UEFA Avro 1968

(UEFA Avropa Kuboku 1968 səhifəsindən istiqamətləndirilmişdir)

Futbol üzrə 3-cü Avropa çempionatı — final turniri 1968-ci il 5-10 iyun tarixində İtaliyada keçirilən futbol yarışı.

UEFA Avro 1968
Yarış məlumatları
Ev sahibiİtaliya İtaliya
Tarix5-10 iyun 1968
Başlama tarixi5 iyun 1968
Bitmə tarixi10 iyun 1968
Komanda sayı4
Stadion sayıStadio Olimpiko
San-Paolo
Stadio Kommunale (Roma
Neapol
Florensiya ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempion İtaliya
İkinci Yuqoslaviya
Üçüncü yer İngiltərə
Dördüncü yer SSRİ
Yarış statistikası
Oyun sayı5
Qol sayı(matç başına: 1.4)
Tamaşaçı sayı260916 matç başına: 52183
Mükafat sahibləri
Bombardir(lər)Yuqoslaviya Draqan Caiç (2 qol)
1964
1972
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu turnirdə "Avropa Kuboku" adından imtina edib, "Avropa çempionatı" adına keçilməsi qərara alınmışdır. Çünki UEFA bu turnirdə Olimpiya sisteminin qarışıq sistemlə əvəzlənməsini məqsədəuyğun hesab etmişdir.

Yeni qaydalara görə milli yığmalar əvvəlcə 8 qrupda mübarizə aparır, bu qruplardakı komandalar öz aralarında evdə və səfərdə olmaqla iki görüş keçirirdilər. Sonra, yəni 1/4, 1/2 və finalda əvvəlki kimi "uduzan çıxır" sistemi dövrəyə girirdi. Qruplar formalaşdırılarkın ilk dəfə bu turnirdə "səpələmə" prinsipi tətbiq olunmuşdur. Səkkiz güclü millinin hər biri bir qrupun başında durmuşdur. Turnirdə ümumilikdə 31 komanda iştirak etmişdir.

SSRİİtaliya milliləri arasında keçirilən yarımfinal oyunu 0:0 hesablı bərabərliklə nəticələnmişdir. Qalibi püşkatma (dəmir pul atmaq) müəyyənləşdirmişdir. Püşkatma zamanı bəxt SSRİ millisinin kapitanı Albert Şesternyovdan üz döndərmişdir. Belə yüksək səviyyəli futbol turnirində bu cür püşkatma birinci və sonuncu dəfə olmuşdur.

İştirakçılar redaktə

Şəhərlər və stadionlar redaktə

NeapolFlorensiyaRoma
San-PaoloStadio KommunaleStadio Olimpiko
40°49′40″ şm. e. 14°11′34″ ş. u.43°46′51″ şm. e. 11°16′58″ ş. u.41°56′01″ şm. e. 12°27′17″ ş. u.
Tutumu: 72 800Tutumu: 47 000Tutumu: 86 500
UEFA Avro 1968, İtaliya

Seçmə mərhələsi oyunları redaktə

Seçmə mərhələsinin oyunları iki mərhələli keçirilmişdir: qrup mərhələsi (1966-cu ildən 1968-ci ilədək davam etmişdir) və 1/4 final oyunları (1968-ci ildə keçirilmişdir). Yeddi qrupda 4, bir qrupda isə 3 komanda mübarizə aparmışdır. Komandalar biri-biriləri ilə iki oyun (evdə və səfərdə olmaqla) oynamışlar. Yalnız qrup qalibləri təsnifatın sonrakı mərhələsinə adlaya bilmişlər.

1/4 final iştirakçıları da öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə olmaqla). Cütlüklərin qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar.

Komandaların heyətləri redaktə

Final turniri redaktə

YarımfinalFinal
5 iyun. Neapol
   İtaliya (püşkə görə) 0 
   SSRİ 0 
 
8 iyun. Roma (yenidən oynama 10 iyun)
     İtaliya 2 (1)
    Yuqoslaviya 0 (1)
Üçüncü yer uğrunda oyun
5 iyun. Florensiya8 iyun. Roma
   Yuqoslaviya 1   İngiltərə 2
   İngiltərə 0    SSRİ 0

1/2 final redaktə

5 iyun 1968
18:00
İtaliya  0 : 0*
Hesabat
 SSRİ
Sadio San-Paolo, Neapol
Tamaşaçı: 68 582
Hakim: Kurt Çençer
Heyətlər:
İtaliya: Dzoff, Burnyiç, Fakketti, Ferrini, Berçellino, Kastano, Domengini, Yuliano, Matssola, Rivera, Prati
SSRİ: Pşeniçnikov, İstomin, Şesternyov, Kapliçnı, Afonin, Lenev, Loqofet, Malofeyev, Banişevski, Bışovets, Yevryujixin

* İtaliya püşk (dəmir pul atmaq) sayəsində finala çıxmışdır.


5 iyun 1968
21:15
Yuqoslaviya  1 : 0
Hesabat
 İngiltərə
Caiç  86'Qollar
Stadio Kommunale, Florensiya
Tamaşaçı: 21 834
Hakim: Xose Mariya Ortis de Mendibil
Heyətlər:
Yuqoslaviya: İ.Panteliç, Fazlaqiç, Paunoviç, Holtser, Damyanoviç, Pavloviç, Triviç, Osim, Petkoviç, Musemiç, Caiç
İngiltərə: Benks, Lebon, Vilson, Mülleri, Nyuton, Mur, Boll, Hanter, B.Çarlton, Hant, Piters

3-cü yer uğrunda oyun redaktə

8 iyun 1968
18:45
İngiltərə  2 : 0
Hesabat
 SSRİ
B. Çarlton  39'
Hörst  63'
Qollar
Stadio Olimpiko, Roma
Tamaşaçı: 68 817
Hakim: İştvan Jolt
Heyətlər:
İngiltərə: Benks, T.Rayt, Vilson, Staylz, Lebon, Mur, Hanter, B.Çarlton, Hant, Herst, Piters
SSRİ: Pşeniçnikov, İstomin, Şesternyov, Kapliçnı, Afonin, Lenev, Loqofet, Malofeyev, Banişevski, Bışovets, Yevryujixin

Final redaktə

8 iyun 1968
21:15
İtaliya  1 : 1
Hesabat
 Yuqoslaviya
Domengini  80'QollarCaiç  39'
Stadio Olimpiko, Roma
Tamaşaçı: 68 817
Hakim: Qotfrid Dinst
Heyətlər:
İtaliya: Dzoff, Burnyiç, Quarneri, Kastano, Fakketti, Ferrini, Yuliano, Lodetti, Domengini, Anastazi, Prati
Yuqoslaviya: İ.Panteliç, Fazlagiç, Paunoviç, Holtser, Damyanoviç, Pavloviç, Triviç, Açimoviç, Petkoviç, Musemiç, Caiç

Finalın yenidən oynanılması redaktə

Əsas məqalə: UEFA Avro 1968 finalı
10 iyun 1968
21:15
İtaliya  2 : 0
Hesabat
 Yuqoslaviya
Riva  12'
Anastazi  31'
Qollar
Stadio Olimpiko, Roma
Tamaşaçı: 55 000
Hakim: Xose Mariya Ortis de Mendibil
Heyətlər:
İtaliya: Dzoff, Burnyiç, Quarneri, Salvadore, Fakketti, De Sisti, Rozato, Matssola, Domengini, Anastazi, Riva
Yuqoslaviya: İ.Panteliç, Fazlagiç, Paunoviç, Holtser, Damyanoviç, Pavloviç, Triviç, Açimoviç, Xoşiç, Musemiç, Caiç
1968
Avropa çempionu
 İtaliya
Birinci titul

Bombardirlər redaktə

2 top

1 top

Simvolik yığma komanda redaktə

Mənbə: UEFA[1]

İstinadlar redaktə

  1. "1968: Simvolik yığma komanda". 2016-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-31.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə