Spartak Subotiça FK

Spartak Zlatibor Voda FK (serb-kiril. Фудбалски клуб Спартак Суботица) və ya Spartak Subotiça FK (serb-kiril. ФК Спартак Суботица), —  Serbiyanın ən üst səviyyəli futbol liqası olan Serbiya Super Liqasında iştirak edən bir futbol klubu.

Spartak Subotiça FK
Спартак
Klubun tam adıSpartak Zlatibor Voda FK
ÖlkəSerbiya Serbiya
Ləqəb(lər)Плави голубови (Göy Göyərçinlər)
Маринц (Dənizçilər)
Спартанци (Spartalılar)
Yaranma tarixi21 aprel 1945 (79 il əvvəl) (1945-04-21)
StadionuSubotiça Şəhər Stadionu
Tutumu13.000
Koordinatlar46°04′32″ şm. e. 19°40′22″ ş. u.
PrezidentiDraqan Simoviç
Baş məşqçisiAndrey Çernişov
LiqaSerbiya Superliqası
2022/202310-cu
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

1945-ci ildə qurulan Spartak Subotiça FK, Voyvodina FK-dan sonra Serbiyanın şimalındakı ən müvəffəqiyyətli futbol klubu olmuşdur[1]. İlk müharibə sonrası futbol çempionatına 1946-1947 illər arasında Yuqoslaviya Birinci Liqasında qatılmış və bundan sonra həmişa birinci və ikinci milli liqalar arasında oynamışdır. Klubun ən böyük müvəffəqiyyəti, 1993-1994 illəri arasında Yuqoslaviya FR Kuboku finalında Partizan Belqrad FK-a qarşı (1-6 məğlub) oynadığında əldə edilmişdir.

1945-ci ilə qədər fəaliyyətdə olan JAK Subotiça FK-nun dağılmasından sonra, yeni qurulan iki klubda (Radniki ya da Qraqilanski) oynamaq istəməyən oyunçular, Spartak Subotiça FK-u qurdular. Yeni qurulan futbol klubunu, əfsanəvi bir Subotiça atleti və ikinci dünya müharibəsi komandiri olan Yovan Mikiçin ləqəbi (Spartak) ilə adlandırıldı. Klub ilk illərində çox fəal olaraq, Subotiça futbol ənənəsini davam etdirirdi. Klubun bir çox oyunçusu daha sonra ölkənin və ya dünyanın ən böyük futbol klublarında oynamağa başladılar. Bəziləri isə milli komandada oynamağa başladı.[2]

Azarkeşlər

redaktə

Spartak Subotiça FK-nun azarkeşləri özlərini Marinci adlandırırılar[3]. Bu söz Azərbaycan dilində dənizçi deməkdir. Bu ləqəb 1989-cu ilin əvvəllərində yaranmışdır.

Stadion

redaktə

Subotiça Şəhər Stadionu (serb-kiril. Градски стадион Суботица[4]), Serbiyanın Subotiça şəhərində yerləşən və çox istifadə edilən bir stadiondur. Hələ də əksəriyyətlə futbol matçları üçün istifadə edilməkdədir. Stadion 1945-ci ildən bəri futbol klubunun əsas stadionudur. Stadionun tamaşaçı tutumu 13 mindir[5]. Stadionun bir futbol meydançasıatletik yarışlara uyğun cığırı var. Stadionun iki yan meydançası da mövcuddur.

Subotiça Şəhər Stadionu

Spartak Avropada

redaktə

Mitropa Kuboku

redaktə

Mitropa Kuboku, klubun qatıldığı ilk böyük beynəlxalq futbol kuboklarından biri idi.

MövsümMüsabiqəRaundÖlkəKlubHesabMövqeyi
1987Mitropa KubokuYarı-Final İtaliyaAskoli FK1-2Askoli Piseno, İtaliya
3-cü/4-cü yer MacarıstanVasas FK0-2Porto Sant Elpidiyo, İtaliya
  • 1 sezonda UEFA Avropa Liqası üçün uyğun görülmüşdür.
MövsümMüsabiqəTurÖlkəKlubEvSəfərÜmumi
2010/2011UEFA Avropa Liqası2-ci Təsnifat Mərhələsi LüksemburqDifferdanj 03 FK2-03-35-3
3-cü Təsnifat Mərhələsi UkraynaDnepr Dnepropetrovsk FK2-10-22-3

Uğurları

redaktə
Yuqoslaviya İkinci Liqası (4)
  • 1952, 1971–1972, 1985–1986 (Qərb), 1987–1988 (Qərb)

Yuqoslaviya Kuboku:

  • İkincilik Mükafatı (2): 1961-1962, 1993–1994

Komanda Heyəti

redaktə

Xarici Oyunçular

redaktə
  • Emil Abaz
  • Savo Paviçeviç
  •   Milan Puroviç

Xarici Keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Klub Tarixi Arxivləşdirilib 2013-01-21 at the Wayback Machine, www.fkspartakzlatiborvoda.com. 2013-cü ilin Sentyabr ayının 25-də alındı.
  2. GradSubotica.co.rs Arxivləşdirilib 2021-12-31 at the Wayback Machine. 2013-cü ilin Aprel ayının 27-də alındı.
  3. "TIFO NAJAVA: Pazar na Čika Dači, Delije pune sever (section about the Spartak - Vojvodina derby)" Arxivləşdirilib 2019-03-06 at the Wayback Machine. Sportski žurnal (azərb. İdman Jurnalı‎). 2013cü ilin Yanvar ayının 25-də alındı.
  4. Spartak FK Arxivləşdirilib 2012-04-22 at the Wayback Machine. srpskistadioni.in.rs-da.
  5. "Arxivlənmiş surət". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18.