Seymur Məmmədov

Seymur Qəhrəman oğlu Məmmədov (18 sentyabr 1971, Füzuli1 aprel 1992, Məlikcanlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.[1]

Seymur Məmmədov
Seymur Qəhrəman oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi18 sentyabr 1971(1971-09-18)
Doğum yeriFüzuli şəhəri, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeriMəlikcanlı, Xocavənd rayonu, Azərbaycan
Dəfn yeriBakı şəhəri, Şəhidlər xiyabanı
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Respublikası
Döyüşlər
Təltifləri"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini AlmaniyaUkraynada keçirir.[2]

Döyüşlərdə iştirakı

redaktə

Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi. Həmin döyüşdə snayperlə vurulan Seymur 20 yaşında qəhrəmancasına şəhid oldu.[2]

Ailəsi

redaktə

Subay idi.[2]

Xatirəsi

redaktə

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[1]

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.[2]

Oxuduğu məktəb onun adını daşıyır.[2]

2019-cu ildə "Salnaməfilm" studiyasında haqqında "Qartal yuvası" sənədli filmi çəkilmişdir.[3] Filmin rejissoru Çingiz Həsənovdur.[4]

Ədəbiyyat

redaktə

İstinadlar

redaktə
  1. 1 2 "National Heroes". Azerbaijans.com. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2018.
  2. 1 2 3 4 5 "MƏMMƏDOV SEYMUR QƏHRƏMAN oğlu". veten-ugrunda.az. 9 September 2015. 10 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2018.
  3. CBC TV. "Фильм о подвигах Национального Героя Азербайджана" (rus). Youtube.com. 21.05.2019. İstifadə tarixi: 2019-05-21.
  4. Real TV. ""Qartal yuvası"nın təqdimatı" (az.). Youtube.com. 21.05.2019. İstifadə tarixi: 2019-05-21.

Xarici keçidlər

redaktə