Miloş Milutinoviç

Miloş Milutinoviç (serb. Милош Милутиновић; 5 fevral 1933[1], Bayina-Başta[d]28 yanvar 2003, Belqrad) — hücumçu mövqeyində çıxış etmiş Serbiya peşəkar futbolçusu və Yuqoslaviya məşqçisi.

Miloş Milutinoviç
serb. Милош Милутиновић
Ümumi məlumatlar
Doğum tarixi5 fevral 1933(1933-02-05)[1]
Doğum yeri
Vəfat tarixi28 yanvar 2003(2003-01-28) (69 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyicinah yarımmüdafiəçisi[d]
Karyerası
Gənclik karyerası
1948–1951Bor
Klub karyerası[* 1]
1952–1958Partizan87 (53)
1958–1960OFK Belqrad8(9)
1960–1961Bayern Münhen20 (5)
1961–1963Paris66 (28)
1963–1965Stad Franse44 (7)
1968–1969OFK Belqrad20 (5)
Milli yığma[* 2]
1953–1958Yuqoslaviya33 (16)
Məşqçisi olduğu klublar
1966–1967OFK Belqrad
Duboçitsa
Proleter Zrenyanin
1975–1976Atlas Quadalaxara
1977–1978Beşiktaş
1980–1982Velej
1982–1984Partizan
1984–1985Yuqoslaviya
1986–1987Beşiktaş
1987–1988Altay İK
1990–1991Partizan

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milutinoviç ölkəsinin futbol tarixinin ən istedadlı oyunçulardan biri və bütün zamanların ən istedadlı cinah hücumçularından/hücumçularından hesab olunur. O, nümayiş etdiyu bacarıqlarına görə "Plava Çiqra" ləqəbini qazanmışdır.

Klub karyerası

redaktə

Milutinoviç karyerası boyunca Bor, Partizan, OFK Belqrad, Bayern Münhen, ParisStad Franse klublarında çıxış etmişdir. Çempionlar Kubokunun 1955/1956 ilk mövsümünün ilk oyununda Sportinq Lissabonun qapısına 2 qol vuraraq Partizana 3–3 hesablı heç-heçə qazandırmışdır, Belqrada keçirilən cavab oyunda isə 4 qol vuraraq Partizanın 5–2 hesablı qələbəsində böyük pay sahibi olmuşdur. Dörddəbir final qarşılaşmasının cavab oyununda turnirin qalibi Real Madridə 2 qol vursa da yekunda hesab 3–0 ilə bitmişdir, Real Madrid ilk oyunda 4–0 hesabı ilə qələbə qazandığından futoblçunun klubu turniri tərk etdi.

O, Partizanın heyətində 213 oyunda 231 qol vurmuşdur[2] və onunla iki dəfə (1954 and 1957) Yuqoslaviya kubokunun qalibi olmuşdur. Sonradan o, öncə OFK Belqrad və daha sonra Bayern Münhen klubuna transfer olundu. 1959-cu ildə davam edən ağciyər problemləri səbəbindən əməliyyat olundu. Fransada oynamağa başlamazdan əvvəl o, bir il Almaniyada qaldı.

Milli yığma karyerası

redaktə

Yuqoslaviya milli futbol komandasının heyətində 1951-ci ildə U-19 yarışının qalibi olmaqla yanaşı turnirin "Ən yaxşı oyunçu"su adına layiq görüldü və 4 qolu sayəsində turnirin bombardiri oldu. Əsas millinin heyətində o, 21 may 1953-cü ildə 5–2 hesablı qələbə ilə bitən Uelsə qarşı oyunda çıxış etdi.

Ümumlikdə 33 dəfə millinin formasını geyinən Miloş Milutinoviç ölkəsini 19541958 Dünya Kuboku yarışlarında təmsil etmişdir.

Məşqçi karyerası

redaktə

Futbolçu karyerasını bitirdikdən sonra Milutinoviç məşqçilik etməyə başladı və məqşçi olduğu klublar arasında OFK Belqrad,[3][4] Duboçitsa (Leksovats), Proleter (Zrenyanin), Atlas,[5] Beşiktaş, Altay İK,[6][7] Velej (1981-ci ildə ölkə kuboku və Balkan Kubokunun qalibi oldu), Partizan Belqrad (1983-cü ildə ölkə çempionatını qazandı) yer alır, bundan əlavə o, Yuqoslaviya milli futbol komandasının da baş məşqçisi olmuşdur.[8]

Şəxsi həyatı

redaktə
Milutinoviç qardaşları. Soldan sağa: Milorad, Miloş, Bora.

Məşhur futbol məşqçisi Bora Milutinoviç onun qardaşı idi, digər qardaşı Milorad Milutinoviç isə 1958 FİFA Dünya Kubokunda onun komanda yoldaşı olmuşdur. 2006-cı ildə başa tutan müsahibəsində keçmiş komanda yoldaşı Draqoslav Şekularats: "Miloş Milutinoviç bir oyunçu olaraq 9/10, insan olaraq isə 29/10" olduğunu söyləmişdir.[9]

O, 23 yanvar 2003-cü ildə 69 yaşında Belqradda vəfat etdi. Oğlu Uroş (o da futbolçu idi) 2015-ci ildə vəfat etdi.

Mükafatları

redaktə

Oyunçu kimi

redaktə

Partizan

  • Yuqoslaviya kuboku: 1954, 1956–57

Məşqçi kimi

redaktə

Velej

Partizan

İstinadlar

redaktə
  1. 1 2 worldfootball.net (çd.).
  2. "Official site FK Partizan". 1 August 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  3. "Archived copy". 23 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2009.
  4. "Arxivlənmiş surət". 2011-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  5. http://www.mediotiempo.com.mx/dt/milos-milutinovic&id_liga=1&id_torneo=163[daimi ölü keçid]
  6. "Arxivlənmiş surət". 2020-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  7. "Arxivlənmiş surət". 2018-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  8. http://www.uefa.com/uefa/aboutuefa/organisation/history/obituaries/newsid=51426.html
  9. Prvoslav Vuyçits, Urban Book Circle. "Get Out of Here, I am Sekularac by Prvoslav Vujcic". 2006-05-01. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.

Xarici keçidlər

redaktə