Ortaboy tənbəlcüllüt

Ortaboy tənbəlcüllüt (lat. Gallinago media)) — Tənbəlcüllütlər fəsiləsinin Tənbəlcüllüt cinsinə aid quş növü.

Ortaboy tənbəlcüllüt
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
???:
Ortaboy tənbəlcüllüt
Beynəlxalq elmi adı

Statusu redaktə

Nadirdir.

Kateqoriyası redaktə

(EN). Təhlükə həddindədir.

Qısa təsviri redaktə

Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır [3].

Yayılması redaktə

Reproduktiv arealı AvropaAsiyanın meşə zonasını, qismən də dağ tundranı əhatə edir. Qışlamaq üçün Cənub-Şərqi Asiya və Avstraliyaya qədər miqrasiya edir. Əsas qışlaq yeri Afrikadır [4]. Azərbaycanda miqrant populyasiyası qeyd edilib – apreldə və sentyabrda [5].

Yaşayış yeri və həyat tərzi redaktə

Rütubətli çəmənlikdə, seyrək meşə və kolluqda məskunlaşır. Suya yaxın yerləri xoşlayır. Gecə və alatoranlıq vaxtda fəal olur. Cücü və bitki yeyir.

Məhdudlaşdırıcı amillər redaktə

Azalmasının əsas səbəbi bataqlıqların qurudulmasıdır [6].

Əhali üçün əhəmiyyəti redaktə

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər redaktə

Ramsar, Bern, Bonn konvensiyalarına, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər redaktə

Azərbaycanın "Qırmızı Kitab"ına daxil etmək, əhaliyə tanıtmaq, miqrant populyasiyasının ovlanması hallarını ləğv etmək məsləhətdir.

İstinadlar redaktə

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;
  4. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;
  5. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;
  6. Рябицев В.К. Птицы Урала, Приамурья и Западной Сибири. Екатринбург, Уральск. Университет, 2002, 605 с.

Ədəbiyyat redaktə

  1. Babayev İ.R. Xəzər dənizinin cənub-qərb sahillərində nadir, nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının müasir vəziyyəti // XX əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması. Akademik M.Ə.Musayevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, “Elm”, 2001, s. 307-309;
  2. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər redaktə