Cənubi Sendviç adaları

Cənubi Sendviç adaları (ing. South Sandwich Islands) — Subantarktika qurşağında, Atlantik okeanın cənubunda yerləşən arxipelaq. Cənubi Georgiya adasından 570 km cənub-şərqdə yerləşir. Arxipelaq 11 vulkan məşəlli kiçik ada, çoxlu sayda adacıqlar və qayalıqlardan ibarətdir. Arxipelaq rayonunu bəzən Cənub okeanına aid edirlər. Skotia dənizinin şərq sərhəddi hesab edilir.

Cənubi Sendviç adaları
ing. South Sandwich Islands
Ümumi məlumatlar
Adaların sayı11
Ən böyük adasıMonteqyo
Ümumi sahəsi310 km²
Hündür nöqtəsi1310 m
Əhalisi0 nəfər (2015-ci il)
Yerləşməsi
58°25′00″ c. e. 26°23′00″ q. u.
ÖlkəCənubi Georgiya və Cənubi Sendviç adaları
Akvatoriya
[[Fayl:|280px|Cənubi Sendviç adaları xəritədə]]
Cənubi Sendviç adaları
Cənubi Sendviç adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sendviç adaları ərazisinə daxil edilir. Folklend adaları və Cənubi Georgiya ilə birlikdə Argentina tərəfdən ərazi iddiası qaldırılmışdır. Argentina bölgəni öz ərazisi hesab edir.

Ümumi məlumat redaktə

Arxipelaq 310 km² sahəyə malikdir. Çoxu vulkan məşəllidir. Monteqyo adası arxipelaqın ən böyük adasıdır. Adada arxipelaqın ən hündür nöqtəsi olan Belinda dağı (1372 m) yerləşir. Adalar dağlıqdır və il boyu buzlaqlarla örtülü olur (bir qismi). Arxipelaqın yazınlığından Cənubi Sandviç novu keçir. Arxipelaqın özü isə Cənubi Antil silsiləsinin bir hissəsidir.

Subntarktik qurşaqda yerləşir. Küləklər il boyu müşahidə edilir. Temperatur il boyu 0°-dən aşağı olur. Çiçəkli bitkilərə rast gəlinmir. Burada ancaq MamırŞibyələrə rast gəlinir. Daimi sakinləri quşlar (pinqvin) və suitilərdir.

Arxipelaqa daxil adaların siyahısı:

Cənubi Sandviç adaları
Ada (az.)Ada (en.)Sahə,
km²
Hündür nöqtə,
m
Koordinat
Traverse arxipelaqı (Traversay Islands)
1Protektir Şol (Sualtı dağ)Protector Shoal-27 m (89 ft)55°54′ c. e. 28°06′ q. u.
2Zavadovski adasıZavodovski Island25 km2 (9.7 kv. mil)Askinsiya dağı
550 m (1,800 ft)
56°18′ c. e. 27°34′ q. u.
3Leskov adasıLeskov Island0.3 km2 (0.12 kv. mil)Radder-Poynt
190 m (620 ft)
56°40′ c. e. 28°08′ q. u.
4Vısoki adasıVisokoi Island35 km2 (14 kv. mil)Hodson dağı
915 m (3,002 ft)
56°42′ c. e. 27°13′ q. u.
Keyndlmas adaları (Candlemas Islands)
5KeyndlmasCandlemas Island
(Candelaria) (исп.)
14 km2 (5.4 kv. mil)Andromed dağı
550 m (1,800 ft)
57°05′ c. e. 26°39′ q. u.
6VindikeyşenVindication Island
(Vindicación) (isp.)
5 km2 (1.9 kv. mil)Kuadrant
430 m (1,410 ft)
57°06′ c. e. 26°47′ q. u.
Mərkəzi adalar (Central islands)
7Saunders adasıSaunders Island40 km2 (15 kv. mil)Maikl dağı
990 m (3,250 ft)
57°48′ c. e. 26°28′ q. u.
8MonteqyoMontagu Island
(Jorge) (isp.)
110 km2 (42 kv. mil)Beinda dağı
1,370 m (4,490 ft)
58°25′ c. e. 26°23′ q. u.
9Bristol adasıBristol Island
(Blanca) (isp.)
46 km2 (18 kv. mil)Darnli dağı
1,100 m (3,600 ft)
59°03′ c. e. 26°30′ q. u.
Cənubi Tule (Southern Thule)
10Bellinshauzen adasıBellingshausen Island1 km2 (0.39 kv. mil)Basilisk dağı
255 m (837 ft)
59°25′ c. e. 27°05′ q. u.
11Kuk adasıCook Island20 km2 (7.7 kv. mil)Harmer dağı
1,115 m (3,658 ft)
59°26′ c. e. 27°09′ q. u.
12TuleThule Island14 km2 (5.4 kv. mil)Larsen dağı
710 m (2,330 ft)
59°27′ c. e. 27°18′ q. u.
13Vysokaya BankVysokaya Bank59°43′ c. e. 27°58′ q. u.
Bütün310 km2 (120 kv. mil)Belinda
1,370 m (4,490 ft)

Tarixi redaktə

Arxipelaqın ilk dəfə kim tərəfindən kəşf olunması məlum deyildir. Arxipelaq haqqında ilk məlumatı Ceyms Kukun ekspedisiyası vermişdir. Onlar arxipelaqı Sandviç adlandırmışlar[1]. 1819-cu ildə adalar Mixail Petroviç LazarevFaddey Bellinshauzenin ekspedisiyası tərəfindən araşdırılır.

Əhalisi redaktə

Daimi əhalisi yoxdur, yalnız yay ayları elmi məqsədlər üçün adada olurlar.

Maraqlı fakt redaktə

  • Tule adası geoloji cəhətdən Antarktidaya aid edilsədə bəzən Cənubi Amerikaya daxil edilir. Beləliklə ada öz bölgəsinin ən ucqar cənub nöqtəsini təşkil edir.

İstinadlar redaktə