Ruslan Muradov

Ruslan MuradovAzərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Ruslan Muradov
Ruslan Həmid oğlu Muradov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriMingəçevir, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriPapravənd, Ağdam, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriMingəçevir Şəhidlər Xiyabanı
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüQuru qoşunları
Xidmət illəri22 yanvar 1992 - 22 avqust 1992
RütbəsiƏsgər
DöyüşlərQarabağ müharibəsi
Təltifləri"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Daha sonra atasının işlədiyi Mingəçevir Texniki Rezin Məmulatı zavodunda çalışıb.[1] Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir.

Döyüşlərdə iştirakı

redaktə

Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girir. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü yaralıları xilas etmək üçün aparılan əməliyyat nəticə verdi... bu əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi.

Ruslan Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Ailəsi

redaktə

Subay idi.

Xatirəsi

redaktə

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Mingəçevir şəhərindəki Texniki Humanitar Lisey qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

İstinadlar

redaktə
  1. ARB 24. "Milli Qəhrəman Ruslan Muradovun doğum günüdür" (az.). Youtube.com. 27.06.2018. İstifadə tarixi: 2018-06-28.

Ədəbiyyat

redaktə