Sərdar Səfərov

Sərdar Mədəd oğlu Səfərov (12 avqust 1960, Kəlbəcər rayonu25 sentyabr 1991, Əsgəran rayonu, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Sərdar Səfərov
Sərdar Mədəd oğlu Səfərov
Sərdar Səfərov
Sərdar Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (31 yaşında)
Vəfat yeriXankəndi yaxınlığında
Vəfat səbəbiŞəhid
Dəfn yeri
Milliyyətiazərbaycanlı
Hərbi fəaliyyəti
Rütbəsimilis mayoru[d]
TəltifləriAzərbaycanın Milli Qəhrəmanı

Həyatı

redaktə

Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır.

Xilaskar qəhrəman

redaktə

1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu. Kəlbəcər rayonunda dəfn edilmişdir.

Ailəsi

redaktə

Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.

Xatirəsi

redaktə

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

2022-ci ildə Sərdar Səfərovun barelyefinin açılışı olub[1].

Həmçinin bax

redaktə

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. AzTV. "Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun barelyefinin açılışı olub" (az.). Youtube.com. 06.10.2022. 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.

Xarici keçidlər

redaktə