Ramin Cavadi

İran-Almaniya bəstəkarı

Ramin Cavadi (fars. رامین جوادی‎; 19 iyul 1974[1], Duysburq, Şimali Reyn-Vestfaliya[1]) — İran-Alman əsilli bəstəkar. Marvel filmi Dəmir-Adam və HBO kanalında yayımlanan Taxt-tac oyunları serialına bəstələdiyi musiqilər ilə tanınır. Həmçinin o Titanların Müharibəsi, Sakit Okean Döyüşü, Varkraft, Zamanın fırlanması, Əbədilər, filminin, Həbsxanadan qaçış, Person of Interest, Cek Rayan, Qərb Dünyası seriallarının, Medal of Honor, Gears of War 4 və Gears 5 oyununun bəstəkarlığını etmişdir. 2018-ci ildə Taxt-tac oyunlarının "Əjdaha və Canavar", 2019-cu ildə isə "Uzun Gecə" epizodlarına görə ardıcıl Emmi Mükafatına layiq görülmüşdür.

Ramin Cavadi
alm. Ramin Djawadi
Cavadi 2008-ci ildə
Cavadi 2008-ci ildə
Ümumi məlumatlar
Doğum tarixi (49 yaş)
Doğum yeriDuysburq, Şimali Reyn-Vestfaliya, Qərbi Almaniya
Vətəndaşlığı
Musiqiçi məlumatları
FəaliyyətiBəstəkar
Musiqi prodüseri
Fəaliyyət illəri1998-ci ildən
Janrlarfilm və televiziya musiqisi
Ambient
Elektronik musiqi
Caz
Klassik musiqi
Rok
Musiqi alətləriPiano
Klavişli alət
Sintezator
Gitara
Albom şirkətiWaterTower Music
ƏlaqələriKlaus Badelt
Hans Zimmer
Devid Benioff
D .B . Uayss
RZA
Heitor Pereira
ramindjawadi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar redaktə

  1. 1 2 Deutsche Nationalbibliothek Record #135502039 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər redaktə