Rəşid Özbəyov

Rəşid Yaqub oğlu ÖzbəyovSovetAzərbaycan futbolçusu və futbol məşqçisi.

Rəşid Özbəyov
Ümumi məlumatlar
Tam adıRəşid Yaqub oğlu Özbəyov
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (48 yaşında)
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu168
Mövqeyimüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1972—1983SSRİ Neftçi300 (4)
Məşqçisi olduğu klublar
1984SSRİ Xəzər Lənkəran
1987SSRİ Göyəzən
1989SSRİ Qarabağ
1991SSRİ "Dinamo" GOHM
1992—1993Azərbaycan Xəzər Lənkəran
1994Azərbaycan İnşaatçı Sabirabad
1995—1997Azərbaycan Xəzri Buzovna
1997—2000Azərbaycan Kəpəz
2001Azərbaycan Neftçi

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Həyatı redaktə

Rəşid futbolda ilk böyük nailiyyətini 18 yaşında ikən qazanıb. 1972-ci ildə Bakıda "Ümid" kuboku uğrunda yarışların final mərhələsi keçirilirdi. Qələbə uğrunda Moskva, Ukrayna, Rusiya, Belarus və Qazaxıstan kimi güclü komandalar iştirak edirdilər. Toğrul Hacıyev (baş məşqçi) və Viktor Şevçenkonun (məşqçi) rəhbərlik etdikləri Azərbaycan komandası bütün görüşləri inamla keçirərək ölkə çempionu adını qazanıb. Komandamızın heyətində Rəşid Özbəyov xüsusilə fərqlənib.[1]

Yarışlardan sonra “Neftçi”nin məşqçiləri qalib komandanın üzvlərindən Rəşid Özbəyovu, Səməd Qurbanovu, Rasim Axtyamovu və Nikolay Lyoqsini öz klublarını dəvət ediblər. Sözsüz ki, baş məşqçi Ələkbər Məmmədov əvvəlcə onları əvəzedicilərin yarışında sınaqdan keçirib. 1972-ci ildə baş məşqçi Rəşidi yalnız bir dəfə əsas heyətdə meydana buraxıb. Bu iyulun 11-də Dnepropetrovskda olub. O, yerli “Dnepr” ilə oyunun ikinci hissəsində Nadir Eynullayevi əvəz edib. Həmin il güclülər dəstəsini tərk edib. “Neftçi” dörd il birinci dəstədə çıxış etdikdən sonra 1977-ci ildə yenidən güclülər dəstəsinə qayıdıb.

Həmin ildən başlayaraq, Rəşid düz altı mövsüm “Neftçi”nin şərəfini qoruyub. Bu müddət ərzində o, “Neftçi”nin heyətində 177 oyun keçirib və cəmi üç top vura bilib. Bu topların üçü də Bakıda on minlərlə Azərbaycanın futbol həvəskarlarının gözü qarşısında qapılara vurulub. Rəşidin vurduğu bir top bu vaxtadək heç bir futbol həvəskarının yaddaşından silinməyib.

1980-ci il oktyabrın 9-da “Neftçi” Rostovun ordu futbolçularını qəbul edirdi. Güclülər dəstəsində yerlərini möhkəmlətməkdən ötrü hər iki komandaya xal hava, su kimi lazım idi. Görüş “Neftçi” futbolçularının üstünlüyü ilə keçsə də, qol vura bilmirdilər. Oyunun 33-cü dəqiqəsində meydan sahibləri topu küncdən vurmaq imkanı qazandılar. Topa yaxınlaşan Rəşid qüvvətli zərbə ilə topu rostovluların qapısına tərəf yönəltdi. Qol! Oyunun qurtarmasına 25 dəqiqə qalmış moskvalı hakim Lev Akseleviç komandamızın qapısına 11 metrlik təyin etdi. Çox gərgin keçən görüş 1:1 nəticələndi.

Rəşid SSRİ çempionatında ilk qolunu isə 1979-cu il oktyabrın 22-də Moskvanın “Lokomotiv” komandasının qapısından keçirib. Bu oyunda “Neftçi” 2:0 hesabı ilə qələbə qazanıb. Üçüncü qələbə topunu Rəşid 1982-ci il aprelin 6-da Xarkovun “Metallist” komandasının qapısına vurub.

Zədə onun futbolçu karyerasına son qoydu.

Rəşid Özbəyov “Neftçi”nin heyətində SSRİ çempionatında daha çox oyun keçirə bilərdi. Lakin 1983-cü il iyunun 24-də Kutaisinin “Topredo” komandası ilə görüşün 10-cu dəqiqəsində aldığı ciddi zədədən sonra sevdiyi idman növündən ayrıldı.

1984-cü il martın 10-da 47-ci SSRİ çempionatının ilk turunda “Neftçi” və Moskvanın “Dinamo” komandaları arasında oyundan qabaq Azərbaycan idman ictimaiyyəti Rəşid Özbəyovu təntənəli şəkildə böyük futboldan yola saldı. Lakin Rəşid böyük futboldan ayrılmadı. Məşqçilik fəaliyyətinə başladı.

Məşqçilik fəaliyyəti

1985-ci ildə Azərbaycan Futbol Federasiyası təhsilini davam etdirmək üçün Rəşid Özbəyovu Moskvaya Ali Məşqçilər məktəbinə göndərdi. O, burada təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya qayıtdı.

Məlik Həsənov (PFL-in texniki idman şöbəsinin rəisi): “Biz bədən tərbiyəsi və idman institutunda bir qrupda oxuyurduq. Rəşid çox yaxşı insan idi. O, “Neftçi” komandasında oynadığı üçün dərslərə gəlməyə bilərdi. Buna baxmayaraq dərsdən qalmırdı. O həm də zəhmətkeş adam idi. Ev şəraiti çox pis idi. Pul toplayıb özünə ev (keçmiş Lenin muzeyinin arxasında) almışdı. Qızı üçün aldığı mebeli dostunun qarajında saxlayırdı. Bakıda güclü zəlzələ zamanı evi sökülmüşdü. Ailəsini müvəqqəti olaraq “Cənub” mehmanxanasına köçürdülər. Sonra qarajd yanğın olmuşdu. Qızına aldığı mebellər yanıb külə dönmüşdü. Buna ürək dözərmi?”

Rəşid müəyyən dövrlərdə Qazaxın “Göyəzən”, Ağdamın “Qarabağ”, Lənkəranın “Xəzər”, Maştağanın “Nicat”, Sabirabadın “İnşaatçı” və Buzovnanın “Xəzri” komandalarında baş məşqçi vəzifələrində çalışdı.

“Gəncə” komandasında baş məşqçi köməkçisi işləyərkən komanda iki dəfə Azərbaycan çempionu adını qazandı, bir dəfə isə ölkə kubokunun sahibi oldu. Gəncə futbolçuları iki dəfə çempionlar liqasında, bir dəfə UEFA kuboku uğrunda turnirdə Azərbaycanı təmsil etdilər.

Rəşid hər dəfə Gəncədən Bakıya gələndə köhnə futbolçu dostları ilə görüşər, futbol oynayar və saunada çimərdilər. Adəti üzrə bir dəfə saunada olarkən Rəşidin ürək ağrıları tutdu. Həkimlər ona kömək edə bilmədilərlər. Bu hadisə 2001-ci ildə baş vermişdir. Evi olmadığından (zəlzələ vaxtı uçmuşdu) onun cənazəsi AFFA-dan (H. Hacıyev küçəsi) götürüldü.

İstinadlar redaktə

  1. "Həkimlər Rəşid Özbəyova kömək edə bilmədilər". www.cempion.az. www.cempion.az. 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2019.

Xarici keçidlər redaktə