Marko Simone

Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçuyarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir.

Marko Simone
Ümumi məlumatlar
Doğum tarixi7 yanvar 1969(1969-01-07)[1][2] (55 yaş)
Vətəndaşlığı
Boyu170 sm
Çəkisi68 kq
Mövqeyicinah yarımmüdafiəçisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib.

İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (19901994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb.

Bioqrafiya redaktə

Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib.[3] A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib. Bu klubda Simone 1987/88 mövsümündə 15 qol vurub və mövsümün sonunda C1 seriyasının bombardiri olub. "Komo"da 3 mövsüm keçirdikdən sonra, futbolçu klub səviyyəsində əsas uğurlarını qazandığı İtaliya nəhəngi "Milan"a transfer olunur. "Milan"da ardıcıl 8 mövsüm forma geydikdən sonra Fransaya yollanan futbolçu, burada "PSJ", "Monako" klublarda forma geyinib.

Karyerasını başa vurduqdan sonra o, İtaliyanın "Leqnano" futbol klubunun direktoru təyin edilib. 2009-cu ildən o, həm də "AS Monako" üçün bazar məsləhətçisi vəzifəsini yerinə yetirir.[4] Sonradan Marko "Leqnano" klubundakı vəzifəsini tərk edərək, futbol skautuna və FİFA agentinə çevrilir.

12 sentyabr 2011-ci ildə Marko, Jan Petitlə birlikdə "Monako"ya baş məşqçi təyin edilir.

7 noyabr 2013-cü ildə Simone "Lozanna" klubunun məşqçisi təyin edilir. 12 may 2014-cü ildə idman layihəsi onun ambisiyalarını əks etdirmədiyi üçün "Lozanna" ilə əməkdaşlığı davam etdirməmək qərarına gəlir.

13 oktyabr 2014-cü ildə "Lozanna"nın baş məşqçisi olur.[5] Ancaq 2015-ci il martın 24-də ardıcıl 5 məğlubiyyətdən sonra o, vəzifəsindən azad edilib.

25 iyun 2015-ci ildə Fransanın ikinci divizionunda çıxış edən "Tur" komandasının məşqçisi təyin edilir.[6] Marko 14 may 2016-cı ildə,"Tur"da tutduğu vəzifədən istefa verir.[6]

Noyabrın 8-də "Laval" klubunun baş məşqçisi vəzifəsinə təyin edilir.

15 iyul 2017-ci ildə Tunisin yüksək divizionunda çıxış edən "Klub Afriken"in baş məşqçisi təyin edilir.[7]

Uğurları redaktə

Komanda redaktə

"Milan"
"PSJ"
  • Fransa Kuboku: 1997/98
  • Fransa Liqa Kuboku: 1997/98
  • Fransa Superkuboku: 1998
"Monako"

Fərdi redaktə

  • C1 Seriyasının bombardiri: 1988/89
  • Fransada ən yaxşı əcnəbi oyunçu (2): 1997/98, 1999/00

Statistika redaktə

MövsümKlubLiqaOyunQol
1986/87"Komo" (İtaliya)Seriya A20
1987/88Vireskit (İtaliya)C1 seriyası3315
1988/89"Como" (İtaliya)Seriya A346
1989/90"Milan, (İtaliya)Seriya A211
1990/91"Milan, (İtaliya)Seriya A144
1991/92"Milan, (İtaliya)Seriya A157
1992/93"Milan, (İtaliya)Seriya A135
1993/94"Milan, (İtaliya)Seriya A253
1994/95"Milan, (İtaliya)Seriya A3017
1995/96"Milan, (İtaliya)Seriya A278
1996/97"Milan, (İtaliya)Seriya A234
1997/98PSJ (Fransa)Liqa 12813
1998/99PSJ (Fransa)Liqa 1319
1999/00Monako (Fransa)Liqa 13421
2000/01Monako (Fransa)Liqa 1307
2001/02Monako (Fransa)Liqa 150
2002/03"Milan, (İtaliya)Seriya A90
2002/03Monako (Fransa)Liqa 150
2003/04"Nitsa" (Fransa)Liqa 170

İstinadlar redaktə

  1. Marco Simone // Transfermarkt (çd.). 2000.
  2. MARCO SIMONE // Argentine Soccer Database (isp.).
  3. "Marco SIMONE". 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  4. ""Marco Simone prêt à offrir ses services"". 2016-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  5. "UFFICIALE: Losanna, richiamato in panchina Marco Simone — TUTTOmercatoWEB.com". 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  6. 1 2 "Marco Simone riparte dalla Francia: allenerà il Tours — Corriere dello Sport". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  7. "MARCO SIMONE ALLENATORE A TUNISI — Sportmediaset". 2018-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.

Xarici keçidlər redaktə