Palindrom – tərsinə oxunuşu da eyni olan cümlə, sözədədlərə deyilir.Yunan dilindəki "Palindromon" sözündəndir, mənası "Geri çevrilən / Tərs(in)ə dönən", "Arxası-Önü olmayan" deməkdir. Azərbaycan dilində bunu "Astarı-Üzü (Tərsi-Üzü) eyni" kimi qəbul etmək olar. Müasir Türk dilində "palindrom" termininin mənasını birbaşa açıqlayan "Tərsi-düzü bir" deyimi işlədilir.Palindrom yaradıcılığında dilin ifadə və formal imkanlarının üzə çıxarılması əsas məqsəd daşıdığından bu söz yığınının hər şeyə baxmayaraq bir də müəyyən məna daşıması əlavə üstünlük sayılır.

Tarixi

redaktə

İlk palindrom hələ Miladdan əvvəl IV əsrdə qədim latın dilində tərtib olunub : "Sator Arepo tenet opera rotas"("Əkinçi Arepo yorulmadan çalışır.")Bizans imperiyasının paytaxtı Sofiyadakı bir kilsənin mərmər divarlarına aşağıdakı palindrom üslublu hikmət oyulmuşdur:NİSPONANOMİMATAMİMONANOPSİN("Təkcə üzünüzü deyil, günahlarınızı da yuyun")

Nümunələr

redaktə

Palindrom sözlər

redaktə

Mum, Sus, Dad, ləl, lal, ütü, iki, səs, ada, ağa, ala, iri, yay, ana, ata, kök, bab, amma, kələk, şabaş, qabaq, mənəm, qapaq, ənənə, mühüm, kiçik, Əzizə, Küllük, qulluq, Tavat, şeş, küçük iti


iti

Palindrom cümlələr

redaktə

Bizə tut əzib.

Ey mələk kələm ye.

Buruq ada qurub.

Bikə kök əkib.

Palindrom ədədlər

redaktə
  • 323
  • 2332
  • 6336
  • 54245
  • 623326
  • 7895987
  • 42699624
  • 536754457635
  • 98765432100123456789
  • 98778855231222213255887789

Quranda olan palindromlar

redaktə

1 — (Mudethir 74:3)

ر ب ك ف ك ب ر → ﻭرﺑﻚ ﻓﻜﺒﺮ

2 — (Yasin 36:40)

ك ﻝ ف ﻱ ف ﻝ ك → ﻭﻛﻞ ﻓﻲ ﻓﻟﻚ ﻳﺴﺒﺤﻮﻥ

Qədim Sanskrit dilində palindromlar

redaktə

Yuxarıdan aşağıya, əksinə, sağdan sola və əksinə oxunduqda eyni cür oxunurlar.

sa-ka-ra-na-na-ra-ka-sa-
kā-ya-sā-da-da-sā-ya-
ra-sā-ha-vā-ha-sā-ra-
nā-da-vā-da-da-vā-da-nā.
(nādadadada
rahahara
yadadaya
sararasa)

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

Mənbə

redaktə

http://alatoran.org/Jurnal_2004_2/jurnal_2004_2_04_2.html Arxivləşdirilib 2011-12-31 at the Wayback Machine