FİFA Dünya Kuboku

Böyük kişilərdən ibarət milli komandanın yarışdığı beynəlxalq futbol yarışması
(Futbol üzrə dünya çempionatı səhifəsindən istiqamətləndirilmişdir)

FİFA Dünya KubokuFutbol üzrə ən əhəmiyyətli turnir. 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. (İkinci dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illər istisna olmaqla.)

2018 dünya çempionu Fransa milli futbol komandası

Tarixi redaktə

Dünyadakı ilk beynəlxalq futbol oyunu 20 noyabr 1872-ci ildə Qlazqo şəhərində Şotlandiya və İngiltərə arasında oynanıldı və 0–0 başa çatdı. İlk beynəlxalq turnir 1884-cü ildə başlayan British Home Championship-i idi. 20-ci əsrdə dünyada populyarlaşdıqdan sonra, futbol 1900 və 1904 Yay Olimpiya Oyunlarında medalsız şou idman növü kimi iştirak etdi (sonradan Beynəlxalq Olimpiya Komitəsi rəsmi bir yarış olaraq qəbul etdi). Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi.

Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi. Olimpiya Oyunlarında, demək olar ki, bütün komandalar gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu tam formal xarakter daşımağa başlamışdı. Peşəkarların və həvəskarların bərabər olduqları müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyalarının rəhbərləri daha yüksək yarışda – dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma Olimpiya komandalarına "itələmədilər". Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların təşkili o vaxtlar riskli iş idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədilə girişməsin. Olimpiya turnirləri ona, demək olar ki, gəlir gətirmirdi. Dünya çempiontlarının keçirilməsinə rəhbərlik etməklə Beynəlxalq Futbol Federasiyası gəlirin bölüşdürülməsində iştirak edə bilərdi və borca düşməzdi.

Nəticələr redaktə

İlEv sahibiİştirakçı sayıFinalTəsəlliverici final
ÇempionHesabİkinciÜçüncüHesabDördüncü
11930 Uruqvay13Uruqvay4:2ArgentinaABŞ(1)Yuqoslaviya
21934 İtaliya16İtaliya2:1
əlavə vaxt
ÇexoslovakiyaAlmaniya3:2Avstriya
31938 Fransa15İtaliya4:2MacarıstanBraziliya4:2İsveç
41950 Braziliya13Uruqvay(2)Braziliyaİsveç(2)İspaniya
51954 İsveçrə16Qərbi Almaniya3:2MacarıstanAvstriya3:1Uruqvay
61958 İsveç16Braziliya5:2İsveçFransa6:3Qərbi Almaniya
71962 Çili16Braziliya3:1ÇexoslovakiyaÇili1:0Yuqoslaviya
81966 İngiltərə16İngiltərə4:2
əlavə vaxt
Qərbi AlmaniyaPortuqaliya2:1SSRİ
91970 Meksika16Braziliya4:1İtaliyaQərbi Almaniya1:0Uruqvay
101974 Qərbi Almaniya16Qərbi Almaniya2:1NiderlandPolşa1:0Braziliya
111978 Argentina16Argentina3:1
əlavə vaxt
NiderlandBraziliya2:1İtaliya
121982 İspaniya24İtaliya3:1Qərbi AlmaniyaPolşa3:2Fransa
131986 Meksika24Argentina3:2Qərbi AlmaniyaFransa4:2
əlavə vaxt
Belçika
141990 İtaliya24Qərbi Almaniya1:0Argentinaİtaliya2:1İngiltərə
151994 ABŞ24Braziliya0:0
(3:2)
penaltilər
İtaliyaİsveç4:0Bolqarıstan
161998 Fransa32Fransa3:0BraziliyaXorvatiya2:1Niderland
172002 Cənubi Koreya / Yaponiya32Braziliya2:0AlmaniyaTürkiyə3:2Cənubi Koreya
182006 Almaniya32İtaliya1:1
(5:3)
penaltilər
FransaAlmaniya3:1Portuqaliya
192010 CAR32İspaniya1:0
əlavə vaxt
HollandiyaAlmaniya3:2Uruqvay
202014 Braziliya32 Almaniya1:0
əlavə vaxt
ArgentinaHollandiya3:0Braziliya
212018 Rusiya32Fransa4:2XorvatiyaBelçika2:0İngiltərə
222022 Qətər32Argentina3:3(4:2)penaltilərFransaXorvatiya2:1Mərakeş
232026 ABŞ Meksika Kanada48

Qeyd:

(1) 1930-cu ildə III yer uğrunda təsəlliverici final oyunu keçirilməyib. ABŞYuqoslaviya yarımfinalda məğlub olub.

(2) 1950-ci ildə rəsmi final və təsəlliverici final oyunları keçirilməyib. Çempionluq uğrunda mübarizə 4 komandanın iştirakı ilə keçirilən qrup turnirindən ibarət olub. Lakin Uruqvayın Braziliyaya 2:1 hesabı ilə qalib gəldiyi oyunu de-fakto final oyunu adlandırmaq olar.

Rekordları redaktə

FİFA Dünya Kuboku 1978

Ən böyük hesablı qələbələr

  • 1954-cü il. Macarıstan – Cənubi Koreya – 9:0, 1974-cü il. Yuqoslaviya – Zair – 9:0, 1982-ci il: Macarıstan – Salvador – 10:1

Ən erkən qolun müəllifi

  • Hakan Şükür: 2002-ci il. Türkiyə — Cənubi Koreya – 3:2 (11-ci saniyə)

Ən çox iştirak edən futbolçu

  • Antonio Karbaxal (Meksika, 1950–1966), Lotar Matteus (Almaniya, 1982–1998) – hərəsi 5 dəfə

Ən çox oyun keçirən futbolçu

Ən çox qol vuran

Bir turnirdə ən çox qol vuran

Bir oyunda ən çox qol vuran

  • Oleq Salenko (Rusiya, 5 qol). 1994-cü il. Rusiya – Kamerun – 6:1

Ən gənc futbolçu

  • Pele (Braziliya), 17 yaş 249 gün. "Futbol Kralı" bu yaşda qol vurmaqla da rekordçudur.

Ən yaşlı futbolçu

  • Fərid Mondraqon (Kolumbiya), 43 yaş 3 gün

Futbolçu kimi ən çox dünya çempionu

  • Pele (Braziliya), 3 qat dünya çempionu (1958, 1962, 1970)

Futbolçu və məşqçi kimi ən çox dünya çempionu

  • Mario Zaqallo (Braziliya), 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş, 1994-cü ildə ikinci məşqçi kimi

Tam medal komplektinə (qızıl, gümüş, bürünc) sahib olanlar

Ən çox iştirak edən yığma

  • Braziliya – 20 dəfə (bütün turnirlərdə iştirak edən yeganə yığmadır)

Ən çox uduzan yığma

  • Meksika – 21 dəfə

Finalda ən çox oynayan yığma Almaniya – 8 dəfə

Ən çox oyun keçirən məşqçi

  • Helmut Şön (Almaniya, 1966–78) – 25 oyun. O, eyni zamanda ən çox qalib gələn məşqçidir (16 dəfə)

Baş məşqçi kimi ən çox dünya çempionu olan

  • Vittorio Pottso (İtaliya, 1934 və 1938) – 2 dəfə

Ən çox oyun idarə edən hakim

Ən erkən sarı vərəqə

  • Campyero Marini (İtaliya) DÇ-82-də Polşa, Sergey Qorlukoviç (SSRİ) DÇ-1994-də İsveçlə görüş, hər ikisi oyun başlamamış

Ən erkən qırmızı vərəqə

  • Xose Batista (Uruqvay) DÇ-86-da Şotlandiya ilə oyun, 56-cı saniyə

Ən çox sarı və qırmızı vərəqə olan mundial

  • DÇ-2006–56 oyunda 310 sarı, 25 qırmızı. Bir oyunda ən çox sarı və qırmızı vərəqə da həmin mundialda olub. Belə ki, rusiyalı hakim Valentin İvanov Portuqaliya – Hollandiya görüşündə hər komandaya 2 olmaqla 4 qırmızı vərəqə göstərib. O, portuqaliyalı futbolçulara 9 sarı vərəqə verib.

Xarici keçidlər redaktə

🔥 Top keywords: