Martiros Saryan

Martiros Sergeyeviç Saryan ( erm. Մարտիրոս Սարյան ; 28 fevral 18805 may 1972) — erməni sovet boyakarı. SSRİ xalq rəssamı (1960).

Martiros Saryan
erm. Մարտիրոս Սարյան
Doğum adıMartiros Sergeyeviç Saryan
Doğum tarixi
Doğum yeriRostov-na-Donu, Rusiya imperiyası
Vəfat tarixi (92 yaşında)
Vəfat yeriİrəvan, Ermənistan SSR
Dəfn yeri
  • Martiros Saryanın qəbri[d]
Milliyyətierməni
VətəndaşlığıSSRİ SSRİ
Fəaliyyətirəssam, siyasətçi, illüstrasiyaçı
TəhsiliMoskva boyakarlıq, heykəltəraşlıq və memarlıq məktəbi
Janrlarpeyzaj, portret, natürmort, qrafika, illüstrasiya
TələbələriMinas Avetisyan
Üzvlüyü
MükafatlarıSosialist Əməyi Qəhrəmanı "Lenin" mükafatı "Stalin" mükafatı "SSRİ xalq rəssamı" fəxri adı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı redaktə

Martiros Saryan 28 fevral 1880-ci ildə Rostov-na-Donda anadan olub. 1895-ci ildə şəhər məktəbini bitirmiş, 18971904-cü illərdə Moskva boyakarlıq, memarlıq və heykəltəraşlıq məktəbində Valentin SerovKonstantin Korovindən təhsil almışdır. "Mavi qızılgül" (Голубая роза) "Rus rəssamları ittifaqı" (Союз русских художников), "İncəsənət dünyası" (Мир искусства) rəssamlıq birliklərinin üzvü olmuşdur. Erkən əsərlərində Şərq motivləri kompozisiyasının dekorativliyi ilə üzvi əlaqələndirilmişdir. 1910-1913-cü illərdə Türkiyə, Misirİrana səyahət etmiş, bu ölkələrin həyat və təbiətinə dair tablolar çəkmişdir. Saryan Azərbaycan rəssamları Əzim ƏzimzadəMikayıl Abdullayev ilə yaradıcılıq əlaqəsi saxlamışdır. 1954-cü ildə Mikayıl Abdullayevin portretini çəkmişdir. SSRİ Ali Sovetinin (2-4-cü çağırış) deputatı olmuşdur. Martiros Saryan 1972-ci ildə İrəvanda vəfat edib.

Mükafatlar və adlar redaktə

Qalereya redaktə

Mənbə redaktə

  • Azərbaycan Sovet Ensiklopediyası. VIII cild. Bakı, 1984. səh 301.