktə

ilFilmin adıOrjinal adıRol
1993Sənin üçün mahnıA song for youQas Devison
1994Ayna,Ayna 2: Qarğanın rəqsiMirror, Mirror 2: Raven DanceKristian
1994Orda mənim gözəlçəm gedirThere Goes My BabyCey Di
1995Göylərin hədiyyəsiA Gift from Heaven
1996Marti Faynın taleiThe Destiny of Marty FineBrett
1996StamatoloqThe DentistStiv Landers
1996Qan puluBlodd MoneyEttorni
1996Ayna,Ayna 3: MüşahidəçiMirror, Mirror 3: The VoyeurCoui
1997Miladın II günüOn the 2nd Day of ChristmasBert
1998Təhlükəsiz adamSafe ManFrenk
19985454Rikko
1998HudiniHoudiniTeo
1999Vannada balıqA Fish in the BathtubCoel
1999Şeytanla getməkRide with the DevilAlf Bouden
2000SadiqCommittedTi-Bou
2000Mənə arxalana bilərsənYou Can Count on MeTerri Preskot
2001Həyat/RəsmLife/DrawingAleks
2001Sonuncu QəsrThe Last Castleİets
2002XX/XYXX/XYKoulz
2002Küləklə danışanlarWindtalkersPappers
2003Mənsiz həyatımMy Life Without MeLi
2003Görünüş yuxarıdan yaxşıdırView from the TopTed Stüart
2003Kəsikdəİn the CutCovanni Maelloy
2004Biz artıq burda yaşamırıqWe Don’t Live Here AnymoreCek Linden
2004Təmiz zəkanın sonsuz parıltısıEternal Sunshine of the Spotless MindSten
200430dan 13ü13 Going on 30Mett Flemxaff
2004HəmiştirakçıCollateralDetektiv Fenninq
2005Səma və yer arasındaJust Like HeavenDevid Ebbot
2005Şaiələr gəzirRumor Has It…Ceff Deyli
2006Bütün kralların adamlarıAll the King’s MenAdam Stenton
2007ZodiakZodiacDevid Toski
2007Bron edilmiş yollarReservation RoadDvayt Arno
2008KorluqBlindnesshəkim
2008Blum qardaşlarıThe Brothers BloomStiven
2008Nə səni öldürmürWhat Doesnt Kill YouBrayan Reyli
2009Bədheybətlər yaşayan yerWhere the Wild Things AreMaksın anasının dostu
2010Uşaqlar yaxşıdırKids Are All RightPol
2010Zindan adasıShutter İslandÇak Oul/həkim Lester Şin
2010Görüş gecəsiDate NightBred Sallivan
2011MarqaretMargaretCeyson Berstoun
2012QisasçılarThe AvengersBrüs Benner/Halk
2013Dəmir adam 3İron Man 3Brüs Benner/Halk
2013Yalan illüziyasıNow You See MeDilan Rods
2013Yenidən başlayaqBegin againDen Malliqan
2014Sonsuz Aģ ayıInfinitely Polar BearKemeron Stüart
2014Tülkü ovuçusuInfinitely Polar BearDeyv Şulç
2014Normal ürəkThe Normal HeartNed Uiks
2015Qisasçılar: Altron dövrüThe Avengers: Age of UltronBrüs Benner/Halk
2015Diqqət mərkəzindəSpotlightMaykl Rezendes
2016Yalan illüziyası 2Now You See Me 2Dilan Rods
2017Tor: RaqnarökThor: RagnarökBrüs Benner/Halk
2018Qisasçılar: Sonsuzluq müharibəsiAvengers: Infinity WarBrüs Benner/Halk
2019Qisasçılar :FinalAvengers: EndgameBrüs Benner/Halk
2019Qara sularDark WatersRobert Bilott

İstinadlar redaktə

  1. "Spotlight - Mark Ruffalo". 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.
  2. "Mark Ruffalo Confirmed As New 'Incredible Hulk'". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.
  3. "Mark Ruffalo - İMDb". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.
  4. "Ruffalo's Good Life Formula: 3 Kids, 1 Rabbit, 47 Acres, 2,764 Miles From Hollywood, Josh Eells, 2013". 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.