Saba Sazonov

 

Saba Sazonov
Ümumi məlumatlar
Doğum tarixi1 fevral 2002(2002-02-01)[1] (22 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu1,92 m
Mövqeyimüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saba Sazonov (gürc. საბა საზონოვი, rus. Са́ба Андре́евич Сазо́нов 1 fevral 2002[1], Sankt-Peterburq) — Gürcüstanlı futbolçu. İtaliyanın Torino klubunun və Gürcüstan milli komandasının müdafiəçisi.

Bioqrafiya redaktə

1 fevral 2002-ci ildə anadan olub. Atası Andrey Sazonov rus, anası Nino Nişnianidze gürcüdür. Anası əslən Gürcüstanın Samtredia şəhərindəndir və Gürcüstanda peşəkar voleybol oynayıb. Daha sonra Sankt-Peterburqa köçür və orada Andrey ilə tanış olur. Saba Sazonov Rusiyanın Sankt-Peterburq şəhərində anadan olur.

Karyera redaktə

Klub redaktə

Saba 6 yaşında qardaşı Davidlə (bir yaş kiçik), Zenit klubunun futbol məktəbi olan "Smena" fubol məktəbinə getməyə başlayır, onların burda ilk məşqçisi Vladimir Vilde olur.[2][3]

1 mart 2019-cu ildə Ural komandası ilə oyunda "Zenit"in gənclər komandasında debüt edir.[4]

16 avqust 2019-cu ildə "Zenit"in əvəzedici heyətində ilk oyununu keçirir.

16 may 2021-ci ildə "Tambov" klubuyla səfər matçında (5:1), "Zenit"in əsas heyətində meydana çıxaraq, Rusiya çempionatında debüt edir.

2021-ci ilin iyun ayında Moskvanın Dinamo klubuna baxışa çağrılır. Təlim-məşq toplanışında bir neçə yoldaşlıq oyunu keçirir. 9 iyul 2021-ci ildə "Dinamo Moskva" ilə 3 illik müqavilə imzalayır.[5] "Dinamo"nun heyətində o, Rusiya çempionatında 34 matçda meydana çıxır və 1 qol vurur. Futbolçu 5 dəfə Rusiya çempionatıənda turun rəmzi komandasına daxil edilr. Futbolçu həmçinin Rusiya Futbol Kubokunun 10 matçında iştirak edir.

2023-cü ilin 31 avqustunda o, İtaliyanın Torino klubuna keçir.[6]

Milli komanda redaktə

2022-ci ilin sentyabrında o, Gürcüstan millisində oynamağa qərar verir.[7] 2022-ci ilin sentyabrında Sazonov 21 yaşadək futbolçulardan ibarət Gürcüstan milli komandasına çağırılır.[8]

O, 17 noyabr 2022-ci ildə Mərakeşə 3:0 hesabı ilə uduzduqları yoldaşlıq oyununda Gürcüstanın əsas milli komandasının heyətində debüt edir.[9]

Şəxsi həyatı redaktə

"Sankt-Peterburq Dövlət Nəqliyyat Universiteti"nin, İqtisadiyyat və İdarəetmə fakültəsinin, istiqamət-tətbiqi psixologiya ixtisası üzrə məzunudur.[10]

Karyera statistikası redaktə

Sonuncu dəfə 16 mart 2024 tarixində yeniləndi
Klub, mövsüm və liqalara görə oyun və qol sayı
KlubMövsümLiqaKlubokBeynəlxalqToplam
DvizionOyunQolOyunQolOyunQolOyunQol
Zenit-22019–20Rusiya İkinci Liqası6060
2020–21Rusiya İkinci Liqası183183
Toplam2430000243
Zenit2020–21Rusiya Premyer Liqası10000010
Dinamo M-22021–22Rusiya İkinci Liqası9292
Dinamo Moskva2021–22Rusiya Premyer Liqası600060
2022–23Rusiya Premyer Liqası24160301
2023–24Rusiya Premyer Liqası401050
Toplam3417000411
Torino2023–24A Seriyası12000120
Cəmi8067000876

Uğurları redaktə

"Zenit" (Sankt-Peterburq) redaktə
"Dinamo Moskva" redaktə
Gürcüstan Futbol Federasiyası (Gürcüstan) redaktə
  • Ən Yaxşı Gənc Oyunçu 2023[12]

İstinadlar redaktə

  1. 1 2 Saba Sazonov // https://fbref.com/en/players/645dffbf.
  2. "Саба Сазонов: «Меня воспитал „Зенит", и я этим горжусь»" (rus). 18 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2024.
  3. "Саба Сазонов: «На отборе в „Газпром"-Академию был в майке сборной Бразилии. Меня так и внесли в список — „бразилец"»" (rus). 18 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2024.
  4. "«Газпром» — тренировочные сборы в Дубае: Сазонов и Погорелов присоединились к команде". 2.fc-zenit.ru (rus). 18 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2024.
  5. "Саба Сазонов перешёл в «Динамо»". fcdynamo.ru (rus). 9 iyul 2021. 9 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2024.
  6. "Saba Sazonov becomes third Georgian in Serie A with move to Torino". Agenda.ge (gürcü). 29 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  7. Максим Хрущ. "Защитник «Динамо» Сазонов решил выступать за сборную Грузии". www.championat.com (rus). 19 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2024.
  8. "Динамовцы в национальных сборных" [Milli komandalarda Dinamo oyunçuları] (rus). FC Dynamo Moscow. 19 sentyabr 2022. 23 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  9. Strack-Zimmermann, Benjamin. "Morocco vs. Georgia". www.national-football-teams.com. İstifadə tarixi: 1 may 2024.
  10. "Саба Сазонов: «Меня воспитал „Зенит", и я этим горжусь»" (rus). 18 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2024.
  11. "CIES включил девять российских футболистов в список самых перспективных игроков мира - Газета.Ru | Новости". Газета.Ru (rus). 2 mart 2023. 2024-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2024.
  12. "GFF Awards 2023". GFF - საქართველოს ფეხბურთის ფედერაცია (gürcü). 28 dekabr 2023. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2024.