Canni Rivera

Covanni (Canni) Rivera (it. Giovanni (Gianni) Rivera; 18 avqust 1943[1], Alessandriya, Pyemont) – İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu və yarımmüdafiəçi olub. "Alessandria", "Milan" klublarında və İtaliya millisində oynayıb. 1969-cu ildə Avropanın ən yaxşı futbolçusu olaraq Qızıl Top qazanıb. 1973-cü il İtaliya çempionatının ən yaxşı bombardiri olub.

Canni Rivera
it. Gianni Rivera
Ümumi məlumatlar
Doğum tarixi18 avqust 1943(1943-08-18)[1] (80 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu175 sm
Çəkisi68 kq
Mövqeyiyarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IFFIIS-ə görə dünyanın ən yaxşı oyunçuları arasında 20-ci, Avropanın ən yaxşı oyunçuları arasında 12-ci sıradadır. Eyni versiyaya görə, Rivera, İtaliyanın 20-ci əsrdə ən yaxşı futbolçusudur. Rivera FIFA 100-ün üzvüdür.

Futbolçu karyerasını başa vurduqdan sonra Rivera siyasətlə məşğul olub, Zeytun Ağacı Partiyasından Avropa Parlamentinin üzvü olub.

Bioqrafiya redaktə

Covanni Rivera 18 avqust 1943-cü ildə Alessandriya şəhərində, dəmiryolçu ailəsində dünyaya gəlib.

Karyera redaktə

Klub redaktə

Canni Rivera karyerasına "Alessandriya" klubunda başlayıb. Burada keçirdiyi iki mövsumdə 26 oyun keçirib və 6 qol vurub. Futbolçu daha sonra "Milan"a keçərək əsas uğurlarını burada qazanıb. "Milan" klubunda 19 mövsum keçirib.

Milli Komanda redaktə

İtaliya millisində 60 oyunda 14 dəfə fərqlənib.

Karyera statistikası redaktə

MövsumKlubÇempionatKubokBeynəlxalq.Digər
OyunQolOyunQolOyunQolOyunQol
1958/59Alessandriya10??
1959/60Alessandriya256??
1960/61Milan3061020
1961/62Milan27101020
1962/63Milan2790072
1963/64Milan277102120
1964/65Milan29200
1965/66Milan3171041
1966/67Milan3412672010
1967/68Milan291153101
1968/69Milan2834172
1969/70Milan258313221
1970/71Milan266107
1971/72Milan2336284
1972/73Milan28176390
1973/74Milan2665180
1974/75Milan27340
1975/76Milan1415130
1976/77Milan2747050
1977/78Milan3065110
1978/79Milan1314150
1958–1979Cəmi5271287428761371

Şəxsi həyatı redaktə

Canni Rivera Loire Markoni ilə evlidir. Cantal adlı bir qızı və Cianni adlı bir oğlu var.

Uğurları redaktə

Komanda redaktə

"Milan"
İtaliya Millisi

Fərdi redaktə

İstinadlar redaktə

  1. 1 2 GIANNI RIVERA // Argentine Soccer Database (isp.).

Xarici keçidlər redaktə