Çiro İmmobile

italyan futbolçusu

Çiro İmmobile (it. Ciro Immobile, 20 fevral 1990[1][2][…], Torre-Annunsiata[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu, "Latsio" klubu və İtaliya milli komandasının hücumçusu.

Çiro İmmobile
it. Ciro Immobile
Ümumi məlumatlar
Doğum tarixi20 fevral 1990(1990-02-20)[1][2][…] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu182 sm[3]
Çəkisi85 kq[4]
Mövqeyihücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

redaktə

Futbolçu 20 fevral 1990-cı ildə İtaliyada, Neapol şəhəri yaxınlığında kiçik Torre Annunziata şəhərində dünyaya gəlib.[5]

Karyerası

redaktə

Klub Karyerası

redaktə

Çiro 2002-ci ildə 12 yaşında olarkən "Sorrento" klubunun uşaq komandasına qoşulub.

İtsedadlı Çiro 2008-ci ildə "Yuventus" skautlarının diqqətini cəlb edir və futbolçu "Yuventus"un gənclər komandasına qoşulur. Çiro 2009-cu ilin mart ayının 14-də, "Bolonya" ilə oyunun 89-cu dəqiqəsində Del Pyeronu əvəz edərək meydana daxil olur və Yuventusun heyətində A Seriyasında debut edir. Ancaq "Yuventus"da möhkəmlənə bilməyən futbolçu ardıcıl olaraq "Siena", "Qrosetto" və "Peskara" klublarına icarəyə verilir.

"Peskara"da İmmobilenin ulduzu parlayır və 2011/12 mövsumundə bu klubda 37 oyuna 28 qol vuraraq klubun A Seriyasında yüksəlməsinə yardımçı olur. Növbəti mövsum "Cenoa" klubu futbolçunun transfer hüququnun yarısını "Yuventus"dan alır və futbolçu "Cenoa" klubuna qoşulur.

2013-cü ildə "Torino" klubu futbolçunu transfer edir. "Torino" ilə 2013/14 mövsumundə İtaliya çempionatının bombardiri olur.

Futbolçu 2014-cü ilin yayında 19 milyon avroya Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunur. Ancaq orda uğurlu olmayan futbolçu İspaniyanın "Sevilya" və İtaliyanın "Torino" klublarına icarəyə verilir. Ancaq bu klublardada uğurlu olmayan futbolçu 27 iyul 2016-cı il tarixində "Latsio"ya transfer olunur və orada təkrar ulduza çevrilir.

Milli komanda karyerası

redaktə

2008-ci ildən 2014-cü ilə kimi İtaliyanın müxtəlif aşağı yaş komandalarında çıxış edən futbolçu, 6 mart 2014-cü ildə İtaliyaİspaniya (0–1) oyununda İtaliya milli komandasında debut edir.

Karyera statistikası

redaktə
Sonuncu dəfə 6 fevral 2023 tarixində yeniləndi[6]
Klub statistikası
KlubMövsumLiqaKubokQitəDigərCəmi
DvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Yuventus2008–09A Seriyası10000010
2009–1020101040
Cəmi3010100050
Siena (icarə)2010–11B Seriyası412162
Qrosseto (icarə)2010–1116100161
Peskara (icarə)2011–123728003728
Cenoa2012–13A Seriyası33510345
Torino2013–143322113423
Borussiya Dortmund2014–15Bundesliqa2433364103410
Sevilya (icarə)2015–16La Liqa82323010154
Torino (icarə)2015–16A Seriyası14500145
Latsiyo2016–173623534126
2017–1833294298124741
2018–19361553514619
2019–2037362142104439
2020–21191410452419
2021–22312721744032
2022–231671011218
Cəmi2241572010342122202190
Klub Karyerasında cəmi3962243117442552476222

Milli komanda

redaktə
Sonuncu dəfə 24 mart 2022 tarixində yeniləndi[7]
İtaliya Milli komandasındakı statistikası
İlOyunQol
201491
201530
201684
2017102
201850
201943
202030
2021125
202210
Cəmi5515

Uğurları

redaktə

Komanda

redaktə

"Yuventus"

  • Viagero Turniri Qalibi (2): 2009, 2010

"Peskara"

  • B Seriyasının Qalibi: 2011/12

"Borussiya Dortmund"

"Latsio"

  • İtaliya kubokunun qalibi: 2018/19
  • İtaliya Superkubokunun qalibi (2): 2017, 2019

İtaliya millisi

  • Avropa çempionu: 2020

Fərdi

redaktə
  • B seriyasının bombardiri: 2011/12
  • A Seriyasının bombardiri (4): 2013/14, 2017/18 (Mauro İkardi ilə birlikdə), 2019/20, 2021/22
  • Qızıl buts qalibi: 2020
  • A Seriyasının simvolik "mövsümün komandası" üzvü (3): 2013/14[9] , 2017/18[10], 2019/20[11]
  • Avropa Liqasının simvolik "mövsümün komandası"nın üzvü: 2017/18[12]
  • "Latsio" tarixinin bombardiri: 163 qol

İstinadlar

redaktə
  1. 1 2 Ciro Immobile // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Ciro Immobile // As (isp.). Madrid: Grupo Prisa, 1967. ISSN 1888-6671
  3. 1 2 https://www.celebheights.com/s/Ciro-Immobile-52689.html.
  4. http://www.sslazio.it/it/tesserati/prima-squadra/player/50/Immobile.
  5. "Arxivlənmiş surət". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-06.
  6. Soccerway.com saytında profili (ing.)
  7. Çiro İmmobile National-Football-Teams.com'da
  8. "Statistics — Tournament phase — Players — Goals (Assists)". UEFA.com (ingilis). Union of European Football Associations. 28 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.
  9. "Serie A, 'Gran Galà del calcio': trionfa la Juve" (italyan). Il Corriere dello Sport. 15 dekabr 2014. 18 iyun 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.
  10. "Serie A Team of 2017-18" (italyan). Football Italia. 3 dekabr 2018. 4 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.
  11. "Gran Galà del Calcio: The winners" (italyan). Football Italia. 19 mart 2021. 18 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.
  12. "UEFA Europa League Squad of the 2017/18 Season" (ingilis). UEFA.com. 17 may 2018. 17 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.