Yunis Nəcəfov

Yunis Nəcəfov (31 avqust 1967, Kəlbəcər24 avqust 1992, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Yunis Nəcəfov
Yunis İsa oğlu Nəcəfov
Şəxsi məlumatlar
Doğum tarixi31 avqust 1967(1967-08-31)
Doğum yeri
Vəfat tarixi24 avqust 1992(1992-08-24) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüQuru qoşunları
Xidmət illəri1991-1992
RütbəsiBaş leytenant
DöyüşlərQarabağ müharibəsi
Təltifləri"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirmişdir. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə daxil olur daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirir. 1989-cu ildə leytenant rütbəsi alır və qulluğa başlayır. 1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır.[1] Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq sınmır, əksinə o daha ciddi mübarizə aparmağa başladı.

Döyüşlərdə iştirakı

redaktə

1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis "N" saylı bölüyə komandir təyin edildi. Yunis bir neçə şəhər və rayonlarda şərəfli döyüş yolu keçmişdir. O, Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində xüsusilə fərqlənmişdi. Daha sonra müharibəyə döyüşçülər hazırlamaq məqsədilə Bakıya göndərilir. Lakin LaçınŞuşa erməni hücumlarına məruz qalan zaman yenidən cəbhəyə dönür. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilib.

Goranboy rayonundaBiləcəri qəsəbəsində büstü qoyulub.

İstinadlar

redaktə
  1. Kəpəz TV. "Milli Qəhrəmanın xatirəsi anılıb" (az.). Youtube.com. 24.08.2019. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-24.

Ədəbiyyat

redaktə