Mariu Ruy (27 may 1991[1][2], Sineş[d]) — Portuqaliyalı futbolçu. "Napoli" klubunun və Portuqaliya milli komandasının müdafiəçisi.

Mariu Ruy
port. Mário Rui
Ümumi məlumatlar
Doğum tarixi27 may 1991(1991-05-27)[1][2] (33 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu170 sm
Çəkisi72 kq
Mövqeyiyarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Benfika"da formalaşan futbolçu, peşəkar karyerasının böyük hissəsini İtaliyada keçirib, A Seriyasında "Empoli" və "Roma" klublarında oynayıb.

Mariu Ruy DÇ-2018-də Portuqaliya yığmasının heyətində çıxış edib.

Karyera

redaktə

Mariu Portuqaliyanın "Benfika" klubunun yetirməsidir. Ancaq o, bu klubun böyüklərdən ibarət komandanın heyətində bir dənə də olsun oyun keçirməyib.

2010/11 mövsümündə Portuqaliyanın "Fatima" klubuna icarəyə verilib və bu komandanın heyətində Portuqaliya ikinci liqasında 25 oyun keçirib və 1 qol vurub.[3]

2011-ci ildə İtaliyanın "Parma" klubu ilə müqavilə bağlayıb. 2011–2014-cü illərdə o, İtaliyanın "Parma" klubuna məxsus olsa da, komandanın heyətində bir dənə də olsun oyun keçirməyib və müxtəlif komandalara icarəyə verilib.

2011/12 mövsümündə o, "Qubbio"da icarə əsasında çıxış edib. "Qubbio"nun heyətində B Seriyasında 31 oyun keçirib və 2 qol vurub.

2012/13 mövsümündə o, "Speziya"da icarə əsasında çıxış edib və klubla B seriyasında 23 oyun keçirib.

2013/14 mövsümündə o, "Empoli" klubuna icarəyə verilir. "Empoli" ilə B seriyasında 26 oyun keçirir və komanda çempionatı 2-ci yerdə başa vuraraq birbaşa "A Seriyası"na vəsiqə qazanır. 2014-cü ilin yayında futbolçu, icarədə olduğu "Empoli" tərəfindən tam olaraq transfer edilir.[4] 2014/15 mövsümündə A Seriyasında 34 oyun, 2015/2016 mövsümündə isə 36 oyun keçirir.

2016-cı ilin yayında o, 30 iyun 2017-ci il tarixinədək icarə əsasında "Roma"ya keçdi.[5][6] 2016/2017 mövsümündə 5 liqada oyun keçirib. 2017-ci ilin yayında "Roma" futbolçunu 6 milyon avroya transsfer edir.

2017-ci ilin yayında o, 30 iyun 2018-ci il tarixinədək, sonradan almaq imkanı ilə icarə əsasında "Napoli"yə keçdi.[7][8][9]

Karyera statistikası

redaktə
Sonuncu dəfə 29 yanvar 2023 tarixində yeniləndi[10]
Klub, mövsüm və yarışlara görə oyun və qol sayı
KlubMövsümLiqaÖlkə kubokuAvropaDigərToplam
DvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Fatima (icarə)2010–11Segunda Liga25150301
Qubbio (icarə)2011–12B Seriyası31210322
Speziya (icarə)2012–1323010240
Empoli2013–1426010270
2014–15A Seriyası34030370
2015–1636010370
Toplam960501010
Roma (icarə)2016–17A Seriyası50202090
Napoli2017–182521040302
2018–1920110100311
2019–202404070350
2020–21270206010360
2021–223400050390
2022–231600030190
Toplam146380350101903
Karyerasında toplam3266220370103886

Milli Komanda

redaktə
Sonuncu dəfə 24 sentyabr 2023 tarixində yeniləndi[11]
Portuqaliya
İlOyunQol
201880
201910
202020
202210
Toplam120

İstinadlar

redaktə
  1. 1 2 Mário Rui // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Mário Rui Silva Duarte // As (isp.). Madrid: Grupo Prisa, 1967. ISSN 1888-6671
  3. "2010/2011 mövsümu" (rus). 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  4. "Anche Mario Rui diventa azzurro a titolo definitivo. L'Empoli lo ha riscattato dal Parma che non si è presentato alle buste" (italyan). 7 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fervral 2023.
  5. "L'AS Roma perfeziona l'ingaggio di Mário Rui" (italyan). Sito ufficiale dell'AS Roma. 8 iyul 2016. 29 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  6. "Operazioni di mercato: Silva Duarte Mário Rui" (PDF) (italyan). Sito ufficiale dell'AS Roma. 8 iyul 2016. 1 may 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 fevral 2023.
  7. "Mário Rui ceduto al Napoli" (italyan). Sito ufficiale dell'AS Roma. 11 iyul 2017. 2017-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  8. "Il Napoli ufficializza Mário Rui" (italyan). Sito ufficiale della SSC Napoli. 11 iyul 2017. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  9. "Operazioni di mercato: Silva Duarte Mário Rui" (PDF) (italyan). Sito ufficiale dell'AS Roma. 13 iyul 2017. 2018-01-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 fevral 2023.
  10. Soccerway.com saytında profili (ing.)
  11. "Mário Rui". EU-Football.info (ingilis). 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.

Xarici keçidlər

redaktə