José Roberto Gama de Oliveira və yaxud məşhur adı ilə Bebeto (16 fevral 1964[1], Salvador, Baiya) hücumçu mövqeyində oynamış Braziliya futbolçusu. Braziliya millisində 75 oyunda 39 qol vuran Bebeto milli tarixinin 6-cı ən məhsuldar qolçusudur.

Bebeto
Ümumi məlumatlar
Tam adıJosé Roberto Gama de Oliveira
LəqəbiAğ qızıl
Doğum tarixi16 fevral 1964(1964-02-16)[1] (60 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu178 sm
Çəkisi68 kq
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubKaryerasını bitirib
Karyerası
Gənclik karyerası
1981–83Braziliya Vitoriya
Klub karyerası[* 1]
1983Braziliya Vitoriya0 (0)
1983–89Braziliya Flamenqo81 (34)
1989–91Braziliya Vasko da Qama53 (28)
1992–96İspaniya Deportivo131 (86)
1996Braziliya Flamenqo15 (7)
1997İspaniya Sevilya5 (0)
1997Braziliya Vitoriya8 (7)
1998–99Braziliya Botafoqo17 (9)
1999Meksika Toros Nesa8 (2)
2000Yaponiya Kaşima Antlers8 (1)
2000Braziliya Vitoriya3 (0)
2000Braziliya Vasko da Qama8 (2)
2002Səudiyyə Ərəbistanı Əl-İttihad5 (1)
Milli yığma[* 2]
1985–98 Braziliya75 (39)
Məşqçisi olduğu klublar
2009–10Amerika (Rio)
Təltif və medalları
Olimpiya oyunları
GümüşSeul 1988
BürüncAtlanta 1996
Dünya çempionatları
QızılABŞ 94
Gümüş Fransa 98
Konfederasiyalar kuboku
QızılSəudiyyə Ərəbistanı 1997
Copa America
Qızıl Braziliya 1989

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası redaktə

Klub karyerası redaktə

Peşəkar klub karyerası 1983-cü ildə başlayıb. Sonra növbə ilə Braziliya Futbol Liqasında Flamenqo, Vasko da Qama klublarında oynadı və ölkə xaricinə transfer oldu. Ölkə xaricində ilk klubu İspaniyanın Deportivo klubu oldu. Braziliya xaricində oynadığı digər klublar İspaniyanın Sevilya, Meksikanın Toros Nesa, Yaponiyanın Kaşima Antlers və Səudiyyə Ərəbistanının Əl-İttihad klublarıdır.[2]

Milli karyerası redaktə

Bebeto milli yığmada 1985-ci ildə debüt etdi. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında Braziliya millisi ilə gümüş medal qazandı. 1989-cu ildə Braziliyada keçirilən Amerika Kubokunda Braziliya yığması ilə turnirin qalibi, vurduğu 6 qolla isə turnirin bombardiri oldu.[3] 1989-cu ildəki uğurlu çıxışı nəticəsində Cənubi Amerikada ilin futbolçusu seçildi. 1994-cü ildə Braziliya dünya kubokunun sahibi olarkən Bebeto, vurduğu 3 qolla millinin ən məhsuldar oyunçularından biri oldu. 1990, 1994, 1998 dünya kuboklarında iştirak etdi və 2002-ci ildə karyerasını bitirdi. Bebeto 2010-cu ildə Rio-de-Janeyro ştatında konqresə seçilmişdi.

Uğurları redaktə

Komanda ilə uğurları redaktə

Şəxsi uğurları redaktə

İstinadlar redaktə

  1. 1 2 https://www.transfermarkt.com/bebeto/profil/spieler/26541.
  2. "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
  3. "Arxivlənmiş surət". 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.