Vilyam Hovard Stayn

Uilyam Hovard Stayn (ing. William Howard Stein; 25 iyun 1911[1][2][…], Nyu-York, Nyu-York ştatı2 fevral 1980[1][2][…], Nyu-York, Nyu-York ştatı) – Amerika biokimyaçısı. ABŞ Milli Elmlər Akademiyasının (1960il)[3]Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü.

Vilyam Hovard Stayn
ing. William Howard Stein
Doğum tarixi25 iyun 1911(1911-06-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi2 fevral 1980(1980-02-02)[1][2][…] (68 yaşında)
Vəfat yeri
Elm sahəsibiokimya
İş yeri
Təhsili
Üzvlüyü
MükafatlarıKimya üzrə Nobel mükafatı

Bioqrafiyası

redaktə

Harvard Universitetini (1933il) bitirmiş və Kolumbiya Universitetinin Tibb və Cərrahlar Kollecində (1938il) PhD dərəcəsi almışdır. 1938-ci ildən Rokfeller Universitetində (Nyu-York) işləyir, 1955-ci ildən isə biokimya professorudur. 1968–1971-ci illərdə Biological Chemistry jurnalının redaktoru olub.

Əsas işləri

redaktə

Uilyam Hovard Staynın əsas işləri zülallarınfermentlərin analitik kimyası üzrə olmuşdur. O, ilk dəfə olaraq (başqaları ilə birlikdə) ribonukleaza fermentinin ilkin strukturunu təyin edərək, ion mübadilə xromatoqrafiyası əsasında amin turşularının kəmiyyət üsulunu işləyib hazırlamış, fermentlərin aktiv mərkəzlərinin strukturunu tədqiq etmişdir.

Nobel mükafatı

redaktə

Kimya üzrə Nobel mükafatını 1972-ci ildə Stanford Mur və Kristian Anfinsen ilə birgə "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" almışdır.

İstinadlar

redaktə
  1. 1 2 3 4 William H. Stein // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 William Howard Stein // Brockhauz Ensiklopediyası (alm.).
  3. Стайн, Уильям Говард на сайте Национальной академии наук США (англ.)

Xarici keçidlər

redaktə
🔥 Top keywords: