Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır.

VahidHeyətRəhbər
Tim4Kiçik çavuş
Çavuş
Baş çavuş
Birinci dərəcəli starşina
İkinci dərəcəli starşina
Üçüncü dərəcəli starşina
Manqa8-13Kiçik gizir
Gizir
Baş gizir
Kiçik miçman
Miçman
Baş miçman
Taqım25-26Kiçik leytenant
Leytenant
Baş leytenant
Bölük80-225Baş leytenant
Kapitan (hərbi rütbə)
Kapitan-leytenant
Tabor300-1300Kapitan (hərbi rütbə)
Mayor
Polkovnik-leytenant
Üçüncü dərəcəli kapitan
Alay1300-3000Polkovnik-leytenant
Polkovnik
İkinci dərəcəli kapitan
Briqada3000-5000Polkovnik
General-mayor
Kontr-admiral
Diviziya10000-15000General-mayor
Kontr-admiral
Korpus20000-45000General-leytenant
Vitse-admiral
Ordu80000-200000General-polkovnik
Admiral
Ordu qrupu400,000–1,000,000Dörd ulduzlu general/Admiral/Marşal/Böyük Admiral

Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir.

Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir.

Motaatıcı tabor redaktə

Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor.

  • 3 motaatıcı bölük
  • Minaatan batareya
  • Artilleriya batareya
  • Yükdaşıyan avtomobil taqımı
  • Tankəleyhinə taqım
  • Qumbaraatan taqım
  • Texniki-təminat taqımı
  • Maddi-təminat taqımı
  • Tibbi-yardım

Tank taboru redaktə

Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor.

  • 3 tank bölüyü
  • Rabitə taqımı
  • Texniki-təminat taqımı
  • Maddi-təminat taqımı
  • Tibbi-yardım

Rabitə taboru redaktə

Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir.

  • Tabor qərargahı
  • Radio bölüyü
  • Estafet bölüyü
  • Təmir dəstəsi

Təmir taboru redaktə

Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir. Baxım təmir taboru, ümumiyyətlə aşağıdakı kimi təşkilatlandırılır.

  • Tabor qərargahı
  • 2 Palitralı vasitə təmir bölüyü
  • 1 Təkərli vasitə təmir bölüyü
  • 1 Sursat təmir bölüyü
  • 1 Nəqliyyat vasitəsi qurtarma bölüyü
  • 1 Xüsusi təmir bölüyü
  • 1 Baxım təmir taqımı

İstehkam taboru redaktə

Briqadanın nəqliyyatı üçün lazımlı infrastrukturdan və ərazi təhlükəsizliyindən məsul vahiddir. İstehkam taborları ümumiyyətlə aşağıdakı kimi təşkilatlandırılır.

  • Tabor qərargahı
  • 1 Mina təmizləmə bölüyü
  • 1 İnşa bölüyü
  • 1 Yol körpü inşa bölüyü
  • 1 Səyyar körpü bölüyü
  • 1 İstehkam kəşf bölüyü
  • 1 Xəbərləşmə bölüyü
  • 1 Təmir taqımı

KQSM (kütləvi qırğın silahlarından müdafiə) taboru redaktə

Kimyəvi silahlar və bunların təsirlərinə qarşı lazım olan tədbirləri görməklə vəzifəli, xüsusi təhsilli işçilərdən yaradılar. Kimyəvi müdafiə etmə taborları aşağıdakılardan ibarətdir.

  • Tabor qərargahı
  • 1 Dekontaminasyon bölüyü
  • 1 Kimyəvi kəşfıyyat bölüyü
  • 1 Təmir taqımı

Tibbi yardım taboru redaktə

  • Tabor qərargahı
  • 1 Gigiyenika bölüyü
  • 1 Xəstə-yaralı nəqlıyyat bölüyü
  • 1 Dezinfeksiyon bölüyü
  • 1 Təmir taqımı

Azərbaycan Quru Qoşunlarının tabeçiliyindəki taborlar redaktə

Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.