TR-85 (Tanc Romanesc 85), T-55 tanklarının konstruksiyalarının bazası əsasında inkişaf etdirilmiş olan birinci nəsil əsas döyüş tankıdır. Bu tankların üzərlərində bəzi konstruksiya dəyişiklikləri həyata keçirilmişdir.

TR-85
TR-85M1
TR-85M1
Tipiəsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri1985
İstismara başlanması1986
İstismar edənlər Rumıniya
İstifadə edilən döyüşlər1989-cu ildə baş vermiş olan Ruminiya inqilabı
İstehsal tarixçəsi
Konstruksiya tarixi1978-1986
İstehsal illəri

1986-1990-cı illər arasında (TR-85);

1997-2009-cu illər arasında (TR-85M1 tanklarının modifikasiya edilmiş versiyası)
İstehsal sayı400
Xüsusiyyətləri
Ağırlığı47,2 ton
Zireh580 mm-lik polad
MühərrikModel 8VS-A2T2M 8-silindrli dizel
Güc nisbəti17 at gücü/ton
Mühərrik gücü800 at gücü
Əsas silah100 mm-lik yivli tank topu A-308
Köməkçi silah7,62 mm-lik cütləşdirilmiş və 12,7 mm-lik DShK pulemyotu
Uzunluğu9,96 m
Eni3.435 m
Hündürlüyü9,10 m
Ekipaj4 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bunlar;

  • Tank qülləsinə əlavə edilmiş olan əlavə zirehli plitələr
  • Lazerlə hədəflərin avtomatik olaraq tapılması və məsafənin hesablanması

Burulma çubuğuna əsaslanan dayandırılma sisteminə malikdir. Maksimum sürəti saatda 60 km olan bu tankların hərəkət məsafəsi (yeriş ehtiyatı) 400 km təşkil edir.

Dizayn xüsusiyyətləri

redaktə

Motoru

redaktə

Motoru Almaniya istehsalı olan Leopard 1 tanklarının motoruna oxşar şəkildə dizayn edilmiş olan T tipli dizel bir motor blokudur, 800 at gücünə malikdir.

Əsas silahı və silah təchizatları

redaktə
  • Əsas silahı yivli 100 mm-lik tank topudur.
  • Yerli istehsal olan külək sensoru və atəşə nəzarət sistemi ilə təchiz edilmişdir.
  • Tankın tırtıl bölməsi polad plitələr ilə əhatə edilərək qorunur.
  • 1985-ci ildə kütləvi istehsala buraxılmışdır və müasir dövrə kimi bu tanklardan 400 ədəd buraxılmışdır.

Variantları

redaktə
  • TR-85
  • TR-85M
  • TR-85M1 Bizonul
  • TR-85M2 yoxlama mərhələsindədir

İstifadə edildiyi müharibələr

redaktə
  • 1989-cu ildə baş vermiş olan Rumıniya inqilabı.
1989-cu ildə baş vermiş olan Rumıniya inqilabı zamanı Buxarestdə olan TR-85 tankı.

İstifadəçilər

redaktə
  • Rumıniya Quru qoşunları
  • 259 ədəd TR-85
  • 56 ədəd TR-85M1

Qaleriya

redaktə