Yens Stoltenberq

Yens Stoltenberq (norv. Jens Stoltenberg; 16 mart 1959[1][2][…], Oslo, Norveç[2]) — Norveç dövlət və siyasi xadimi, 2000–2001 və 2005–2013-cü illərdə Norveçin baş naziri, 1 oktyabr 2014-cü ildən NATO-nun baş katibi.

Yens Stoltenberq
norv. Jens Stoltenberg
Yens Stoltenberq, 3 iyun 2009
Yens Stoltenberq, 3 iyun 2009
bayraq
NATO-nun 13-cü baş katibi
Vəzifədədir
1 oktyabr 2014-dən
ƏvvəlkiAnders Foq Rasmussen
bayraq
Norveçin 20-ci baş naziri
17 oktyabr 2005 – 16 oktyabr 2013
MonarxV Harald
ƏvvəlkiKyel Maqne Bondevik
SonrakıErna Solberq
bayraq
Norveçin 18-ci baş naziri
3 mart 2000 – 19 oktyabr 2001
MonarxV Harald
ƏvvəlkiKyel Maqne Bondevik
SonrakıKyel Maqne Bondevik
Şəxsi məlumatlar
Doğum tarixi16 mart 1959(1959-03-16)[1][2][…] (65 yaş)
Doğum yeri
Partiya
TəhsiliOslo Universiteti
Fəaliyyətiiqtisadçı, siyasətçi, dövlət xadimi
AtasıTurvald Stoltenberq
Uşağı2
Elmi fəaliyyəti
Elm sahəsiiqtisadiyyat, siyasət

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Yens Stoltenberq Norveçdə tanınmış siyasətçi ailəsində dünyaya gəlmişdir. Onun atası, Turvald Stoltenberq 1979–1981-ci illərdə Norveçin müdafiə naziri, 1987–1989 və 1990–1993-cü illərdə isə xarici işlər naziri olmuşdur.

Yens karyerasına Norveçdə solçuların əsas mətbuat orqanı olan "Arbeiderbladet" qəzetində jurnalist kimi başlamışdır. 1985–1989-cu illərdə Norveç Fəhlə Partiyasının gənclər təşkilatına rəhbərlik etmişdir. 1993–1996-cı illərdə Qru Harlem Brundtland hökumətində ticarət və energetika naziri, 1996–1997-ci illərdə Turbyorn Yaqland hökumətində maliyyə naziri olmuşdur.

2000-ci ilin martında baş nazir vəzifəsini tutmuş, 10 sentyabr 2001-ci ildə keçirilən seçkilərdə onun partiyası 24% səslə öz tarixinin ən zəif nəticəsini göstərərək məğlub olmuşdur.

2002-ci ildə Norveç Fəhlə Partiyasının rəhbərliyində Turbyorn Yaqlandı əvəz etmiş və 12 sentyabr 2005-ci il seçkilərində qalib gələrək 17 oktyabr 2005-ci ildə yeni hökumətə rəhbərlik etməyə başlamışdır. 2009-cu il seçkilərində də yüksək nəticə göstərərək növbəti 4 il müddətində hakimiyyətdə qalmışdır. 2013-cü il seçkilərində Stoltenberqin partiyası parlamentdə üstünlüyü itirdi və onun hökuməti istefaya getdi.

28 mart 2014-cü ildə vəzifələrinin icrasına 1 oktyabr 2014-cü ildən başlamaqla NATO-nun növbəti baş katibi seçilmişdir.

İstinadlar redaktə