Rəşad Mirabov

Mirabov Rəşad Akif oğlu (3 may 1975, Mingəçevir17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı.

Rəşad Mirabov
Rəşad Akif oğlu Mirabov
Şəxsi məlumatlar
Doğum tarixi3 may 1975(1975-05-03)
Doğum yeri
Vəfat tarixi17 mart 1995(1995-03-17) (19 yaşında)
Vəfat yeri
Vəfat səbəbidöyüşdə ölüm
Dəfn yeriMingəçevir Şəhidlər Xiyabanı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüQuru qoşunları
Xidmət illəri1993-1995
RütbəsiƏsgər
DöyüşlərQarabağ müharibəsi
Təltifləri"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

Rəşad Mirabov 3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1981-ci ildə 7 saylı orta məktəbə daxil olmuş, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə dərzilik sənətinə yiyələnmişdir. Ordu sıralarına çağırılana qədər Mingəçevir Dövlət Dram Teatrında dərzi işləmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər cəbhəsində xidmət etmişdir. Bir müddət Tərtərdə Ermənistan işğalçılarına qarşı döyüşmüş, sonra Füzuli cəbhəsinə göndərilmişdir. Sonrakı illərdə əvvəlki hərbi hissəsində xidmətini davam etdirmişdir.

1995-ci il Mart hadisələri zamanı həlak olmuşdur.

Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Subay idi.

Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulub.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ədəbiyyat

redaktə

İstinadlar

redaktə