Böyük Kral Secon (Devanq) (10 aprel 139717 fevral 1450), Coson sülaləsinə hökmranlıq etmiş kraldır. Koreya əlifbası olan Hanqıl, onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım (Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir.

Secon
kor. 이도
Doğum tarixi10 aprel 1397
Vəfat tarixi17 fevral 1450 (52 yaşında)
Vəfat səbəbişəkərli diabet
Fəaliyyətidilçi, siyasətçi, monarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taxta gəlişi

redaktə

Böyük Secon (Sejong The Great) (6 may 1397–18may 1450) Coson sülaləsinin dördüncü kralıdır.

Koreya əlifbası olanHanqıl onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım (Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir.Bundan əvvəl isə yazı dil çətin olduğuna görə əhalinin çox az hissəsi Çin hərflərini(simvollarını) öyrənə bilirdi. Koreya dilində yazı sistemi yaratmaq istəyənKral Secon və dil müdrikləri bu fikri möhkəmləndirmək üçün Çin, Uyğur, Monqoldillərini və hərflərini araşdırmışdılar.

Secon "Böyük" adına layiq görülmüş iki idarəçidir biridir. Öldükdən sonra bu ada təltif edilmişdir. Bu ada layiq görülən digər idarəçi də Qoquryo Kralı Qvanqqetodur.

Kral Secon Teconunüçüncü oğludur. Secon 12 yaşında olanda "Böyük şahzadə Çunqyonq" adını almışvə Çonqsonqun qızlarından biri olan Şim On (Şim Xanım olaraq da tanınır) iləevlənmişdir. Şim Xanım daha sonra kraliça Sohon adını almışdır.

Secon balaca şahzadə olanda çox çalışırdı. Buna görə də iki qardaşının olmasına baxmayaraq Kral Teconun sevimlisi idi.

Taxta Kral Seconun çıxmasının səbəbi onun digər iki şahzadədən fərqli və xüsusi olması idi. Ən böyük şahzadə Yanqyonq, Krallıq üçün lazımi bacarıqlara sahib olduğuna inanırdı ancaq Seconun kral olacağını hiss edirdi. İkinci şahzadə Hyoryonq da krallığınbaşına Seconun keçməsini özünə borc bilirdi. Hər ikisi bir neçə səbəblərə görə Seuldan sürgün edildi. Ən böyük şahzadə səyyah oldu və dağlarda yaşadı. İkinci şahzadəBuddis məbədinə gedib keşiş oldu. Beləcə 1418-ci il avqust ayında kral Secontaxta keçdi.

Əlavələr

redaktə

Kral Secon öz dövründə təqvimlər, su saatları və ən vacibi Hanqıl yazı sistemi ilə HunminConqım xalqa təqdim etdi. Kral Secon özdövründə atasının nəsihətlərinə və təlimatlarına uyğun olaraq, General Kim ConqSo’nun köməyi ilə hərbi sahədə də güclənmiş və digər ölkələrlə əlaqələrini inkişafetdirmişdir. Gənc yaşlarında vəfat etdiyi üçün həyata keçirmək istədiklərinisona qədər edə bilməmişdir.

Kral Secon hərbi planlamada olduqca yaxşı idi. Hətta köhnə Koreya raketi olan Hvaçalar ilk dəfə 1407-ci ildə Kral Seconun hərbi proqramı üçün hazırlanmışdı. Kral Secon bir çox hərbi fəaliyyətində qabaqcıl nailiyyətlər əldə etmişdir.

Sejong hakimiyyəti dövründə texnoloji irəliləyişlərə də böyük əhəmiyyət verirdi. Hətta tarixçi Yung Sik Kim Sejonqun özünəməxsus texniki elmi biliyə malik olduğunu qeyd edir.

Sejong Çin paytaxtınıneninə uyğun olaraq düzəldilmiş Koreya təqvim sistemini də dəyişməyi hədəfləyib.Sejong Koreyada ilk dəfə olaraq bu sahədə tədqiqatların aparılmasını istədi.Paytaxt Seulun enlikləri əsasında təqvim yaratmaq üçün işlərə başlanılmışdı.

Sejong dövründə ənənəvi Koreya təbabətinə dair iki mühüm traktat da yazılmışdır. Bu rəylər"Hyangyak chipsongbang" və "Uibang yuch'wi"dir. TarixçiYunq Sik Kim bildirir ki, bu tibbi araşdırmalar koreyalıların öz işidir.

Sejong ədəbiyyatı da dəstəkləyirdi.O, saraydakı yüksək saray məmurlarını və alimləri ədəbiyyat sahəsində işləməyətəşviq edirdi. Kral Sejong özü ilə bəzi alimləri götürdü və müxtəlif araşdırmalarnəticəsində Hanqıl yazdı.

Sejong Coseonun fermerlərininkənd təsərrüfatı fəaliyyətlərinə də böyük əhəmiyyət verirdi. Vergilərlə bağlıonlara qarşı tolerant davranışdır.

Sarayda yemək artıqlığı olduqda, Kral Sejong onu yoxsul kəndlilərə və ya ehtiyacı olan fermerlərə paylayırdı.

1429-cu ildə Kral Sejonqun əmri ilə Nongsa-jikseol (A) kitabı tərtib edildi. Koreyada əkinçilik və Koreya fermerləri haqqında kitabdır.

Bir çox dövlət məmurlarıvə aristokratlar Hanqıl dilinin istifadəsinə qarşı çıxdılar, baxmayaraq ki, aşağıtəbəqə Hanqılı qəbul edib dəstəklədi. Savadlılıq səviyyəsi sürətlə artdı vəinsanlar dilin yazılı mənbələrini bir-birləri arasında yaymağa başladılar.

Seconun şəxsi yazıları yüksək qiymətləndirib. Onun ən məşhur yazıları

Secon həmçinin 1920-ci ildə Gyeongbokgungda mədəniyyət-konqreszalı (Jiphyeonjeon) açmışdı. Salondakral tərəfindən seçilən alimlər iştirak edirdi. Bu salonda aparılan söhbətlər nəticəsindəHanqıl (한글) yazı sistemi ilə bağlı araşdırmalar aparılıb və bumövzuda Hunmin Jeongeum topluları yazılıb.

Koreya tarixində Böyük Kral Seconun Koreya diliüçün yeni fonetik əlifba sistemi yaratması çox əhəmiyyətli hadisələrdəndir.

Hanqıl yaradılmazdan öncə yalnız yuxarı təbəqədənolan insanlar oxumağı və yazmağı bilirdi. Çinin istifadə etdiyi Hanca(한자) simvollarını öyrənmək çox çətin idi. Kral SeconKoreya əlifbasının 28 hərfini ictimaiyyətə təqdim etdi və təşkil etdiyi fəaliyyətlərilə koreyalıların savadlılıq səviyyəsini əhəmiyyətli dərəcədə artırdı. Secon həmçininKoreya və koreyalıların mədəni kimliyini qorumaq və inkişaf etdirməyi qarşısınaməqsəd qoymuşdu.

Ailə tərkibi

redaktə

Ailəsi

redaktə

Atası: Kral Teconq (태종)

Ana: Yeoheung Min qəbiləsindən Kraliça Wongyeong(원경왕후 민씨)

Həyat yoldaşları

redaktə

Şim qəbiləsindən olan Kraliça Soheon (소형왕후 심씨)

Kanq qəbiləsindən olan əsilzadə həyat yoldaşı Yeonq(영빈 강씨)

Kim qəbiləsindən əsilzadə həyat yoldaşı Şin (신빈 김씨)

Yang qəbiləsindən əsilzadə həyat yoldaşı Hye(혜빈 양씨) Park Gwi-in (귀인 박씨)

Choi Gwi-in (귀인 최씨)

Hong So-yong (소용 홍씨)

Lee Suk-won (숙원 이씨) Song Sang-chim (상침 송씨) Cha Sa-gi (사기 차씨)

Uşaqları

redaktə

Şim qəbiləsinin həyat yoldaşı Kraliça Soheondan ilk oğlu Şahzadə Kral Munjong (왕세자)

Şim qəbiləsinin həyat yoldaşı Kraliça Soheonun ikinci oğlu Şahzadə Suyang(수양대국)

Şim qəbiləsinin yoldaşı Kraliça Soheon tərəfindən üçüncü şahzadəsi Anpyeong(안평대군)

Şim qəbiləsindən olan arvadı Kraliça Soheonun dördüncü oğlu Şahzadə İmyeong (임영대군)

Şim qəbiləsinin arvadı Kraliça Soheonun beşinci oğlu Şahzadə Qvanqpyonq (광평대군)

Şim qəbiləsinin arvadı Kraliça Soheonun altıncı oğlu Şahzadə Geumseong (금성대군)

Şim qəbiləsindən olan həyat yoldaşı Kraliça Soheonun yeddinci oğlu Şahzadə Pyeongwon (평원대군)

Şim qəbiləsindən olan arvadı Kraliça Soheondan səkkizinci oğlu Şahzadə Yongıng (영응대군)

Kang qəbiləsindən olan zadəgan həyat yoldaşı Yeonqdan olan yeganə oğlu Şahzadə Hwaui (화의군)

Kim qəbiləsindən olan zadəgan həyat yoldaşı Şindən olan ilk oğlu Şahzadə Gyeyang (계양군)

Kim qəbiləsindən olan zadəgan arvadı Şindən ikinci oğlu Şahzadə içang (의창군)

Kim qəbiləsindən olan zadəgan arvadı Şindən üçüncü oğlu Şahzadə Milseong (밀성군)

Kim qəbiləsinin şahzadəsi, zadəgan həyat yoldaşı Şindən dördüncü oğlu Şahzadə Yeonghae (영군)

Kim qəbiləsinin zadəgan həyat yoldaşı Şinin beşinci oğlu İkhyang (익현군)

Kim qəbiləsindən olan zadəgan arvadı Şinin altıncı oğlu Şahzadə Damyang (담양군)

Yang qəbiləsinin zadəgan həyat yoldaşı Hyenin ilk oğlu Şahzadə Hannam (한남군)

Yang qəbiləsinin zadəgan həyat yoldaşı Hyenin ikinci oğlu Şahzadə Suchun (수춘군),

Yang qəbiləsinin zadəgan həyat yoldaşı Hyenin üçüncü oğlu Şahzadə Yongpun(영푼근)

Şim qəbiləsinin arvadı Kraliça Sohoenun ilk qızı Şahzadə Jeongso (정소공주)

İstinadlar

redaktə