Bozun əlli çaları

Bozun Əlli Çaları (ing. Fifty Shades of Grey) — Britaniyalı yazıçı E. L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır.[1] Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar.

Bozun Əlli Çaları
Fifty Shades of Grey
MüəllifE.L. Ceyms
JanrErotik dram
Orijinalın diliİngiliscə
ÖlkələrBöyük Britaniya Birləşmiş Krallıq
Orijinalın nəşr ili20 iyun 2011
Səhifə514
NövRoman
SonrakıZülmətin Əlli Çaları
ISBN978-1-61213-028-6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qısa məzmunu

redaktə

Erotik məzmunlu "Bozun Əlli Çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2014-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-09.

Xarici keçidlər

redaktə