Adi toğlugötürən

Quşlar 1#

Adi toğlugötürən (lat. Gypaetus barbatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin toğlugötürən cinsinə aid heyvan növü.

Adi toğlugötürən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Adi toğlugötürən
Beynəlxalq elmi adı

Təsviri redaktə

Qartal boyda iri yırtıcıdır (5-6 kq). Qanadları ensiz uzundur. Quyruğu uzun və pazvaridir. Çənəsinin altında sərt qıl lələklərdən ibarət "saqqal" var. Bel tərəfi göyümtül-boz, qarın tərəfi isə kürən, başı və boynu açıq rənglidir.

Yayılması redaktə

Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda dağların alp və nival qurşaqlarında nəsil verir. Oturaq yaşayır. Yaşayış yeri və həyat tərzi: Sıldırım qayalığı xoşlayır, yem üçün alp və subalp çəmənliyinə uçur. Son illərdə Naxçıvanda Arazboyu sıldırım qayalıqda ilin bütün fəsillərində tək-tək olur, lakin yuvası tapılmayıb. Qışda (dekabr) sıldırım qaya üzərində yuva tikir. Eyni yuvadan uzun illər istifadə edir. Yanvar ayında 1-2 ədəd qonur ləkəli ağımtıl yumurta verir, 55-60 gün kürt yatır. İki bala çıxarmış ana quş zəif balanı yeyir, 1 bala böyüdür. İyul ayında pərvaz balası müşahidə olunur. Adama qarşı çox həssasdır, ehtiyatlı davranır. Ovunu havada süzməklə axtarır. Əsas yemi leşdir. “Quzugötürən” adlansa da heç bir ev heyvanına hücum etməsi qeyd edilməyib.

Sayı və azalma səbəbi redaktə

XIX əsrdə adi saylı, XX əsrin ortalarında nadir olub, 1990-cı illərdə kritik vəziyyətə düşmə təhlükəsi yaranıb. XX əsrin axırında 52 quş sayılıb, son 10 ildə isə 13 quş qeyd edilib. Böyük Qafqazın Azərbaycana məxsus yüksək dağlıq hissəsində 5 cüt qalıb.

Məhdudlaşdırıcı amillər redaktə

Uzun illər heyvandarlığa zərərli bilib təqib edilməsi, sonra da ovçuların rəqibi kimi tələf edilməsi, yem bazasının zəifləməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər redaktə

Ovlanması qadağandır. Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Şahdağ, Zəngəzur və Göygöl Milli Parklarında nəzarət altında saxlanılır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. Bakı zooparkında nümayiş etdirilib əhaliyə tanıdılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər redaktə

Qoruqların ərazisindən kənarda olan yuva sahələrinə təbiət abidəsi statusunun verilməsi, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, yem bazasının qorunması.

İstinadlar redaktə

Həmçinin bax redaktə