Xaçlar dağı

Xaçların sayı[1]
18003000-dən çox
1900130
1902155
192250
1938400-dən çox
19615000-i məhv edilib
19751200-ü məhv edilib
199055000
2006100000-dən çox

Xaçlar dağı (lit. Kryžių Kalnas) — Litvanın Şaulyay şəhərinin yaxınlığında qeyri-adi məkan.

Litvanın Şaulyay şəhərinin yaxınlığında yerləşir. Şəhərdən 12 kilometr aralıda olan "Xaçlar dağı" adlanan təpədə müxtəlif ölçü və formada 100 min xaç var.

XIV əsrdə xaçların təpəyə qoyulmağa başladığını deyən litvalılar "Xaçlar dağı"nı yadelli işğalçılara qarşı mübarizə və müqavimət simvolu hesab edirlər.

SSRİ dövründə 1961, 1973 və 1975-ci illərdə təpədəki bütün xaçlar çıxarılıb, ərazi buldozerlə düzləndirilib. Lakin katolik litvalılar etiqadlarının paklığını göstərmək üçün inadla təpəyə xaç basdırmağa davam ediblər.

Beləcə, "Xaçlar dağı" litvalıların millətçiliyi, azadlıq istəyi, inancı və mübarizliyinin simvoluna çevrilib.[2]

"Xaçlar dağı"nın panoraması

İstinadlar redaktə

  1. "Kryžių skaičius" (litva). Lithuanian Millennium of Cultural Heritage Virtual Tour. 2007-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
  2. İşğalçılara qarşı 100 min xaçlı təpə. milli.az Arxivləşdirilib 2011-04-10 at the Wayback Machine  (az.)

Xarici keçidlər redaktə