Süngər Bob Kvadrat Şalvar

"Süngər Bob Kvadrat Şalvar" (ing. "SpongeBob SquarePants") — ABŞ-də yaradılmış, dünyanın ən populyar televiziya proqramlardan biri.

Süngər Bob Kvadrat Şalvar
ing. SpongeBob SquarePants
Prodüser
YaradıcıStiven Hillenburq
Ssenarist
Rolları səsləndirənlərTom Kenni, Klensi Braun[d], Cill Telli[d], Karlos Alazraki
StudiyaNickelodeon Animation Studios[d]
Ölkə
Dilingilis dili[1]
Mövsümlərin sayı14
Seriyaların sayı296
TelekanalABŞ Nickelodeon
Azərbaycan ARB Günəş
IMDbID0206512
Rəsmi saytı

2004-cü ildə serialın əsasında Süngər Bob Kvadrat Şalvar Film adlı cizgi filmi çəkilib.

2007-ci ildə Time jurnalı bu serialın bütün zamanların ən yaxşı cizgi serialı olduğunu yazmışdılar.

Məzmun redaktə

Süngər Bob — cizgi filmin əsas qəhrəmanıdır. Qonşusu Patrik onun ən yaxşı dostudur. Onların ən çox sevdiyi məşğuliyyətlərdən biri də meduza ovlamaqdır. Süngər Bobun və Patrikin qonşusu Squidwardın isə bu heç də xoşuna gəlmir. Squidward həmişə onların bu hərəkətlərindən imtina etmələrini istəyir. Lakin Süngər Bob və Patrik Squidwardın dediklərini zarafat kimi başa düşür və yenə də istədiklərini edirlər.

Personajlar redaktə

ŞəkilPersonajHaqqında
Süngər Bob Kvadrat ŞalvarO çox sadəlövhdür. Hamı ilə ünsiyyətdə olur. Dostları ilə müxtəlif oyunlar oynayır. Həmişə işlərini vaxtlı-vaxtında yerinə yetirir. İşinə də heç vaxt gecikmir.
PatrikPatrik Süngər Bobun ən yaxşı dostudur. Lakin Patrik çox ehtiyatsızdır. Hər şeyi alt-üst edir.
SquidvardSüngər və Patrikə nifrət edir. Çünki Süngər və Patrikin oyunlar oynaması Squidwardı yuxusundan oyadır və bu onu çox hirsləndirir.
QeriSüngər Bob onu evində saxlayır. Qeri ilbizdir. Qeri Süngər Bobun ən yaxşı dostlarından biridir.
Mister KrabsMister Krabs "Krasti Krabs" restoranının sahibidir. O, həm də Süngər Bobun bossudur. Həmçinin Mister Krabs pulları çox sevir.
SendiSendi çox ağıllı dələdir. Süngər Bobun dostudur. Sendini digər personajlardan fərqləndirən cəhət onun quruda yaşamasıdır…
PlanktonHamı Planktona nifrət edir. Planktonun ən böyük arzusu krabsburgerin reseptini Mister Krabsdan əldə etməkdir. Lakin Mister Krabs buna imkan vermir…
Missis PaffMissis Paff Süngər Bobun qayıqsürmə məktəbində Müəllimidir.

Populyarlıq redaktə

Tv.com saytında serialın 2-ci mövsumu 8,6 xal topladı. Yalnız iki Nickelodeon kanalın serialı onu keçməyə bacardılar: Avatar: Aanq haqqında əfsanə (9,3) və Sehrli Valideynlər (8,8).

İstinadlar redaktə

  1. 1 2 3 fernsehserien.de (alm.).