Yalçın Nəsirov

Azərbaycanın Milli Qəhrəmanı

Yalçın Canhəsən oğlu Nəsirov (23 yanvar 1976, Astara rayonu24 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı şəhid olmuşdur.

Yalçın Nəsirov
Doğum tarixi
Doğum yeriSərək, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriSərək
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
AtasıCanhəsən Nəsirov
Diniİslam
Fəaliyyət illəri1994–1995
Mükafatları"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 19821992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. TərtərŞamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.[1]

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Astara rayonu Sərək kənd orta məktəbi onun adını daşıyır.

Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulmuşdur

İstinadlar

redaktə
  1. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 228.